الصافات
As-Saaffaat
Translation: Azerbaijani - Alikhan Musayev · Open the surah
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
وَٱلصَّٰٓفَّٰتِ صَفّٗا
Open ayah 37:1And olsun (ibadət üçün) səf-səf duranlara (mələklərə),
فَٱلزَّٰجِرَٰتِ زَجۡرٗا
Open ayah 37:2(buludları) qətiyyətlə qovanlara
فَٱلتَّٰلِيَٰتِ ذِكۡرًا
Open ayah 37:3və Zikri oxuyanlara!
إِنَّ إِلَٰهَكُمۡ لَوَٰحِدٞ
Open ayah 37:4Həqiqətən, sizin ilahınız təkdir!
رَّبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا وَرَبُّ ٱلۡمَشَٰرِقِ
Open ayah 37:5O, həm göylərin, yerin və onların arasındakıların Rəbbi, həm də məşriqlərin Rəbbidir.
إِنَّا زَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنۡيَا بِزِينَةٍ ٱلۡكَوَاكِبِ
Open ayah 37:6Biz dünya səmasını ulduzlarla bəzədik
وَحِفۡظٗا مِّن كُلِّ شَيۡطَٰنٖ مَّارِدٖ
Open ayah 37:7və (onu) hər bir asi şeytandan mühafizə etdik.
لَّا يَسَّمَّعُونَ إِلَى ٱلۡمَلَإِ ٱلۡأَعۡلَىٰ وَيُقۡذَفُونَ مِن كُلِّ جَانِبٖ
Open ayah 37:8Onlar ali topluma (mələklərin söhbətlərinə) qulaq asa bilməzlər və hər tərəfdən üstlərinə (yandırıb yaxan alovlar) yağdırılar
دُحُورٗاۖ وَلَهُمۡ عَذَابٞ وَاصِبٌ
Open ayah 37:9(və oradan) qovularlar. Onlar üçün daimi bir əzab vardır.
إِلَّا مَنۡ خَطِفَ ٱلۡخَطۡفَةَ فَأَتۡبَعَهُۥ شِهَابٞ ثَاقِبٞ
Open ayah 37:10Lakin (şeytanlardan) hər kim (mələklərin söhbətlərindən bir söz) qapıb qaçarsa, onu yandırıb-yaxan alov təqib edər.
فَٱسۡتَفۡتِهِمۡ أَهُمۡ أَشَدُّ خَلۡقًا أَم مَّنۡ خَلَقۡنَآۚ إِنَّا خَلَقۡنَٰهُم مِّن طِينٖ لَّازِبِۭ
Open ayah 37:11Onlardan (öldükdən sonra yenidə dirilməyi inkar edən kafirlərdən) soruş: Onları yaratmaq çətindir, yoxsa Bizim (başqa) yaratdıqlarımızı? Biz onları yapışqan bir palçıqdan yaratdıq.
بَلۡ عَجِبۡتَ وَيَسۡخَرُونَ
Open ayah 37:12Sən onlara təəccüb edirsən, onlar isə səni ələ salırlar.
وَإِذَا ذُكِّرُواْ لَا يَذۡكُرُونَ
Open ayah 37:13Onlara xatırlatdıqda düşünüb ibrət almazlar.
وَإِذَا رَأَوۡاْ ءَايَةٗ يَسۡتَسۡخِرُونَ
Open ayah 37:14Bir ayə gördükdə isə ona istehza edərlər
وَقَالُوٓاْ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٞ مُّبِينٌ
Open ayah 37:15və deyirlər: “Bu ancaq açıq-aydın bir sehrdir.
أَءِذَا مِتۡنَا وَكُنَّا تُرَابٗا وَعِظَٰمًا أَءِنَّا لَمَبۡعُوثُونَ
Open ayah 37:16Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra dirildiləcəyikmi?!
أَوَءَابَآؤُنَا ٱلۡأَوَّلُونَ
Open ayah 37:17Həmçinin, (bizdən) əvvəlki atalarımız da (dirildiləcəklərmi)?!”
قُلۡ نَعَمۡ وَأَنتُمۡ دَٰخِرُونَ
Open ayah 37:18De: “Bəli, özü də, zəlil olduğunuz halda (dirildiləcəksiniz)”.
فَإِنَّمَا هِيَ زَجۡرَةٞ وَٰحِدَةٞ فَإِذَا هُمۡ يَنظُرُونَ
Open ayah 37:19Bu, təkcə dəhşətli bir səs olacaq. Onlar dərhal (dirilib düçar olduqları müsibətə) baxacaqlar.
وَقَالُواْ يَٰوَيۡلَنَا هَٰذَا يَوۡمُ ٱلدِّينِ
Open ayah 37:20(Günahkarlar) deyəcəklər: “Vay halımıza! Bu, Din günüdür!”
هَٰذَا يَوۡمُ ٱلۡفَصۡلِ ٱلَّذِي كُنتُم بِهِۦ تُكَذِّبُونَ
Open ayah 37:21(Onlara deyiləcək:) “Bu, yalan saydığınız hökm günüdür!”
