الزخرف
Az-Zukhruf
Translation: Azerbaijani - Alikhan Musayev · Open the surah
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
حمٓ
Open ayah 43:1Hə. Mim.[1]
- Bax. əl-Bəqərə surəsi birinci ayəsinin qeydi.
وَٱلۡكِتَٰبِ ٱلۡمُبِينِ
Open ayah 43:2(Bu) açıq-aydın Kitaba and olsun!
إِنَّا جَعَلۡنَٰهُ قُرۡءَٰنًا عَرَبِيّٗا لَّعَلَّكُمۡ تَعۡقِلُونَ
Open ayah 43:3Biz onu, anlayasınız deyə, ərəbcə Quran etdik
وَإِنَّهُۥ فِيٓ أُمِّ ٱلۡكِتَٰبِ لَدَيۡنَا لَعَلِيٌّ حَكِيمٌ
Open ayah 43:4Şübhəsiz ki, o, yanımızdakı ana kitabdadır (lövhi-məhfuzdadır). O, ucadır, hikmətlə doludur.
أَفَنَضۡرِبُ عَنكُمُ ٱلذِّكۡرَ صَفۡحًا أَن كُنتُمۡ قَوۡمٗا مُّسۡرِفِينَ
Open ayah 43:5Yoxsa, siz (şirk və küfür etməklə) həddi aşan bir qövm olduğunuza görə, Zikri (Quranı) sizə çatdırmaqdan vaz keçməliyikmi?!
وَكَمۡ أَرۡسَلۡنَا مِن نَّبِيّٖ فِي ٱلۡأَوَّلِينَ
Open ayah 43:6Biz əvvəlki ümmətlərə də neçə-neçə peyğəmbər göndərmişdik.
وَمَا يَأۡتِيهِم مِّن نَّبِيٍّ إِلَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ
Open ayah 43:7Onlara elə bir peyğəmbər gəlmədi ki, ona istehza etməsinlər.
فَأَهۡلَكۡنَآ أَشَدَّ مِنۡهُم بَطۡشٗا وَمَضَىٰ مَثَلُ ٱلۡأَوَّلِينَ
Open ayah 43:8Biz onlardan (qövmündən) daha qüvvətli olanları məhv etdik. Əvvəlkilərin aqibəti (Quranda) ötüb keçmişdir.
وَلَئِن سَأَلۡتَهُم مَّنۡ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ لَيَقُولُنَّ خَلَقَهُنَّ ٱلۡعَزِيزُ ٱلۡعَلِيمُ
Open ayah 43:9Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?”– deyə soruşsan, mütləq: “Onları Qüdrətli və Bilən (Allah) yaratmışdır!”– deyəcəklər.
ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلۡأَرۡضَ مَهۡدٗا وَجَعَلَ لَكُمۡ فِيهَا سُبُلٗا لَّعَلَّكُمۡ تَهۡتَدُونَ
Open ayah 43:10O Allah ki, yeri sizin üçün döşədi və (istədiyiniz yerə) düz gedə biləsiniz deyə sizin üçün orada yollar saldı.
وَٱلَّذِي نَزَّلَ مِنَ ٱلسَّمَآءِ مَآءَۢ بِقَدَرٖ فَأَنشَرۡنَا بِهِۦ بَلۡدَةٗ مَّيۡتٗاۚ كَذَٰلِكَ تُخۡرَجُونَ
Open ayah 43:11O Allah ki, göydən lazımı qədər su endirdi. Biz onunla ölü bir diyarı diriltdik. Siz də (dirildilib qəbirlərinizdən) belə çıxarılacaqsınız.
وَٱلَّذِي خَلَقَ ٱلۡأَزۡوَٰجَ كُلَّهَا وَجَعَلَ لَكُم مِّنَ ٱلۡفُلۡكِ وَٱلۡأَنۡعَٰمِ مَا تَرۡكَبُونَ
Open ayah 43:12O Allah ki, bütün cütləri xəlq etdi. Mindiyiniz gəmiləri və heyvanları yaratdı ki,
لِتَسۡتَوُۥاْ عَلَىٰ ظُهُورِهِۦ ثُمَّ تَذۡكُرُواْ نِعۡمَةَ رَبِّكُمۡ إِذَا ٱسۡتَوَيۡتُمۡ عَلَيۡهِ وَتَقُولُواْ سُبۡحَٰنَ ٱلَّذِي سَخَّرَ لَنَا هَٰذَا وَمَا كُنَّا لَهُۥ مُقۡرِنِينَ
Open ayah 43:13onları minəsiniz, sonra mindiyiniz zaman Rəbbinizin nemətini yada salıb deyəsiniz: “Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı.
