الشعراء
Ash-Shu'araa
Translation: Azerbaijani - Alikhan Musayev · Open the surah
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
طسٓمٓ
Open ayah 26:1Ta. Sin. Mim.[1]
- Bax. əl-Bəqərə surəsi birinci ayəsinin qeydi.
تِلۡكَ ءَايَٰتُ ٱلۡكِتَٰبِ ٱلۡمُبِينِ
Open ayah 26:2Bunlar aydın Kitabın ayələridir.
لَعَلَّكَ بَٰخِعٞ نَّفۡسَكَ أَلَّا يَكُونُواْ مُؤۡمِنِينَ
Open ayah 26:3Onların iman gətirmədiyinə görə özünü həlakmı edəcəksən?
إِن نَّشَأۡ نُنَزِّلۡ عَلَيۡهِم مِّنَ ٱلسَّمَآءِ ءَايَةٗ فَظَلَّتۡ أَعۡنَٰقُهُمۡ لَهَا خَٰضِعِينَ
Open ayah 26:4Biz istəsəydik, göydən onlara elə bir ayə göndərərdik ki, onlar da Ona itaətkarlıqla boyun əyərdilər.
وَمَا يَأۡتِيهِم مِّن ذِكۡرٖ مِّنَ ٱلرَّحۡمَٰنِ مُحۡدَثٍ إِلَّا كَانُواْ عَنۡهُ مُعۡرِضِينَ
Open ayah 26:5Rəhmandan onlara yeni bir ayə gəlməz ki, ondan üz çevirməsinlər.
فَقَدۡ كَذَّبُواْ فَسَيَأۡتِيهِمۡ أَنۢبَٰٓؤُاْ مَا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ
Open ayah 26:6Onlar (ayələri) təkzib etdilər. İstehza etdiklərinin xəbəri onlara yetişəcəkdir.
أَوَلَمۡ يَرَوۡاْ إِلَى ٱلۡأَرۡضِ كَمۡ أَنۢبَتۡنَا فِيهَا مِن كُلِّ زَوۡجٖ كَرِيمٍ
Open ayah 26:7Yoxsa, onlar yer üzündə cürbəcür gözəl bitkilər bitirdiyimizi görmürlərmi?
إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ
Open ayah 26:8Həqiqətən də, bunda bir ayə vardır. Lakin onların əksəriyyəti mömin olmadı.
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ
Open ayah 26:9Şübhəsiz ki, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
وَإِذۡ نَادَىٰ رَبُّكَ مُوسَىٰٓ أَنِ ٱئۡتِ ٱلۡقَوۡمَ ٱلظَّٰلِمِينَ
Open ayah 26:10Bir zaman Rəbbin Musaya demişdi: “Get o zalım qövmün –
قَوۡمَ فِرۡعَوۡنَۚ أَلَا يَتَّقُونَ
Open ayah 26:11Firon qövmünün yanına! Onlar qorxmurlarmı?”
قَالَ رَبِّ إِنِّيٓ أَخَافُ أَن يُكَذِّبُونِ
Open ayah 26:12(Musa) dedi: “Ey Rəbbim! Qorxuram ki, onlar məni yalançı hesab edələr,
وَيَضِيقُ صَدۡرِي وَلَا يَنطَلِقُ لِسَانِي فَأَرۡسِلۡ إِلَىٰ هَٰرُونَ
Open ayah 26:13(belə olduqda) ürəyim sıxılar, dilim də söz tutmaz. Buna görə Haruna da (vəhy) göndər.
وَلَهُمۡ عَلَيَّ ذَنۢبٞ فَأَخَافُ أَن يَقۡتُلُونِ
Open ayah 26:14Onların məndən əvəzini çıxmaq istədikləri bir günahım da var. Buna görə məni öldürəcəklərindən qorxuram”.
قَالَ كَلَّاۖ فَٱذۡهَبَا بِـَٔايَٰتِنَآۖ إِنَّا مَعَكُم مُّسۡتَمِعُونَ
Open ayah 26:15(Allah) dedi: “Xeyr, (bu mümkün deyil!) İkiniz də ayələrimizlə (onların yanına) gedin! Şübhəsiz ki, Biz də sizinləyik, (hər şeyi) eşidirik.
فَأۡتِيَا فِرۡعَوۡنَ فَقُولَآ إِنَّا رَسُولُ رَبِّ ٱلۡعَٰلَمِينَ
Open ayah 26:16Fironun yanına gedib deyin: “Biz aləmlərin Rəbbinin elçiləriyik!
أَنۡ أَرۡسِلۡ مَعَنَا بَنِيٓ إِسۡرَٰٓءِيلَ
Open ayah 26:17İsrail oğullarını bizimlə göndər!”
قَالَ أَلَمۡ نُرَبِّكَ فِينَا وَلِيدٗا وَلَبِثۡتَ فِينَا مِنۡ عُمُرِكَ سِنِينَ
Open ayah 26:18(Firon) dedi: “Biz səni körpə ikən (himayəmizə alıb) böyütmədikmi? Sən ömrünün bəzi illərini bizimlə yaşamadınmı?
وَفَعَلۡتَ فَعۡلَتَكَ ٱلَّتِي فَعَلۡتَ وَأَنتَ مِنَ ٱلۡكَٰفِرِينَ
Open ayah 26:19Elədiyin (pis) əməli də elədin (Qibtini öldürdün). (Doğrudan da,) sən bir nankorsan!”
قَالَ فَعَلۡتُهَآ إِذٗا وَأَنَا۠ مِنَ ٱلضَّآلِّينَ
Open ayah 26:20(Musa) dedi: “Mən onu edərkən nadanlardan olmuşam.
فَفَرَرۡتُ مِنكُمۡ لَمَّا خِفۡتُكُمۡ فَوَهَبَ لِي رَبِّي حُكۡمٗا وَجَعَلَنِي مِنَ ٱلۡمُرۡسَلِينَ
Open ayah 26:21Mən sizdən qorxduğum üçün yanınızdan qaçıb getdim. Sonra Rəbbim mənə hökmranlıq verdi və məni elçilərdən etdi.
وَتِلۡكَ نِعۡمَةٞ تَمُنُّهَا عَلَيَّ أَنۡ عَبَّدتَّ بَنِيٓ إِسۡرَٰٓءِيلَ
Open ayah 26:22Başıma qaxdığın o nemətin də İsrail oğullarını özünə kölə etdiyinə görədir”.