۞ٱحۡشُرُواْ ٱلَّذِينَ ظَلَمُواْ وَأَزۡوَٰجَهُمۡ وَمَا كَانُواْ يَعۡبُدُونَ
Open ayah 37:22(Mələklərə belə əmr olunacaq:) “Zalımları, onların həmtaylarını və ibadət etdiklərini bir yerə toplayın –
مِن دُونِ ٱللَّهِ فَٱهۡدُوهُمۡ إِلَىٰ صِرَٰطِ ٱلۡجَحِيمِ
Open ayah 37:23Allahdan başqa. Onları Cəhənnəm yoluna yönəldin.
وَقِفُوهُمۡۖ إِنَّهُم مَّسۡـُٔولُونَ
Open ayah 37:24Onları (Cəhənnəmə daxil etməzdən əvvəl) tutub saxlayın, çünki onlar sorğu-sual olunacaqlar”.
مَا لَكُمۡ لَا تَنَاصَرُونَ
Open ayah 37:25(Günahkarlara deyiləcək:) “Sizə nə olub ki, (dünyada olduğu kimi) bir-birinizə kömək etmirsiniz?”
بَلۡ هُمُ ٱلۡيَوۡمَ مُسۡتَسۡلِمُونَ
Open ayah 37:26Xeyr, onlar bu gün təslim olmuşlar!
وَأَقۡبَلَ بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٖ يَتَسَآءَلُونَ
Open ayah 37:27Onlar bir-birinə üz tutub soruşacaqlar.
قَالُوٓاْ إِنَّكُمۡ كُنتُمۡ تَأۡتُونَنَا عَنِ ٱلۡيَمِينِ
Open ayah 37:28(Tabe olanlar öz başçılarına) deyəcəklər: “Siz bizim yanımıza (şirki və küfürü bizə gözəl göstərib, haqqdan çəkindirərək) sağ tərəfdən gəlirdiniz”.
قَالُواْ بَل لَّمۡ تَكُونُواْ مُؤۡمِنِينَ
Open ayah 37:29(Başçılar) deyəcəklər: “Xeyr! Siz inanan kimsələr deyildiniz.
وَمَا كَانَ لَنَا عَلَيۡكُم مِّن سُلۡطَٰنِۭۖ بَلۡ كُنتُمۡ قَوۡمٗا طَٰغِينَ
Open ayah 37:30Bizim sizin üzərinizdə heç bir hökmranlığımız da yox idi. Xeyr, siz özünüz (günahlar etməklə) həddi aşmış bir qövm idiniz.
فَحَقَّ عَلَيۡنَا قَوۡلُ رَبِّنَآۖ إِنَّا لَذَآئِقُونَ
Open ayah 37:31Rəbbimizin (Mən Cəhənnəmi mütləq bütün (günahkar) cin və insanlarla dolduracağam!) sözü bizim barəmizdə həqiqətə çevrildi. Biz (əzabı) mütləq dadacağıq.
فَأَغۡوَيۡنَٰكُمۡ إِنَّا كُنَّا غَٰوِينَ
Open ayah 37:32Biz sizi azdırdıq. Çünki biz özümüz də azmışdıq”.
فَإِنَّهُمۡ يَوۡمَئِذٖ فِي ٱلۡعَذَابِ مُشۡتَرِكُونَ
Open ayah 37:33O gün onlar (tabe olanlar və başçılar) əzabda şərik olacaqlar.
إِنَّا كَذَٰلِكَ نَفۡعَلُ بِٱلۡمُجۡرِمِينَ
Open ayah 37:34Biz günahkarlarla belə edərik.
إِنَّهُمۡ كَانُوٓاْ إِذَا قِيلَ لَهُمۡ لَآ إِلَٰهَ إِلَّا ٱللَّهُ يَسۡتَكۡبِرُونَ
Open ayah 37:35Çünki onlara: “Allahdan başqa (ibadətə layiq olan) ilah yoxdur!”– deyildikdə təkəbbür göstərir
وَيَقُولُونَ أَئِنَّا لَتَارِكُوٓاْ ءَالِهَتِنَا لِشَاعِرٖ مَّجۡنُونِۭ
Open ayah 37:36və: “Məgər bir dəli şairə görə ilahlarımızı tərkmi edəcəyik?!”– deyirdilər.
بَلۡ جَآءَ بِٱلۡحَقِّ وَصَدَّقَ ٱلۡمُرۡسَلِينَ
Open ayah 37:37Xeyr! O, haqla (Quranla) gəldi və (əvvəlki) peyğəmbərləri təsdiqlədi.
إِنَّكُمۡ لَذَآئِقُواْ ٱلۡعَذَابِ ٱلۡأَلِيمِ
Open ayah 37:38Siz (ey müşriklər) mütləq ağrılı-acılı əzabı dadacaqsınız.
وَمَا تُجۡزَوۡنَ إِلَّا مَا كُنتُمۡ تَعۡمَلُونَ
Open ayah 37:39Siz ancaq etdiyiniz əməllərə görə cəzalandırılacaqsınız.
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ
Open ayah 37:40Yalnız Allahın ixlaslı qulları (bundan) müstəsnadır.