وَإِنَّآ إِلَىٰ رَبِّنَا لَمُنقَلِبُونَ
Open ayah 43:14Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq”.
وَجَعَلُواْ لَهُۥ مِنۡ عِبَادِهِۦ جُزۡءًاۚ إِنَّ ٱلۡإِنسَٰنَ لَكَفُورٞ مُّبِينٌ
Open ayah 43:15(Müşriklər: “Mələklər Allahın qızlarıdır”– deməklə) Allahın qullarından bəzisini Onun bir hissəsi qəbul etdilər (Ona övladlar və şəriklər qoşdular). Həqiqətən insan açıq-aydın nankordur.
أَمِ ٱتَّخَذَ مِمَّا يَخۡلُقُ بَنَاتٖ وَأَصۡفَىٰكُم بِٱلۡبَنِينَ
Open ayah 43:16Yoxsa (Allah) yaratdıqlarından qızları Özünə götürüb oğlanları sizin üçün seçmişdir?!
وَإِذَا بُشِّرَ أَحَدُهُم بِمَا ضَرَبَ لِلرَّحۡمَٰنِ مَثَلٗا ظَلَّ وَجۡهُهُۥ مُسۡوَدّٗا وَهُوَ كَظِيمٌ
Open ayah 43:17Onlardan birinə, Rəhmana aid etdiyi (qız uşağı) ilə müjdə verilsə, qəm-qüssədən üzü qapqara qaralar.
أَوَمَن يُنَشَّؤُاْ فِي ٱلۡحِلۡيَةِ وَهُوَ فِي ٱلۡخِصَامِ غَيۡرُ مُبِينٖ
Open ayah 43:18Yoxsa onlar zinət içində böyüdülən və mübahisə etdikdə aydın danışa bilməyən (qadınlarımı Allaha isnad edirlər?!)
وَجَعَلُواْ ٱلۡمَلَٰٓئِكَةَ ٱلَّذِينَ هُمۡ عِبَٰدُ ٱلرَّحۡمَٰنِ إِنَٰثًاۚ أَشَهِدُواْ خَلۡقَهُمۡۚ سَتُكۡتَبُ شَهَٰدَتُهُمۡ وَيُسۡـَٔلُونَ
Open ayah 43:19Onlar Rəhmanın qulları olan mələkləri qız hesab etdilər. Məgər onlar (mələklərin) yaradılışına şahidmi olublar? Onların bu şahidliyi yazılacaq və buna görə sorğu-sual olunacaqlar.
وَقَالُواْ لَوۡ شَآءَ ٱلرَّحۡمَٰنُ مَا عَبَدۡنَٰهُمۗ مَّا لَهُم بِذَٰلِكَ مِنۡ عِلۡمٍۖ إِنۡ هُمۡ إِلَّا يَخۡرُصُونَ
Open ayah 43:20Onlar: “Əgər Rəhman istəsəydi, biz onlara ibadət etməzdik!”– dedilər. Onların bu haqda heç bir elmi yoxdur. Onlar ancaq yalan danışırlar.
أَمۡ ءَاتَيۡنَٰهُمۡ كِتَٰبٗا مِّن قَبۡلِهِۦ فَهُم بِهِۦ مُسۡتَمۡسِكُونَ
Open ayah 43:21Yoxsa onlara bundan (bu Qurandan) əvvəl bir kitab vermişik, onlar da ona istinad edirlər?!
بَلۡ قَالُوٓاْ إِنَّا وَجَدۡنَآ ءَابَآءَنَا عَلَىٰٓ أُمَّةٖ وَإِنَّا عَلَىٰٓ ءَاثَٰرِهِم مُّهۡتَدُونَ
Open ayah 43:22Xeyr! Onlar: “Biz atalarımızı bu yolda gördük və biz də onların yolunu tutub gedirik!”– deyirlər.