قَالَ فِرۡعَوۡنُ وَمَا رَبُّ ٱلۡعَٰلَمِينَ
Open ayah 26:23Firon dedi: “Aləmlərin Rəbbi nədir?”
قَالَ رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَآۖ إِن كُنتُم مُّوقِنِينَ
Open ayah 26:24(Musa) dedi: “Əgər yəqinliklə inanırsınızsa, (bilin ki,) O, göylərin, yerin və onların arasında olanların Rəbbidir!”
قَالَ لِمَنۡ حَوۡلَهُۥٓ أَلَا تَسۡتَمِعُونَ
Open ayah 26:25Firon ətrafındakılara dedi: “(Onun nə danışdığını) eşitmirsinizmi?”
قَالَ رَبُّكُمۡ وَرَبُّ ءَابَآئِكُمُ ٱلۡأَوَّلِينَ
Open ayah 26:26(Musa) dedi: “O sizin də, ulu babalarınızın da Rəbbidir!”
قَالَ إِنَّ رَسُولَكُمُ ٱلَّذِيٓ أُرۡسِلَ إِلَيۡكُمۡ لَمَجۡنُونٞ
Open ayah 26:27(Firon) dedi: “Sizə göndərilmiş bu elçi, sözsüz ki, dəlidir!”
قَالَ رَبُّ ٱلۡمَشۡرِقِ وَٱلۡمَغۡرِبِ وَمَا بَيۡنَهُمَآۖ إِن كُنتُمۡ تَعۡقِلُونَ
Open ayah 26:28(Musa) dedi: “Əgər anlayırsınızsa, (bilin ki,) O, şərqin, qərbin və bunların arasında olanların Rəbbidir!”
قَالَ لَئِنِ ٱتَّخَذۡتَ إِلَٰهًا غَيۡرِي لَأَجۡعَلَنَّكَ مِنَ ٱلۡمَسۡجُونِينَ
Open ayah 26:29(Firon) dedi: “Əgər məndən başqa məbud qəbul etsən, səni zindana atılanlardan edəcəm!”
قَالَ أَوَلَوۡ جِئۡتُكَ بِشَيۡءٖ مُّبِينٖ
Open ayah 26:30(Musa) dedi: “Bəs sənə açıq-aşkar bir şey gətirsəm necə?”
قَالَ فَأۡتِ بِهِۦٓ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ
Open ayah 26:31(Firon) dedi: “Əgər doğru danışanlardansansa, gətir onu!”
فَأَلۡقَىٰ عَصَاهُ فَإِذَا هِيَ ثُعۡبَانٞ مُّبِينٞ
Open ayah 26:32(Musa) əsasını (yerə) atınca, o dərhal dönüb açıq-aşkar bir ilana çevrildi.
وَنَزَعَ يَدَهُۥ فَإِذَا هِيَ بَيۡضَآءُ لِلنَّٰظِرِينَ
Open ayah 26:33Əlini (qoynundan) çıxardan kimi o, baxanların (gözü qabağında) ağappaq (nur saçan bir əl) oldu.
قَالَ لِلۡمَلَإِ حَوۡلَهُۥٓ إِنَّ هَٰذَا لَسَٰحِرٌ عَلِيمٞ
Open ayah 26:34(Firon) ətrafındakı zadəganlara dedi: “Həqiqətən də, bu, bilikli bir sehrbazdır!
يُرِيدُ أَن يُخۡرِجَكُم مِّنۡ أَرۡضِكُم بِسِحۡرِهِۦ فَمَاذَا تَأۡمُرُونَ
Open ayah 26:35O öz sehri ilə sizi torpağınızdan çıxartmaq istəyir. Nə təklif edirsiniz?”
قَالُوٓاْ أَرۡجِهۡ وَأَخَاهُ وَٱبۡعَثۡ فِي ٱلۡمَدَآئِنِ حَٰشِرِينَ
Open ayah 26:36Onlar dedilər: “Onu qardaşı ilə bir qədər gözlət və şəhərlərə (adam) yığanlar göndər ki,
يَأۡتُوكَ بِكُلِّ سَحَّارٍ عَلِيمٖ
Open ayah 26:37bütün bilikli sehrbazları sənin yanına gətirsinlər”.
فَجُمِعَ ٱلسَّحَرَةُ لِمِيقَٰتِ يَوۡمٖ مَّعۡلُومٖ
Open ayah 26:38Beləliklə, sehrbazlar bəlli bir günün müəyyən edilmiş vaxtında toplandılar.
وَقِيلَ لِلنَّاسِ هَلۡ أَنتُم مُّجۡتَمِعُونَ
Open ayah 26:39İnsanlara deyildi: “Siz də yığışırsınızmı?
لَعَلَّنَا نَتَّبِعُ ٱلسَّحَرَةَ إِن كَانُواْ هُمُ ٱلۡغَٰلِبِينَ
Open ayah 26:40Əgər sehrbazlar qalib gəlsələr, ola bilsin ki, biz də onlara tabe olaq”.
فَلَمَّا جَآءَ ٱلسَّحَرَةُ قَالُواْ لِفِرۡعَوۡنَ أَئِنَّ لَنَا لَأَجۡرًا إِن كُنَّا نَحۡنُ ٱلۡغَٰلِبِينَ
Open ayah 26:41Sehrbazlar gələn kimi Firona: “Əgər qalib gəlsək, bizə bir mükafat veriləcəkmi?”– dedilər.
قَالَ نَعَمۡ وَإِنَّكُمۡ إِذٗا لَّمِنَ ٱلۡمُقَرَّبِينَ
Open ayah 26:42(Firon) dedi: “Bəli! Belə olacağı təqdirdə sizi (özümə) yaxın adamlardan edəcəyəm”.
قَالَ لَهُم مُّوسَىٰٓ أَلۡقُواْ مَآ أَنتُم مُّلۡقُونَ
Open ayah 26:43Musa onlara: “Nə atacaqsınızsa, atın!”– dedi.
فَأَلۡقَوۡاْ حِبَالَهُمۡ وَعِصِيَّهُمۡ وَقَالُواْ بِعِزَّةِ فِرۡعَوۡنَ إِنَّا لَنَحۡنُ ٱلۡغَٰلِبُونَ
Open ayah 26:44Onlar iplərini və əsalarını (yerə) atıb: “Fironun qüdrətinə and olsun ki, biz qalib gələcəyik!”– dedilər.