أُوْلَٰٓئِكَ لَهُمۡ رِزۡقٞ مَّعۡلُومٞ
Open ayah 37:41Onlar üçün məlum bir ruzi vardır –
فَوَٰكِهُ وَهُم مُّكۡرَمُونَ
Open ayah 37:42(Cənnət) meyvələri. Onlara ehtiram göstəriləcək –
فِي جَنَّٰتِ ٱلنَّعِيمِ
Open ayah 37:43Nəim cənnətlərində.
عَلَىٰ سُرُرٖ مُّتَقَٰبِلِينَ
Open ayah 37:44(Onlar) taxtlar üstündə bir-biri ilə üzbəüz (oturacaqlar).
يُطَافُ عَلَيۡهِم بِكَأۡسٖ مِّن مَّعِينِۭ
Open ayah 37:45Onların ətrafında çeşmə şərabı ilə dolu piyalələr dolandırılacaq.
بَيۡضَآءَ لَذَّةٖ لِّلشَّٰرِبِينَ
Open ayah 37:46Ağappaq, içənlərə ləzzət verən (bir şərab).
لَا فِيهَا غَوۡلٞ وَلَا هُمۡ عَنۡهَا يُنزَفُونَ
Open ayah 37:47O (şərab) nə baş ağrısı verər, nə də onlar ondan sərxoş olarlar.
وَعِندَهُمۡ قَٰصِرَٰتُ ٱلطَّرۡفِ عِينٞ
Open ayah 37:48Onların yanında baxışları (öz ərlərinə) dikilmiş iri qara gözlü hurilər olacaqdır.
كَأَنَّهُنَّ بَيۡضٞ مَّكۡنُونٞ
Open ayah 37:49Sanki onlar qorunub saxlanılmış yumurtadırlar.
فَأَقۡبَلَ بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٖ يَتَسَآءَلُونَ
Open ayah 37:50Onlar bir-birilərinə tərəf dönüb soruşacaqlar.
قَالَ قَآئِلٞ مِّنۡهُمۡ إِنِّي كَانَ لِي قَرِينٞ
Open ayah 37:51Onlardan biri deyəcək: “Mənim (öldükdən sonra yenidən dirilməyi inkar edən) bir yoldaşım var idi.
يَقُولُ أَءِنَّكَ لَمِنَ ٱلۡمُصَدِّقِينَ
Open ayah 37:52O deyirdi: “Sən də inananlardansan?
أَءِذَا مِتۡنَا وَكُنَّا تُرَابٗا وَعِظَٰمًا أَءِنَّا لَمَدِينُونَ
Open ayah 37:53Məgər biz öldükdən, torpağa çevrilib sür-sümük olduqdan sonra haqq-hesaba çəkilib cəzalandırılacağıq?!”
قَالَ هَلۡ أَنتُم مُّطَّلِعُونَ
Open ayah 37:54O (sözünə davam edib) deyəcək: “Siz (onun harada olduğunu görmək) istəyirsinizmi?”
فَٱطَّلَعَ فَرَءَاهُ فِي سَوَآءِ ٱلۡجَحِيمِ
Open ayah 37:55O boylanıb (yoldaşını) Cəhənnəmin ortasında görəcək
قَالَ تَٱللَّهِ إِن كِدتَّ لَتُرۡدِينِ
Open ayah 37:56və deyəcək: “Allaha and olsun ki, sən məni də məhv edəcəkdin.
وَلَوۡلَا نِعۡمَةُ رَبِّي لَكُنتُ مِنَ ٱلۡمُحۡضَرِينَ
Open ayah 37:57Əgər Rəbbimin lütfü olmasaydı, mən də (Cəhənnəmə) gətirilənlərdən olardım.
أَفَمَا نَحۡنُ بِمَيِّتِينَ
Open ayah 37:58Doğrudanmı biz bir daha ölməyəcəyik?
إِلَّا مَوۡتَتَنَا ٱلۡأُولَىٰ وَمَا نَحۡنُ بِمُعَذَّبِينَ
Open ayah 37:59Yalnız ilk ölümümüzdən başqa. Biz əzaba da düçar olmayacağıq”.
إِنَّ هَٰذَا لَهُوَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ
Open ayah 37:60Həqiqətən, bu, böyük qurtuluşdur.
لِمِثۡلِ هَٰذَا فَلۡيَعۡمَلِ ٱلۡعَٰمِلُونَ
Open ayah 37:61Qoy çalışanlar bunun üçün çalışsınlar!
أَذَٰلِكَ خَيۡرٞ نُّزُلًا أَمۡ شَجَرَةُ ٱلزَّقُّومِ
Open ayah 37:62Ziyafət olaraq bu yaxşıdır, yoxsa zəqqum ağacı?!
إِنَّا جَعَلۡنَٰهَا فِتۡنَةٗ لِّلظَّٰلِمِينَ
Open ayah 37:63Biz onu (zəqqum ağacını) zalımlar (Cəhənnəm atəşində hər hansı bir ağacın bitməsi qeymi mümkündür deyən kafirlər) üçün bir fitnə etdik.
إِنَّهَا شَجَرَةٞ تَخۡرُجُ فِيٓ أَصۡلِ ٱلۡجَحِيمِ
Open ayah 37:64O, Cəhənnəmin dibindən çıxan bir ağacdır.
طَلۡعُهَا كَأَنَّهُۥ رُءُوسُ ٱلشَّيَٰطِينِ
Open ayah 37:65Onun meyvəsi sanki şeytanların başları kimidir.
فَإِنَّهُمۡ لَأٓكِلُونَ مِنۡهَا فَمَالِـُٔونَ مِنۡهَا ٱلۡبُطُونَ
Open ayah 37:66(Günahkarlar) ondan yeyib qarınlarını dolduracaqlar.
ثُمَّ إِنَّ لَهُمۡ عَلَيۡهَا لَشَوۡبٗا مِّنۡ حَمِيمٖ
Open ayah 37:67Sonra da onlar üçün bunun üstündən qaynar su ilə qatışdırılmış bir içki vardır.
ثُمَّ إِنَّ مَرۡجِعَهُمۡ لَإِلَى ٱلۡجَحِيمِ
Open ayah 37:68Sonra onların qayıdacağı yer, əlbəttə ki, Cəhənnəmdir.
إِنَّهُمۡ أَلۡفَوۡاْ ءَابَآءَهُمۡ ضَآلِّينَ
Open ayah 37:69Çünki onlar ata-babalarını azmış gördülər,
فَهُمۡ عَلَىٰٓ ءَاثَٰرِهِمۡ يُهۡرَعُونَ
Open ayah 37:70özləri də tələm-tələsik onların izini tutub getdilər.
وَلَقَدۡ ضَلَّ قَبۡلَهُمۡ أَكۡثَرُ ٱلۡأَوَّلِينَ
Open ayah 37:71Artıq onlardan öncə əvvəlkilərin çoxu zəlalətə düşmüşdü.
وَلَقَدۡ أَرۡسَلۡنَا فِيهِم مُّنذِرِينَ
Open ayah 37:72Biz onlara xəbərdar edən (peyğəmbərlər) göndərmişdik.
فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُنذَرِينَ
Open ayah 37:73Bax gör xəbərdar edilənlərin aqibəti necə oldu.
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ
Open ayah 37:74Yalnız Allahın ixlaslı qullarından başqa.
وَلَقَدۡ نَادَىٰنَا نُوحٞ فَلَنِعۡمَ ٱلۡمُجِيبُونَ
Open ayah 37:75Nuh Bizi (dua edib) çağırdı. Biz çağırışa necə də gözəl cavab verənik!
وَنَجَّيۡنَٰهُ وَأَهۡلَهُۥ مِنَ ٱلۡكَرۡبِ ٱلۡعَظِيمِ
Open ayah 37:76Biz onu və ailəsini böyük sıxıntıdan qurtardıq.
وَجَعَلۡنَا ذُرِّيَّتَهُۥ هُمُ ٱلۡبَاقِينَ
Open ayah 37:77Təkcə onun nəslini (yer üzündə) qalanlar etdik.
وَتَرَكۡنَا عَلَيۡهِ فِي ٱلۡأٓخِرِينَ
Open ayah 37:78Sonra gələnlər arasında onun üçün (gözəl xatirə) qoyduq;
سَلَٰمٌ عَلَىٰ نُوحٖ فِي ٱلۡعَٰلَمِينَ
Open ayah 37:79aləmlər içərisində Nuha salam olsun!
إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ
Open ayah 37:80Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
إِنَّهُۥ مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِينَ
Open ayah 37:81O, Bizim mömin qullarımızdan idi.
ثُمَّ أَغۡرَقۡنَا ٱلۡأٓخَرِينَ
Open ayah 37:82Sonra o birilərini suya qərq etdik.
۞وَإِنَّ مِن شِيعَتِهِۦ لَإِبۡرَٰهِيمَ
Open ayah 37:83Həqiqətən, İbrahim onun ardıcıllarından idi.
إِذۡ جَآءَ رَبَّهُۥ بِقَلۡبٖ سَلِيمٍ
Open ayah 37:84Bir zaman o, öz Rəbbinin hüzuruna pak bir qəlblə gəlmişdi.
إِذۡ قَالَ لِأَبِيهِ وَقَوۡمِهِۦ مَاذَا تَعۡبُدُونَ
Open ayah 37:85O zaman o, atasına və qövmünə demişdi: “Siz nəyə ibadət edirsiniz?
أَئِفۡكًا ءَالِهَةٗ دُونَ ٱللَّهِ تُرِيدُونَ
Open ayah 37:86Allahı qoyub uydurma ilahlarımı istəyirsiniz?
فَمَا ظَنُّكُم بِرَبِّ ٱلۡعَٰلَمِينَ
Open ayah 37:87Aləmlərin Rəbbi barəsində zənniniz nədir?”
فَنَظَرَ نَظۡرَةٗ فِي ٱلنُّجُومِ
Open ayah 37:88O, ulduzlara bir nəzər saldı
فَقَالَ إِنِّي سَقِيمٞ
Open ayah 37:89“Mən xəstəyəm!”– dedi.