فَأَلۡقَىٰ مُوسَىٰ عَصَاهُ فَإِذَا هِيَ تَلۡقَفُ مَا يَأۡفِكُونَ
Open ayah 26:45Musa əsasını (yerə) atdı və əsa onların uydurduqları şeyləri uddu.
فَأُلۡقِيَ ٱلسَّحَرَةُ سَٰجِدِينَ
Open ayah 26:46Sehrbazlar səcdəyə qapandılar
قَالُوٓاْ ءَامَنَّا بِرَبِّ ٱلۡعَٰلَمِينَ
Open ayah 26:47və dedilər: “Biz aləmlərin Rəbbinə iman gətirdik –
رَبِّ مُوسَىٰ وَهَٰرُونَ
Open ayah 26:48Musanın və Harunun Rəbbinə!”
قَالَ ءَامَنتُمۡ لَهُۥ قَبۡلَ أَنۡ ءَاذَنَ لَكُمۡۖ إِنَّهُۥ لَكَبِيرُكُمُ ٱلَّذِي عَلَّمَكُمُ ٱلسِّحۡرَ فَلَسَوۡفَ تَعۡلَمُونَۚ لَأُقَطِّعَنَّ أَيۡدِيَكُمۡ وَأَرۡجُلَكُم مِّنۡ خِلَٰفٖ وَلَأُصَلِّبَنَّكُمۡ أَجۡمَعِينَ
Open ayah 26:49(Firon) dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona imanmı gətirdiniz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür. Tezliklə biləcəksiniz! Mütləq sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm”.
قَالُواْ لَا ضَيۡرَۖ إِنَّآ إِلَىٰ رَبِّنَا مُنقَلِبُونَ
Open ayah 26:50Onlar dedilər: “Zərər yox, biz (onsuz da) öz Rəbbimizə qayıdacağıq.
إِنَّا نَطۡمَعُ أَن يَغۡفِرَ لَنَا رَبُّنَا خَطَٰيَٰنَآ أَن كُنَّآ أَوَّلَ ٱلۡمُؤۡمِنِينَ
Open ayah 26:51Biz (Firon xalqı arasından) ilk iman gətirənlər olduğumuza görə Rəbbimizdən günahlarımızı bağışlayacağını umuruq”.
۞وَأَوۡحَيۡنَآ إِلَىٰ مُوسَىٰٓ أَنۡ أَسۡرِ بِعِبَادِيٓ إِنَّكُم مُّتَّبَعُونَ
Open ayah 26:52Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx. Çünki siz təqib olunacaqsınız”– (deyə) vəhy etdik.
فَأَرۡسَلَ فِرۡعَوۡنُ فِي ٱلۡمَدَآئِنِ حَٰشِرِينَ
Open ayah 26:53Firon şəhərlərə (əsgər) toplayanlar göndərdi.
إِنَّ هَٰٓؤُلَآءِ لَشِرۡذِمَةٞ قَلِيلُونَ
Open ayah 26:54(O dedi:) “Bunlar kiçik bir dəstədir.
وَإِنَّهُمۡ لَنَا لَغَآئِظُونَ
Open ayah 26:55Onlar bizi qəzəbləndirmişlər.
وَإِنَّا لَجَمِيعٌ حَٰذِرُونَ
Open ayah 26:56Biz hamımız ayıq-sayıq olmalıyıq.”
فَأَخۡرَجۡنَٰهُم مِّن جَنَّٰتٖ وَعُيُونٖ
Open ayah 26:57Biz (o zalım tayfanı) bağlardan və çeşmələrdən çıxartdıq;
وَكُنُوزٖ وَمَقَامٖ كَرِيمٖ
Open ayah 26:58xəzinələrdən və gözəl yerlərdən də (uzaqlaşdırdıq).
كَذَٰلِكَۖ وَأَوۡرَثۡنَٰهَا بَنِيٓ إِسۡرَٰٓءِيلَ
Open ayah 26:59Beləcə, Biz İsrail oğullarını o yerlərə varis etdik.
فَأَتۡبَعُوهُم مُّشۡرِقِينَ
Open ayah 26:60Günəş üfüqdən qalxarkən (Firon öz əsgərləri ilə) onları təqib etməyə başladılar.
فَلَمَّا تَرَٰٓءَا ٱلۡجَمۡعَانِ قَالَ أَصۡحَٰبُ مُوسَىٰٓ إِنَّا لَمُدۡرَكُونَ
Open ayah 26:61İki dəstə bir-birini görüncə Musanın əshabı: “Biz yaxalanacağıq!”– dedilər.
قَالَ كَلَّآۖ إِنَّ مَعِيَ رَبِّي سَيَهۡدِينِ
Open ayah 26:62(Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O mənə doğru yol göstərəcəkdir!”
فَأَوۡحَيۡنَآ إِلَىٰ مُوسَىٰٓ أَنِ ٱضۡرِب بِّعَصَاكَ ٱلۡبَحۡرَۖ فَٱنفَلَقَ فَكَانَ كُلُّ فِرۡقٖ كَٱلطَّوۡدِ ٱلۡعَظِيمِ
Open ayah 26:63Biz Musaya: “Əsanla dənizə vur!”– (deyə) vəhy etdik. (Dəniz) dərhal yarıldı, (on iki yol açıldı) və hər biri nəhəng bir dağ kimi oldu.
وَأَزۡلَفۡنَا ثَمَّ ٱلۡأٓخَرِينَ
Open ayah 26:64O birilərini (Firon və əsgərlərini) də ora yaxınlaşdırdıq.
وَأَنجَيۡنَا مُوسَىٰ وَمَن مَّعَهُۥٓ أَجۡمَعِينَ
Open ayah 26:65Musa və onunla birlikdə olanların hamısını xilas etdik.
ثُمَّ أَغۡرَقۡنَا ٱلۡأٓخَرِينَ
Open ayah 26:66O birilərini (Firon və əsgərlərini) isə suya qərq etdik.
إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ
Open ayah 26:67Şübhəsiz ki, bunda (bu hekayətdə) bir ibrət vardır. Lakin onların çoxu iman gətirmədi.
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ
Open ayah 26:68Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
وَٱتۡلُ عَلَيۡهِمۡ نَبَأَ إِبۡرَٰهِيمَ
Open ayah 26:69Onlara İbrahimin əhvalatını da oxu.
إِذۡ قَالَ لِأَبِيهِ وَقَوۡمِهِۦ مَا تَعۡبُدُونَ
Open ayah 26:70Bir zaman o öz atasına və qövmünə: “Nəyə ibadət edirsiniz?”– demişdi.