فَتَوَلَّوۡاْ عَنۡهُ مُدۡبِرِينَ
Open ayah 37:90Onlar ondan (İbrahimdən) üz çevirib getdilər.
فَرَاغَ إِلَىٰٓ ءَالِهَتِهِمۡ فَقَالَ أَلَا تَأۡكُلُونَ
Open ayah 37:91O, xəlvətcə onların ilahlarının yanına gəlib (istehza ilə) dedi: “Siz (bu təamları) yemirsiniz?!
مَا لَكُمۡ لَا تَنطِقُونَ
Open ayah 37:92Sizə nə olub ki, danışmırsınız?!”
فَرَاغَ عَلَيۡهِمۡ ضَرۡبَۢا بِٱلۡيَمِينِ
Open ayah 37:93Sonra onlara yaxınlaşıb sağ əli ilə bir zərbə endirdi.
فَأَقۡبَلُوٓاْ إِلَيۡهِ يَزِفُّونَ
Open ayah 37:94(Qövmü) tələm-tələsik onun yanına gəldi.
قَالَ أَتَعۡبُدُونَ مَا تَنۡحِتُونَ
Open ayah 37:95O dedi: “Siz (öz əllərinizlə) yonub düzəltdiklərinizəmi ibadət edirsiniz?
وَٱللَّهُ خَلَقَكُمۡ وَمَا تَعۡمَلُونَ
Open ayah 37:96Halbuki sizi də, sizin etdiklərinizi (öz əllərinizlə düzəltdiklərinizi) də Allah yaratmışdır”.
قَالُواْ ٱبۡنُواْ لَهُۥ بُنۡيَٰنٗا فَأَلۡقُوهُ فِي ٱلۡجَحِيمِ
Open ayah 37:97Onlar: “Bunun (İbrahim) üçün bir bina tikin və onu oda atın!”– dedilər.
فَأَرَادُواْ بِهِۦ كَيۡدٗا فَجَعَلۡنَٰهُمُ ٱلۡأَسۡفَلِينَ
Open ayah 37:98Beləcə ona (İbrahimə) hiylə qurmaq istədilər, Biz də onları rüsvay etdik.
وَقَالَ إِنِّي ذَاهِبٌ إِلَىٰ رَبِّي سَيَهۡدِينِ
Open ayah 37:99O dedi: “Mən Rəbbimə doğru gedirəm. O məni doğru yola yönəldəcəkdir”.
رَبِّ هَبۡ لِي مِنَ ٱلصَّٰلِحِينَ
Open ayah 37:100O (dedi:) “Ey Rəbbim! Mənə əməlisalehlərdən olan (bir övlad) bəxş et!”
فَبَشَّرۡنَٰهُ بِغُلَٰمٍ حَلِيمٖ
Open ayah 37:101Biz də onu həlim xasiyyətli bir oğlan uşağı (İsmail) ilə müjdələdik.
فَلَمَّا بَلَغَ مَعَهُ ٱلسَّعۡيَ قَالَ يَٰبُنَيَّ إِنِّيٓ أَرَىٰ فِي ٱلۡمَنَامِ أَنِّيٓ أَذۡبَحُكَ فَٱنظُرۡ مَاذَا تَرَىٰۚ قَالَ يَٰٓأَبَتِ ٱفۡعَلۡ مَا تُؤۡمَرُۖ سَتَجِدُنِيٓ إِن شَآءَ ٱللَّهُ مِنَ ٱلصَّٰبِرِينَ
Open ayah 37:102O, böyüyüb (atası ilə) bərabər çalışmaq həddinə çatdıqda (İbrahim) dedi: “Oğlum! Yuxuda səni qurban kəsdiyimi gördüm. Bax gör nə düşünürsən!” O dedi: “Atacan! Sənə buyurulanı yerinə yetir. İnşallah mənim səbirlilərdən olduğumu görəcəksən”.
فَلَمَّآ أَسۡلَمَا وَتَلَّهُۥ لِلۡجَبِينِ
Open ayah 37:103Hər ikisi (Allahın əmrinə) tabe olduqları və (İbrahim) onu üzüstə yerə yıxdığı zaman
وَنَٰدَيۡنَٰهُ أَن يَٰٓإِبۡرَٰهِيمُ
Open ayah 37:104Biz onu çağırıb dedik: “Ey İbrahim!
قَدۡ صَدَّقۡتَ ٱلرُّءۡيَآۚ إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ
Open ayah 37:105Artıq sən yuxunu təsdiq etdin!” Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
إِنَّ هَٰذَا لَهُوَ ٱلۡبَلَٰٓؤُاْ ٱلۡمُبِينُ
Open ayah 37:106Həqiqətən də, bu, açıq-aydın bir imtahandır.
وَفَدَيۡنَٰهُ بِذِبۡحٍ عَظِيمٖ
Open ayah 37:107Biz onun (İsmailin) əvəzinə (İbrahimə) böyük bir qurbanlığı fidyə verdik.
وَتَرَكۡنَا عَلَيۡهِ فِي ٱلۡأٓخِرِينَ
Open ayah 37:108Sonradan gələnlər arasında ona (gözəl xatirə) qoyduq.
سَلَٰمٌ عَلَىٰٓ إِبۡرَٰهِيمَ
Open ayah 37:109İbrahimə salam olsun!
كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ
Open ayah 37:110Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
إِنَّهُۥ مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِينَ
Open ayah 37:111O, Bizim mömin qullarımızdan idi.
وَبَشَّرۡنَٰهُ بِإِسۡحَٰقَ نَبِيّٗا مِّنَ ٱلصَّٰلِحِينَ
Open ayah 37:112Ona əməlisalehlərdən olacaq bir peyğəmbər – İshaq ilə müjdə verdik.
وَبَٰرَكۡنَا عَلَيۡهِ وَعَلَىٰٓ إِسۡحَٰقَۚ وَمِن ذُرِّيَّتِهِمَا مُحۡسِنٞ وَظَالِمٞ لِّنَفۡسِهِۦ مُبِينٞ
Open ayah 37:113Biz ona və İshaqa bərəkət verdik. Hər ikisinin nəslində yaxşı iş görənləri də var, açıq-aydın özünə zülm edənləri də.
وَلَقَدۡ مَنَنَّا عَلَىٰ مُوسَىٰ وَهَٰرُونَ
Open ayah 37:114Biz Musa ilə Haruna da nemət (peyğəmbərlik) bəxş etdik.
وَنَجَّيۡنَٰهُمَا وَقَوۡمَهُمَا مِنَ ٱلۡكَرۡبِ ٱلۡعَظِيمِ
Open ayah 37:115Onların hər ikisini və qövmlərini böyük sıxıntıdan qurtardıq.
وَنَصَرۡنَٰهُمۡ فَكَانُواْ هُمُ ٱلۡغَٰلِبِينَ
Open ayah 37:116Onlara kömək etdik, onlar qalib oldular.
وَءَاتَيۡنَٰهُمَا ٱلۡكِتَٰبَ ٱلۡمُسۡتَبِينَ
Open ayah 37:117Onların ikisinə də aydın bir Kitab (Tövrat) verdik.
وَهَدَيۡنَٰهُمَا ٱلصِّرَٰطَ ٱلۡمُسۡتَقِيمَ
Open ayah 37:118Hər ikisini də doğru yola yönəltdik.
وَتَرَكۡنَا عَلَيۡهِمَا فِي ٱلۡأٓخِرِينَ
Open ayah 37:119Sonradan gələnlər arasında hər ikisinə (gözəl xatirə) qoyduq.
سَلَٰمٌ عَلَىٰ مُوسَىٰ وَهَٰرُونَ
Open ayah 37:120Musaya və Haruna salam olsun!
إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ
Open ayah 37:121Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
إِنَّهُمَا مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِينَ
Open ayah 37:122Onların ikisi Bizim mömin qullarımızdan idi.
وَإِنَّ إِلۡيَاسَ لَمِنَ ٱلۡمُرۡسَلِينَ
Open ayah 37:123Şübhəsiz ki, İlyas da elçilərdəndir.
إِذۡ قَالَ لِقَوۡمِهِۦٓ أَلَا تَتَّقُونَ
Open ayah 37:124Bir zaman o öz qövmünə demişdi: “Məgər qorxmursunuz?
أَتَدۡعُونَ بَعۡلٗا وَتَذَرُونَ أَحۡسَنَ ٱلۡخَٰلِقِينَ
Open ayah 37:125Siz yaradanların ən yaxşısını qoyub niyə Bələ (Bəl adlı bütə) dua edirsiniz”.
ٱللَّهَ رَبَّكُمۡ وَرَبَّ ءَابَآئِكُمُ ٱلۡأَوَّلِينَ
Open ayah 37:126Allah sizin də Rəbbinizdir və sizdən əvvəlki atalarınızın da Rəbbidir.
فَكَذَّبُوهُ فَإِنَّهُمۡ لَمُحۡضَرُونَ
Open ayah 37:127Onlar onu yalançı saydılar. Ona görə də hamısı (Cəhənnəmə) gətiriləcəkdir.
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ
Open ayah 37:128Yalnız Allahın ixlaslı qullarından başqa.
وَتَرَكۡنَا عَلَيۡهِ فِي ٱلۡأٓخِرِينَ
Open ayah 37:129Sonradan gələnlər arasında ona (gözəl xatirə) qoyduq.
سَلَٰمٌ عَلَىٰٓ إِلۡ يَاسِينَ
Open ayah 37:130İlyasinə salam olsun!
إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ
Open ayah 37:131Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
إِنَّهُۥ مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِينَ
Open ayah 37:132O Bizim mömin qullarımızdan idi.
وَإِنَّ لُوطٗا لَّمِنَ ٱلۡمُرۡسَلِينَ
Open ayah 37:133Şübhəsiz ki, Lut da elçilərdəndir.
إِذۡ نَجَّيۡنَٰهُ وَأَهۡلَهُۥٓ أَجۡمَعِينَ
Open ayah 37:134Bir zaman Biz onu və onun bütün ailəsini xilas etdik.