قَالُواْ نَعۡبُدُ أَصۡنَامٗا فَنَظَلُّ لَهَا عَٰكِفِينَ
Open ayah 26:71Onlar: “Biz bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik”– dedilər.
قَالَ هَلۡ يَسۡمَعُونَكُمۡ إِذۡ تَدۡعُونَ
Open ayah 26:72O dedi: “Onlara dua etdiyiniz zaman sizi eşidirlərmi?
أَوۡ يَنفَعُونَكُمۡ أَوۡ يَضُرُّونَ
Open ayah 26:73Yaxud sizə xeyir və ya zərər verirlərmi?”
قَالُواْ بَلۡ وَجَدۡنَآ ءَابَآءَنَا كَذَٰلِكَ يَفۡعَلُونَ
Open ayah 26:74Onlar: “Xeyr, (amma) biz öz atalarımızın belə etdiklərini gördük”– dedilər.
قَالَ أَفَرَءَيۡتُم مَّا كُنتُمۡ تَعۡبُدُونَ
Open ayah 26:75O dedi: “Siz nəyə ibadət etdiyinizi düşündünüzmü –
أَنتُمۡ وَءَابَآؤُكُمُ ٱلۡأَقۡدَمُونَ
Open ayah 26:76həm siz, həm də ulu babalarınız?
فَإِنَّهُمۡ عَدُوّٞ لِّيٓ إِلَّا رَبَّ ٱلۡعَٰلَمِينَ
Open ayah 26:77Aləmlərin Rəbbindən başqa, onların hamısı mənim düşmənimdir.
ٱلَّذِي خَلَقَنِي فَهُوَ يَهۡدِينِ
Open ayah 26:78(O Rəbb ki,) məni yaratmış və məni doğru yola yönəltmişdir;
وَٱلَّذِي هُوَ يُطۡعِمُنِي وَيَسۡقِينِ
Open ayah 26:79(O Rəbb ki,) məni yedirdir və içirdir;
وَإِذَا مَرِضۡتُ فَهُوَ يَشۡفِينِ
Open ayah 26:80(O Rəbb ki,) xəstələndiyim zaman mənə şəfa verir;
وَٱلَّذِي يُمِيتُنِي ثُمَّ يُحۡيِينِ
Open ayah 26:81(O Rəbb ki,) məni öldürəcək, sonra dirildəcəkdir;
وَٱلَّذِيٓ أَطۡمَعُ أَن يَغۡفِرَ لِي خَطِيٓـَٔتِي يَوۡمَ ٱلدِّينِ
Open ayah 26:82(O Rəbb ki,) Haqq-hesab günü xətalarımı bağışlayacağını Ondan umuram.
رَبِّ هَبۡ لِي حُكۡمٗا وَأَلۡحِقۡنِي بِٱلصَّٰلِحِينَ
Open ayah 26:83Ey Rəbbim! Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur!
وَٱجۡعَل لِّي لِسَانَ صِدۡقٖ فِي ٱلۡأٓخِرِينَ
Open ayah 26:84Sonra gələnlər arasında (həmişə yad edilim deyə) mənə yaxşı ad qismət elə!
وَٱجۡعَلۡنِي مِن وَرَثَةِ جَنَّةِ ٱلنَّعِيمِ
Open ayah 26:85Məni Nəim cənnətinin varislərindən et!
وَٱغۡفِرۡ لِأَبِيٓ إِنَّهُۥ كَانَ مِنَ ٱلضَّآلِّينَ
Open ayah 26:86Atamı bağışla! Çünki o, azmışlardandır.
وَلَا تُخۡزِنِي يَوۡمَ يُبۡعَثُونَ
Open ayah 26:87(İnsanların) dirildiləcəyi gün məni rüsvay etmə!
يَوۡمَ لَا يَنفَعُ مَالٞ وَلَا بَنُونَ
Open ayah 26:88O gün, nə var-dövlət, nə də oğul-uşaq fayda verər.
إِلَّا مَنۡ أَتَى ٱللَّهَ بِقَلۡبٖ سَلِيمٖ
Open ayah 26:89Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa!”
وَأُزۡلِفَتِ ٱلۡجَنَّةُ لِلۡمُتَّقِينَ
Open ayah 26:90(O gün) Cənnət müttəqilərə yaxınlaşdırılar.
وَبُرِّزَتِ ٱلۡجَحِيمُ لِلۡغَاوِينَ
Open ayah 26:91Cəhənnəm də azğınlara göstərilər.
وَقِيلَ لَهُمۡ أَيۡنَ مَا كُنتُمۡ تَعۡبُدُونَ
Open ayah 26:92Onlara deyilər: “Hanı sizin ibadət etdikləriniz –
مِن دُونِ ٱللَّهِ هَلۡ يَنصُرُونَكُمۡ أَوۡ يَنتَصِرُونَ
Open ayah 26:93Allahdan başqa (pənah apardıqlarınız?) Onlar sizə kömək edə bilərlərmi, yaxud özlərinə köməkləri dəyə bilərmi?”
فَكُبۡكِبُواْ فِيهَا هُمۡ وَٱلۡغَاوُۥنَ
Open ayah 26:94Onlar azğınlarla birlikdə (Cəhənnəmə) atılarlar,
وَجُنُودُ إِبۡلِيسَ أَجۡمَعُونَ
Open ayah 26:95İblisin bütün əsgərləri də, (həmçinin).
قَالُواْ وَهُمۡ فِيهَا يَخۡتَصِمُونَ
Open ayah 26:96Onlar orada höcətləşərək deyərlər:
تَٱللَّهِ إِن كُنَّا لَفِي ضَلَٰلٖ مُّبِينٍ
Open ayah 26:97“Allaha and olsun ki, biz açıq-aydın azğınlıq içində idik –
إِذۡ نُسَوِّيكُم بِرَبِّ ٱلۡعَٰلَمِينَ
Open ayah 26:98o vaxt ki, biz sizi aləmlərin Rəbbinə tay tuturduq.
وَمَآ أَضَلَّنَآ إِلَّا ٱلۡمُجۡرِمُونَ
Open ayah 26:99Bizi ancaq günahkarlar azdırdı.
فَمَا لَنَا مِن شَٰفِعِينَ
Open ayah 26:100İndi isə bizim nə şəfaətçilərimiz,
وَلَا صَدِيقٍ حَمِيمٖ
Open ayah 26:101nə də (bizə) canıyanan bir dostumuz var!