إِلَّا عَجُوزٗا فِي ٱلۡغَٰبِرِينَ
Open ayah 37:135Yalnız geridə qalanların içində olan yaşlı bir qadından başqa.
ثُمَّ دَمَّرۡنَا ٱلۡأٓخَرِينَ
Open ayah 37:136Sonra da o birilərini məhv etdik.
وَإِنَّكُمۡ لَتَمُرُّونَ عَلَيۡهِم مُّصۡبِحِينَ
Open ayah 37:137Siz (həm) səhər çağı onların yurdundan keçirsiniz,
وَبِٱلَّيۡلِۚ أَفَلَا تَعۡقِلُونَ
Open ayah 37:138(həm də) axşam çağı. Məgər anlamırsınız?
وَإِنَّ يُونُسَ لَمِنَ ٱلۡمُرۡسَلِينَ
Open ayah 37:139Şübhəsiz ki, Yunus da elçilərdəndir
إِذۡ أَبَقَ إِلَى ٱلۡفُلۡكِ ٱلۡمَشۡحُونِ
Open ayah 37:140Bir zaman o, yüklü bir gəmiyə qaçmışdı.
فَسَاهَمَ فَكَانَ مِنَ ٱلۡمُدۡحَضِينَ
Open ayah 37:141Püşk atmış və uduzanlardan olmuşdu.
فَٱلۡتَقَمَهُ ٱلۡحُوتُ وَهُوَ مُلِيمٞ
Open ayah 37:142O, qınanmış bir halda (dənizə atılarkən) balıq onu uddu.
فَلَوۡلَآ أَنَّهُۥ كَانَ مِنَ ٱلۡمُسَبِّحِينَ
Open ayah 37:143Əgər o, Allaha təsbih edənlərdən olmasaydı,
لَلَبِثَ فِي بَطۡنِهِۦٓ إِلَىٰ يَوۡمِ يُبۡعَثُونَ
Open ayah 37:144balığın qarnında Qiyamət gününə qədər qalardı.
۞فَنَبَذۡنَٰهُ بِٱلۡعَرَآءِ وَهُوَ سَقِيمٞ
Open ayah 37:145O xəstə olduğu bir halda Biz onu (ağac və bitki olmayan) boş bir yerə çıxartdıq.
وَأَنۢبَتۡنَا عَلَيۡهِ شَجَرَةٗ مِّن يَقۡطِينٖ
Open ayah 37:146Və üstünə (kölgə salmaq üçün) qabaq növündən (iriyarpaqlı) bir ağac bitirdik.
وَأَرۡسَلۡنَٰهُ إِلَىٰ مِاْئَةِ أَلۡفٍ أَوۡ يَزِيدُونَ
Open ayah 37:147Biz onu yüz min nəfərə yaxud daha çox kimsəyə (peyğəmbər) göndərdik.
فَـَٔامَنُواْ فَمَتَّعۡنَٰهُمۡ إِلَىٰ حِينٖ
Open ayah 37:148Onlar ona iman gətirdilər, Biz də onlara müəyyən vaxtadək (ömürlərinin sonuna qədər) firavanlıq nəsib etdik.
فَٱسۡتَفۡتِهِمۡ أَلِرَبِّكَ ٱلۡبَنَاتُ وَلَهُمُ ٱلۡبَنُونَ
Open ayah 37:149(Ey Muhamməd) Onlardan (Kafirlərdən) soruş: “Qızlar Rəbbin üçün, oğlanlar isə onlar üçündür?!”
أَمۡ خَلَقۡنَا ٱلۡمَلَٰٓئِكَةَ إِنَٰثٗا وَهُمۡ شَٰهِدُونَ
Open ayah 37:150Yoxsa Biz mələkləri dişi yaratmışıq və onlar da buna şahid olublar?!
أَلَآ إِنَّهُم مِّنۡ إِفۡكِهِمۡ لَيَقُولُونَ
Open ayah 37:151Agah olun ki, onlar öz yalanlarına görə belə deyəcəklər:
وَلَدَ ٱللَّهُ وَإِنَّهُمۡ لَكَٰذِبُونَ
Open ayah 37:152“Allah doğmuşdur”. Şübhəsiz ki, onlar yalançıdırlar.
أَصۡطَفَى ٱلۡبَنَاتِ عَلَى ٱلۡبَنِينَ
Open ayah 37:153Məgər (Allah) qızları oğlanlardan üstünmü tutmuşdur?!
مَا لَكُمۡ كَيۡفَ تَحۡكُمُونَ
Open ayah 37:154Sizə nə olub, necə hökm verirsiniz?!
أَفَلَا تَذَكَّرُونَ
Open ayah 37:155Məgər düşünmürsünüz?!
أَمۡ لَكُمۡ سُلۡطَٰنٞ مُّبِينٞ
Open ayah 37:156Yoxsa sizin aydın bir dəliliniz var?!
فَأۡتُواْ بِكِتَٰبِكُمۡ إِن كُنتُمۡ صَٰدِقِينَ
Open ayah 37:157Əgər doğru deyirsinizsə, kitabınızı gətirin!