فَلَوۡ أَنَّ لَنَا كَرَّةٗ فَنَكُونَ مِنَ ٱلۡمُؤۡمِنِينَ
Open ayah 26:102Bir də (dünyaya) qayıda bilsəydik, möminlərdən olardıq!”
إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ
Open ayah 26:103Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ
Open ayah 26:104Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
كَذَّبَتۡ قَوۡمُ نُوحٍ ٱلۡمُرۡسَلِينَ
Open ayah 26:105Nuh qövmü də elçiləri yalançı saydı.
إِذۡ قَالَ لَهُمۡ أَخُوهُمۡ نُوحٌ أَلَا تَتَّقُونَ
Open ayah 26:106O vaxt qardaşları Nuh onlara dedi: “Məgər qorxmursunuz?
إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٞ
Open ayah 26:107Həqiqətən, mən sizin üçün etibar olunan bir elçiyəm.
فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ
Open ayah 26:108Allahdan qorxun və mənə itaət edin.
وَمَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَٰلَمِينَ
Open ayah 26:109Bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ
Open ayah 26:110Allahdan qorxun və mənə itaət edin!”
۞قَالُوٓاْ أَنُؤۡمِنُ لَكَ وَٱتَّبَعَكَ ٱلۡأَرۡذَلُونَ
Open ayah 26:111Onlar: “Sənə ən rəzil kimsələr tabe olduğu halda biz sənə inanarıqmı?”– dedilər.
قَالَ وَمَا عِلۡمِي بِمَا كَانُواْ يَعۡمَلُونَ
Open ayah 26:112(Nuh) dedi: “Mən onların nə etdiklərini bilmirəm!
إِنۡ حِسَابُهُمۡ إِلَّا عَلَىٰ رَبِّيۖ لَوۡ تَشۡعُرُونَ
Open ayah 26:113Onların haqq-hesabı yalnız Rəbbimə aiddir. Kaş başa düşəydiniz!
وَمَآ أَنَا۠ بِطَارِدِ ٱلۡمُؤۡمِنِينَ
Open ayah 26:114Mən iman gətirənləri qovan deyiləm.
إِنۡ أَنَا۠ إِلَّا نَذِيرٞ مُّبِينٞ
Open ayah 26:115Mən yalnız açıq-aşkar bir qorxudanam”.
قَالُواْ لَئِن لَّمۡ تَنتَهِ يَٰنُوحُ لَتَكُونَنَّ مِنَ ٱلۡمَرۡجُومِينَ
Open ayah 26:116Onlar dedilər: “Ey Nuh! Əgər (dəvətinə) son qoymasan, mütləq daşqalaq ediləcəksən”.
قَالَ رَبِّ إِنَّ قَوۡمِي كَذَّبُونِ
Open ayah 26:117(Nuh) dedi: “Ey Rəbbim! Qövmüm məni yalançı hesab etdi.
فَٱفۡتَحۡ بَيۡنِي وَبَيۡنَهُمۡ فَتۡحٗا وَنَجِّنِي وَمَن مَّعِيَ مِنَ ٱلۡمُؤۡمِنِينَ
Open ayah 26:118Mənimlə onların arasında hökm ver, məni və mənimlə birlikdə olan möminləri (əzabdan) qurtar!”
فَأَنجَيۡنَٰهُ وَمَن مَّعَهُۥ فِي ٱلۡفُلۡكِ ٱلۡمَشۡحُونِ
Open ayah 26:119Biz onu və onunla birlikdə olanları (insan və hevyanlarla) yüklənmiş gəmidə xilas etdik.
ثُمَّ أَغۡرَقۡنَا بَعۡدُ ٱلۡبَاقِينَ
Open ayah 26:120Sonra qalanları isə suya qərq etdik.
إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ
Open ayah 26:121Şübhəsiz ki, bunda bir ibrət var. Lakin onların əksəriyyəti iman gətirmədi.
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ
Open ayah 26:122Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
كَذَّبَتۡ عَادٌ ٱلۡمُرۡسَلِينَ
Open ayah 26:123Ad tayfası da elçiləri yalançı saydı.
إِذۡ قَالَ لَهُمۡ أَخُوهُمۡ هُودٌ أَلَا تَتَّقُونَ
Open ayah 26:124O vaxt qardaşları Hud onlara dedi: “Məgər qorxmursunuz?
إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٞ
Open ayah 26:125Həqiqətən, mən sizin üçün etibar olunan bir elçiyəm.
فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ
Open ayah 26:126Allahdan qorxun və mənə itaət edin!
وَمَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَٰلَمِينَ
Open ayah 26:127Bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
أَتَبۡنُونَ بِكُلِّ رِيعٍ ءَايَةٗ تَعۡبَثُونَ
Open ayah 26:128Əcəba, siz hər təpədə əbəs yerə bir əlamətmi qurursunuz (hündür binalarmı tikirsiniz)?
وَتَتَّخِذُونَ مَصَانِعَ لَعَلَّكُمۡ تَخۡلُدُونَ
Open ayah 26:129Sanki əbədi qalacaqsınız deyə qalalarmı tikirsiniz?
وَإِذَا بَطَشۡتُم بَطَشۡتُمۡ جَبَّارِينَ
Open ayah 26:130(Bir kəsi) yaxaladığınız zaman qəddar hökmdar kimi yaxalayırsınız?
فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ
Open ayah 26:131Allahdan qorxun və mənə itaət edin!
وَٱتَّقُواْ ٱلَّذِيٓ أَمَدَّكُم بِمَا تَعۡلَمُونَ
Open ayah 26:132Bildiyiniz nemətləri sizə verəndən qorxun.
أَمَدَّكُم بِأَنۡعَٰمٖ وَبَنِينَ
Open ayah 26:133O sizə heyvanat və oğul-uşaq verdi,
وَجَنَّٰتٖ وَعُيُونٍ
Open ayah 26:134(üstəlik) bağlar və çeşmələr də əta etdi.
إِنِّيٓ أَخَافُ عَلَيۡكُمۡ عَذَابَ يَوۡمٍ عَظِيمٖ
Open ayah 26:135Mən sizə üz verəcək böyük günün (Qiyamət gününün) əzabından qorxuram”.
قَالُواْ سَوَآءٌ عَلَيۡنَآ أَوَعَظۡتَ أَمۡ لَمۡ تَكُن مِّنَ ٱلۡوَٰعِظِينَ
Open ayah 26:136Onlar dedilər: “Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün birdir.
إِنۡ هَٰذَآ إِلَّا خُلُقُ ٱلۡأَوَّلِينَ
Open ayah 26:137Bu, yalnız əvvəlkilərin adətidir.
وَمَا نَحۡنُ بِمُعَذَّبِينَ
Open ayah 26:138Biz əzaba düçar olan da deyilik”.
فَكَذَّبُوهُ فَأَهۡلَكۡنَٰهُمۡۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ
Open ayah 26:139(Qövmü) onu (Hudu) yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, bunda bir ibrət var. Lakin onların əksəriyyəti iman gətirmədi.
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ
Open ayah 26:140Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
كَذَّبَتۡ ثَمُودُ ٱلۡمُرۡسَلِينَ
Open ayah 26:141Səmud tayfası da elçiləri yalançı saydı.
إِذۡ قَالَ لَهُمۡ أَخُوهُمۡ صَٰلِحٌ أَلَا تَتَّقُونَ
Open ayah 26:142O vaxt qardaşları Saleh onlara dedi: “Məgər qorxmursunuz?
إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٞ
Open ayah 26:143Həqiqətən, mən sizin üçün etibar olunan bir elçiyəm.
فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ
Open ayah 26:144Allahdan qorxun və mənə itaət edin.
وَمَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَٰلَمِينَ
Open ayah 26:145Bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
أَتُتۡرَكُونَ فِي مَا هَٰهُنَآ ءَامِنِينَ
Open ayah 26:146Məgər siz burada olanların içində sərbəst buraxılacaqsınız?
فِي جَنَّٰتٖ وَعُيُونٖ
Open ayah 26:147Bağlar və bulaqlar içində,
وَزُرُوعٖ وَنَخۡلٖ طَلۡعُهَا هَضِيمٞ
Open ayah 26:148əkinlər və yumşaq meyvəli xurmalıqlar içində (arxayınlıqla qalacaqsınız?)
وَتَنۡحِتُونَ مِنَ ٱلۡجِبَالِ بُيُوتٗا فَٰرِهِينَ
Open ayah 26:149Dağlardan məharətlə evlər yonub düzəldəcəksiniz?
فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ
Open ayah 26:150Allahdan qorxun və mənə itaət edin!
وَلَا تُطِيعُوٓاْ أَمۡرَ ٱلۡمُسۡرِفِينَ
Open ayah 26:151Həddi aşanların əmrinə tabe olmayın.
ٱلَّذِينَ يُفۡسِدُونَ فِي ٱلۡأَرۡضِ وَلَا يُصۡلِحُونَ
Open ayah 26:152O kəslər ki, yer üzündə fəsad törədər və islah etməzlər”.
قَالُوٓاْ إِنَّمَآ أَنتَ مِنَ ٱلۡمُسَحَّرِينَ
Open ayah 26:153Onlar dedilər: “Sən yalnız sehrlənmişlərdənsən.
مَآ أَنتَ إِلَّا بَشَرٞ مِّثۡلُنَا فَأۡتِ بِـَٔايَةٍ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ
Open ayah 26:154Sən də bizim kimi bir insansan. Əgər doğru danışanlardansansa, bizə bir ayə gətir”.
قَالَ هَٰذِهِۦ نَاقَةٞ لَّهَا شِرۡبٞ وَلَكُمۡ شِرۡبُ يَوۡمٖ مَّعۡلُومٖ
Open ayah 26:155(Saleh) dedi: “(Ayə) bu dişi dəvədir! Onun da, sizin də müəyyən edilmiş vaxtlarda su içmək haqqınız vardır. (Bir gün o su içməli, bir gün də siz su içməlisiniz).
وَلَا تَمَسُّوهَا بِسُوٓءٖ فَيَأۡخُذَكُمۡ عَذَابُ يَوۡمٍ عَظِيمٖ
Open ayah 26:156Ona heç bir pislik etməyin, yoxsa böyük günün əzabı sizi yaxalayar”.
فَعَقَرُوهَا فَأَصۡبَحُواْ نَٰدِمِينَ
Open ayah 26:157Onlar dəvəni kəsdilər, sonra da peşman oldular.
فَأَخَذَهُمُ ٱلۡعَذَابُۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ
Open ayah 26:158Əzab onları yaxaladı. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ
Open ayah 26:159Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
كَذَّبَتۡ قَوۡمُ لُوطٍ ٱلۡمُرۡسَلِينَ
Open ayah 26:160Lut qövmü da elçiləri yalançı saydı.
إِذۡ قَالَ لَهُمۡ أَخُوهُمۡ لُوطٌ أَلَا تَتَّقُونَ
Open ayah 26:161O vaxt qardaşları Lut onlara dedi: “Məgər qorxmursunuz?
إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٞ
Open ayah 26:162Həqiqətən, mən sizin üçün etibar olunan bir elçiyəm.
فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ
Open ayah 26:163Allahdan qorxun və mənə itaət edin!
وَمَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَٰلَمِينَ
Open ayah 26:164Bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
أَتَأۡتُونَ ٱلذُّكۡرَانَ مِنَ ٱلۡعَٰلَمِينَ
Open ayah 26:165Doğrudanmı siz insanlar içində ancaq kişilərlə yaxınlıq edir
وَتَذَرُونَ مَا خَلَقَ لَكُمۡ رَبُّكُم مِّنۡ أَزۡوَٰجِكُمۚ بَلۡ أَنتُمۡ قَوۡمٌ عَادُونَ
Open ayah 26:166və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz, həqiqətən də, həddi aşan bir qövmsünüz”.
قَالُواْ لَئِن لَّمۡ تَنتَهِ يَٰلُوطُ لَتَكُونَنَّ مِنَ ٱلۡمُخۡرَجِينَ
Open ayah 26:167Onlar dedilər: “Ey Lut! Əgər (dəvətinə) son qoymasan, mütləq qovulanlardan olacaqsan!”
قَالَ إِنِّي لِعَمَلِكُم مِّنَ ٱلۡقَالِينَ
Open ayah 26:168O dedi: “Mən sizin əməlinizə nifrət edənlərdənəm.
رَبِّ نَجِّنِي وَأَهۡلِي مِمَّا يَعۡمَلُونَ
Open ayah 26:169Ey Rəbbim! Məni və ailəmi onların tutduqları işdən xilas et!”