وَجَعَلُواْ بَيۡنَهُۥ وَبَيۡنَ ٱلۡجِنَّةِ نَسَبٗاۚ وَلَقَدۡ عَلِمَتِ ٱلۡجِنَّةُ إِنَّهُمۡ لَمُحۡضَرُونَ
Open ayah 37:158Onlar (Müşriklər) Allahla cinlər arasında qohumluq olduğunu uydurdular. Həqiqətən, cinlər onların məhşərə gətiriləcəyini bilirlər.
سُبۡحَٰنَ ٱللَّهِ عَمَّا يَصِفُونَ
Open ayah 37:159Allah onların (müşriklərin Allahı) vəsf etdikləri sifətlərdən uzaqdır.
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ
Open ayah 37:160Yalnız Allahın ixlaslı qullarından başqa.
فَإِنَّكُمۡ وَمَا تَعۡبُدُونَ
Open ayah 37:161(Ey müşriklər!) Nə siz, nə də sizin ibadət etdikləriniz
مَآ أَنتُمۡ عَلَيۡهِ بِفَٰتِنِينَ
Open ayah 37:162heç kəsi (Allaha qarşı) yoldan çıxara bilməzsiniz.
إِلَّا مَنۡ هُوَ صَالِ ٱلۡجَحِيمِ
Open ayah 37:163Ancaq Cəhənnəmə girəcək kimsədən başqa.
وَمَا مِنَّآ إِلَّا لَهُۥ مَقَامٞ مَّعۡلُومٞ
Open ayah 37:164(Mələklər dedi:) “Bizlərdən hər kəsin müəyyən bir yeri vardır.
وَإِنَّا لَنَحۡنُ ٱلصَّآفُّونَ
Open ayah 37:165Həqiqətən, biz səf-səf dururuq.
وَإِنَّا لَنَحۡنُ ٱلۡمُسَبِّحُونَ
Open ayah 37:166Həqiqətən, biz (Allahın şəninə) təriflər deyirik”.
وَإِن كَانُواْ لَيَقُولُونَ
Open ayah 37:167(Halbuki müşriklər) deyirdilər:
لَوۡ أَنَّ عِندَنَا ذِكۡرٗا مِّنَ ٱلۡأَوَّلِينَ
Open ayah 37:168“Əgər bizdə də əvvəlkilərdə olan zikrdən (o kitabdan) olsaydı,
لَكُنَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ
Open ayah 37:169biz mütləq Allahın ixlaslı qulları olardıq”.
فَكَفَرُواْ بِهِۦۖ فَسَوۡفَ يَعۡلَمُونَ
Open ayah 37:170Lakin onlar onu (Quranı) inkar etdilər. Onlar tezliklə biləcəklər.
وَلَقَدۡ سَبَقَتۡ كَلِمَتُنَا لِعِبَادِنَا ٱلۡمُرۡسَلِينَ
Open ayah 37:171Elçi göndərdiyimiz qullarımız haqqında (bu) Sözümüz əzəldən deyilmişdi:
إِنَّهُمۡ لَهُمُ ٱلۡمَنصُورُونَ
Open ayah 37:172“Onlara yardım ediləcəkdir.
وَإِنَّ جُندَنَا لَهُمُ ٱلۡغَٰلِبُونَ
Open ayah 37:173Ordumuz mütləq qalib gələcəkdir”.
فَتَوَلَّ عَنۡهُمۡ حَتَّىٰ حِينٖ
Open ayah 37:174(Ey Peyğəmbər!) Bir müddət onlardan üz çevir!
وَأَبۡصِرۡهُمۡ فَسَوۡفَ يُبۡصِرُونَ
Open ayah 37:175Onlara bax! Onlar tezliklə (əzabı) görəcəklər.
أَفَبِعَذَابِنَا يَسۡتَعۡجِلُونَ
Open ayah 37:176Yoxsa onlar əzabımızamı tələsirlər?
فَإِذَا نَزَلَ بِسَاحَتِهِمۡ فَسَآءَ صَبَاحُ ٱلۡمُنذَرِينَ
Open ayah 37:177Əzab onların yurdlarına yetişdiyi zaman qorxudulanların sabahı necə də pis olacaqdır!
وَتَوَلَّ عَنۡهُمۡ حَتَّىٰ حِينٖ
Open ayah 37:178(Ey Peyğəmbər!) Bir müddət onlardan üz çevir!
وَأَبۡصِرۡ فَسَوۡفَ يُبۡصِرُونَ
Open ayah 37:179Onlara bax! Onlar tezliklə (əzabı) görəcəklər.
سُبۡحَٰنَ رَبِّكَ رَبِّ ٱلۡعِزَّةِ عَمَّا يَصِفُونَ
Open ayah 37:180Sənin pak və müqəddəs Rəbbin - qüdrət sahibi olan Rəbbin müşriklərin Onu vəsf etdikləri sifətlərdən uzaqdır.
وَسَلَٰمٌ عَلَى ٱلۡمُرۡسَلِينَ
Open ayah 37:181Elçilərə salam olsun!
وَٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ
Open ayah 37:182Həmd, aləmlərin Rəbbi olan Allaha məxsusdur!