فَنَجَّيۡنَٰهُ وَأَهۡلَهُۥٓ أَجۡمَعِينَ
Open ayah 26:170Biz onu və bütün ailəsini xilas etdik.
إِلَّا عَجُوزٗا فِي ٱلۡغَٰبِرِينَ
Open ayah 26:171Geridə qalanlar arasındakı yaşlı qadından (Lutun zövcəsindən) başqa.
ثُمَّ دَمَّرۡنَا ٱلۡأٓخَرِينَ
Open ayah 26:172Sonra da o birilərini məhv etdik.
وَأَمۡطَرۡنَا عَلَيۡهِم مَّطَرٗاۖ فَسَآءَ مَطَرُ ٱلۡمُنذَرِينَ
Open ayah 26:173Biz onların üstünə (daşlardan) yağış yağdırdıq. Qorxudulanların yağışı nə pis imiş!
إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ
Open ayah 26:174Şübhəsiz ki, bunda bir ibrət var. Lakin onların əksəriyyəti iman gətirmədi.
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ
Open ayah 26:175Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
كَذَّبَ أَصۡحَٰبُ لۡـَٔيۡكَةِ ٱلۡمُرۡسَلِينَ
Open ayah 26:176Əykə əhli də elçiləri yalançı saydı.
إِذۡ قَالَ لَهُمۡ شُعَيۡبٌ أَلَا تَتَّقُونَ
Open ayah 26:177O vaxt Şueyb onlara dedi: “Məgər qorxmursunuz?
إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٞ
Open ayah 26:178Həqiqətən, mən sizin üçün etibar olunan bir elçiyəm.
فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ
Open ayah 26:179Allahdan qorxun və mənə itaət edin!
وَمَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَٰلَمِينَ
Open ayah 26:180Bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
۞أَوۡفُواْ ٱلۡكَيۡلَ وَلَا تَكُونُواْ مِنَ ٱلۡمُخۡسِرِينَ
Open ayah 26:181Ölçüyə tam riayət edin və əksik ölçənlərdən olmayın.
وَزِنُواْ بِٱلۡقِسۡطَاسِ ٱلۡمُسۡتَقِيمِ
Open ayah 26:182Düz tərəzi ilə çəkin.
وَلَا تَبۡخَسُواْ ٱلنَّاسَ أَشۡيَآءَهُمۡ وَلَا تَعۡثَوۡاْ فِي ٱلۡأَرۡضِ مُفۡسِدِينَ
Open ayah 26:183İnsanların haqqını əksiltməyin və yer üzündə fitnə-fəsad yayaraq pis işlər görməyin.
وَٱتَّقُواْ ٱلَّذِي خَلَقَكُمۡ وَٱلۡجِبِلَّةَ ٱلۡأَوَّلِينَ
Open ayah 26:184Sizi və əvvəlki nəsilləri Yaradandan qorxun!”
قَالُوٓاْ إِنَّمَآ أَنتَ مِنَ ٱلۡمُسَحَّرِينَ
Open ayah 26:185Onlar dedilər: “Sən yalnız sehrlənmişlərdənsən.
وَمَآ أَنتَ إِلَّا بَشَرٞ مِّثۡلُنَا وَإِن نَّظُنُّكَ لَمِنَ ٱلۡكَٰذِبِينَ
Open ayah 26:186Sən də bizim kimi bir insansan. Biz səni yalançılardan (biri) hesab edirik.
فَأَسۡقِطۡ عَلَيۡنَا كِسَفٗا مِّنَ ٱلسَّمَآءِ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ
Open ayah 26:187Əgər doğru danışanlardansansa, göyün bir parçasını üstümüzə endir”.
قَالَ رَبِّيٓ أَعۡلَمُ بِمَا تَعۡمَلُونَ
Open ayah 26:188(Şueyb) dedi: “Rəbbim sizin nələr etdiyinizi daha yaxşı bilir”.
فَكَذَّبُوهُ فَأَخَذَهُمۡ عَذَابُ يَوۡمِ ٱلظُّلَّةِۚ إِنَّهُۥ كَانَ عَذَابَ يَوۡمٍ عَظِيمٍ
Open ayah 26:189Onlar isə onu (Şüeybi) yalançı saydılar və buna görə də kölgəli günün əzabı onları yaxaladı. Həqiqətən, o, böyük bir günün əzabı idi.
إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ
Open ayah 26:190Şübhəsiz ki, bunda bir ibrət var. Lakin onların əksəriyyəti iman gətirmədi.
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ
Open ayah 26:191Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
وَإِنَّهُۥ لَتَنزِيلُ رَبِّ ٱلۡعَٰلَمِينَ
Open ayah 26:192Şübhəsiz ki, bu (Quran), aləmlərin Rəbbindən nazil edilmişdir.
نَزَلَ بِهِ ٱلرُّوحُ ٱلۡأَمِينُ
Open ayah 26:193Onu sadiq ruh (Cəbrail) endirdi –
عَلَىٰ قَلۡبِكَ لِتَكُونَ مِنَ ٱلۡمُنذِرِينَ
Open ayah 26:194sənin qəlbinə ki, xəbərdar edənlərdən olasan.
بِلِسَانٍ عَرَبِيّٖ مُّبِينٖ
Open ayah 26:195(Bu Quran) açıq-aydın ərəb dilində (nazil edildi).
وَإِنَّهُۥ لَفِي زُبُرِ ٱلۡأَوَّلِينَ
Open ayah 26:196Şübhəsiz ki, o (Quran), əvvəlki ümmətlərin kitablarında (Tövratda və İncildə) də zikr edilmişdir.
أَوَلَمۡ يَكُن لَّهُمۡ ءَايَةً أَن يَعۡلَمَهُۥ عُلَمَٰٓؤُاْ بَنِيٓ إِسۡرَٰٓءِيلَ
Open ayah 26:197Məgər İsrail oğullarından olan alimlərin onu bilmələri onlar üçün bir əlamət deyilmi?!
وَلَوۡ نَزَّلۡنَٰهُ عَلَىٰ بَعۡضِ ٱلۡأَعۡجَمِينَ
Open ayah 26:198Əgər Biz onu ərəb olmayanlardan birinə nazil etsəydik
فَقَرَأَهُۥ عَلَيۡهِم مَّا كَانُواْ بِهِۦ مُؤۡمِنِينَ
Open ayah 26:199və o, bunu onlara oxusaydı, yenə də ona iman gətirməzdilər.
كَذَٰلِكَ سَلَكۡنَٰهُ فِي قُلُوبِ ٱلۡمُجۡرِمِينَ
Open ayah 26:200Biz (küfrü) günahkarların qəlbinə belə saldıq.
لَا يُؤۡمِنُونَ بِهِۦ حَتَّىٰ يَرَوُاْ ٱلۡعَذَابَ ٱلۡأَلِيمَ
Open ayah 26:201Onlar ağrılı-acılı əzabı görməyənədək ona inanmazlar.
فَيَأۡتِيَهُم بَغۡتَةٗ وَهُمۡ لَا يَشۡعُرُونَ
Open ayah 26:202O (əzab) onlara özləri də hiss etmədən qəflətən gələcəkdir.
فَيَقُولُواْ هَلۡ نَحۡنُ مُنظَرُونَ
Open ayah 26:203Onlar deyəcəklər: “Bizə möhlət veriləcəkmi?”
أَفَبِعَذَابِنَا يَسۡتَعۡجِلُونَ
Open ayah 26:204Onlar əzabımızın tez gəlməsini istəyirlər?
أَفَرَءَيۡتَ إِن مَّتَّعۡنَٰهُمۡ سِنِينَ
Open ayah 26:205Bilirsənmi, əgər onlara illərcə firavanlıq nəsib etsək,
ثُمَّ جَآءَهُم مَّا كَانُواْ يُوعَدُونَ
Open ayah 26:206sonra vəd olunduqları (əzab) onlara yetişsə,
مَآ أَغۡنَىٰ عَنۡهُم مَّا كَانُواْ يُمَتَّعُونَ
Open ayah 26:207onlara nəsib olmuş firavanlıq, (əzabımızı) onlardan dəf edə bilməz.
وَمَآ أَهۡلَكۡنَا مِن قَرۡيَةٍ إِلَّا لَهَا مُنذِرُونَ
Open ayah 26:208Biz heç bir məmləkəti ora xəbərdar edənlər göndərmədən məhv etmədik.
ذِكۡرَىٰ وَمَا كُنَّا ظَٰلِمِينَ
Open ayah 26:209(Xəbərdar edənləri də) öyüd-nəsihət vermək üçün (göndərdik). Biz əsla zalım olmamışıq!
وَمَا تَنَزَّلَتۡ بِهِ ٱلشَّيَٰطِينُ
Open ayah 26:210Onu (Quranı) şeytanlar endirmədi.
وَمَا يَنۢبَغِي لَهُمۡ وَمَا يَسۡتَطِيعُونَ
Open ayah 26:211Onlar buna layiq deyillər və heç (bunu) bacarmazlar da.
إِنَّهُمۡ عَنِ ٱلسَّمۡعِ لَمَعۡزُولُونَ
Open ayah 26:212Çünki onlar (vəhyə) qulaq asmaqdan kənar edilmişdilər.
فَلَا تَدۡعُ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ فَتَكُونَ مِنَ ٱلۡمُعَذَّبِينَ
Open ayah 26:213Odur ki, Allahla yanaşı başqa bir ilaha dua etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan.
وَأَنذِرۡ عَشِيرَتَكَ ٱلۡأَقۡرَبِينَ
Open ayah 26:214Ən yaxın qohumlarını qorxut!
وَٱخۡفِضۡ جَنَاحَكَ لِمَنِ ٱتَّبَعَكَ مِنَ ٱلۡمُؤۡمِنِينَ
Open ayah 26:215Sənə tabe olan möminləri qanadının altına al (onlara qarşı təvazökar ol)!
فَإِنۡ عَصَوۡكَ فَقُلۡ إِنِّي بَرِيٓءٞ مِّمَّا تَعۡمَلُونَ
Open ayah 26:216Əgər onlar sənə asi olsalar, de: “Şübhəsiz ki, mən sizin etdiyiniz əməllərdən uzağam!”
وَتَوَكَّلۡ عَلَى ٱلۡعَزِيزِ ٱلرَّحِيمِ
Open ayah 26:217Qüdrətli və Rəhmli olana təvəkkül et!
ٱلَّذِي يَرَىٰكَ حِينَ تَقُومُ
Open ayah 26:218O səni (namaza) duranda da görür,
وَتَقَلُّبَكَ فِي ٱلسَّٰجِدِينَ
Open ayah 26:219səcdə edənlər içində hərəkətinidə.
إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ
Open ayah 26:220Həqiqətən də, O, Eşidəndir, Biləndir!
هَلۡ أُنَبِّئُكُمۡ عَلَىٰ مَن تَنَزَّلُ ٱلشَّيَٰطِينُ
Open ayah 26:221Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi?
تَنَزَّلُ عَلَىٰ كُلِّ أَفَّاكٍ أَثِيمٖ
Open ayah 26:222Onlar hər bir yalançıya və günahkara (kahinə) nazil olarlar.
يُلۡقُونَ ٱلسَّمۡعَ وَأَكۡثَرُهُمۡ كَٰذِبُونَ
Open ayah 26:223(Şeytanlar vəhydən) eşitdiklərini (kahinlərə) təlqin edirlər. Halbuki onların əksəriyyəti yalançıdır!
وَٱلشُّعَرَآءُ يَتَّبِعُهُمُ ٱلۡغَاوُۥنَ
Open ayah 26:224Şairlərə gəldikdə isə, onlara ancaq azmışlar uyar.
أَلَمۡ تَرَ أَنَّهُمۡ فِي كُلِّ وَادٖ يَهِيمُونَ
Open ayah 26:225Məgər görmürsənmi ki, onlar hər vadidə veyl-veyl gəzir (hər mövzuda şer uydurur)
وَأَنَّهُمۡ يَقُولُونَ مَا لَا يَفۡعَلُونَ
Open ayah 26:226və etmədikləri şeylərdən danışırlar?
إِلَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ وَذَكَرُواْ ٱللَّهَ كَثِيرٗا وَٱنتَصَرُواْ مِنۢ بَعۡدِ مَا ظُلِمُواْۗ وَسَيَعۡلَمُ ٱلَّذِينَ ظَلَمُوٓاْ أَيَّ مُنقَلَبٖ يَنقَلِبُونَ
Open ayah 26:227Yalınz iman gətirib saleh əməllər edən, Allahı çox zikr edən və haqsızlığa məruz qaldıqdan sonra (İslam dinini) müdafiə edənlərdən başqa. Zalımlar isə qayıdacaqları yeri mütləq biləcəklər.