وَكَذَٰلِكَ مَآ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ فِي قَرۡيَةٖ مِّن نَّذِيرٍ إِلَّا قَالَ مُتۡرَفُوهَآ إِنَّا وَجَدۡنَآ ءَابَآءَنَا عَلَىٰٓ أُمَّةٖ وَإِنَّا عَلَىٰٓ ءَاثَٰرِهِم مُّقۡتَدُونَ
Open ayah 43:23Biz səndən əvvəl hansı bir məmləkətə xəbərdarlıq edən (bir peyğəmbər) göndərdiksə, onun cah-calal içində yaşayan sakinləri: “Biz atalarımızı bu yolda gördük və biz də onların ardınca gedəcəyik!”– dedilər.
۞قَٰلَ أَوَلَوۡ جِئۡتُكُم بِأَهۡدَىٰ مِمَّا وَجَدتُّمۡ عَلَيۡهِ ءَابَآءَكُمۡۖ قَالُوٓاْ إِنَّا بِمَآ أُرۡسِلۡتُم بِهِۦ كَٰفِرُونَ
Open ayah 43:24(Peyğəmbər) dedi: “Əgər sizə atalarınızın tutduğu o yoldan daha doğrusunu göstərsəm necə?” Onlar dedilər: “Biz sizinlə göndərilənləri inkar edirik”.
فَٱنتَقَمۡنَا مِنۡهُمۡۖ فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُكَذِّبِينَ
Open ayah 43:25Biz də onlardan intiqam aldıq. Bir bax (haqqı) yalan sayanların aqibəti necə oldu.
وَإِذۡ قَالَ إِبۡرَٰهِيمُ لِأَبِيهِ وَقَوۡمِهِۦٓ إِنَّنِي بَرَآءٞ مِّمَّا تَعۡبُدُونَ
Open ayah 43:26Bir zaman İbrahim öz atasına və qövmünə (belə) dedi: “Mən sizin ibadət etdiklərinizdən uzağam.
إِلَّا ٱلَّذِي فَطَرَنِي فَإِنَّهُۥ سَيَهۡدِينِ
Open ayah 43:27Yalnız məni yaradandan başqa! Şübhəsiz ki, O məni doğru yola yönəldəcəkdir”.
وَجَعَلَهَا كَلِمَةَۢ بَاقِيَةٗ فِي عَقِبِهِۦ لَعَلَّهُمۡ يَرۡجِعُونَ
Open ayah 43:28O, bu (lə iləhə illəllah kəlməsini) öz nəsli arasında daimi qalacaq bir kəlmə etdi ki, bəlkə doğru yola qayıtsınlar.
بَلۡ مَتَّعۡتُ هَٰٓؤُلَآءِ وَءَابَآءَهُمۡ حَتَّىٰ جَآءَهُمُ ٱلۡحَقُّ وَرَسُولٞ مُّبِينٞ
Open ayah 43:29Doğrusu, Mən bunlara da, atalarına da, haqq (Quran) və (onu) bəyan edən bir elçi (Muhamməd) gələnədək gün-güzəran nəsib etdim.
وَلَمَّا جَآءَهُمُ ٱلۡحَقُّ قَالُواْ هَٰذَا سِحۡرٞ وَإِنَّا بِهِۦ كَٰفِرُونَ
Open ayah 43:30Onlara haqq (Quran) gəldikdə isə: “Bu, sehrdir, biz onu inkar edirik!”– dedilər.
وَقَالُواْ لَوۡلَا نُزِّلَ هَٰذَا ٱلۡقُرۡءَانُ عَلَىٰ رَجُلٖ مِّنَ ٱلۡقَرۡيَتَيۡنِ عَظِيمٍ
Open ayah 43:31Onlar: “Kaş ki bu Quran iki şəhərdən (Məkkədən və ya Taifdən) olan böyük bir adama (Vəlid bin Müğirəyə və Ürvə bin Məsuda) nazil ediləydi?”– dedilər.
أَهُمۡ يَقۡسِمُونَ رَحۡمَتَ رَبِّكَۚ نَحۡنُ قَسَمۡنَا بَيۡنَهُم مَّعِيشَتَهُمۡ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۚ وَرَفَعۡنَا بَعۡضَهُمۡ فَوۡقَ بَعۡضٖ دَرَجَٰتٖ لِّيَتَّخِذَ بَعۡضُهُم بَعۡضٗا سُخۡرِيّٗاۗ وَرَحۡمَتُ رَبِّكَ خَيۡرٞ مِّمَّا يَجۡمَعُونَ
Open ayah 43:32Yoxsa Rəbbinin rəhmətini onlarmı bölüşdürürlər? Biz dünya həyatında onların dolanışıqlarını aralarında bölüşdürdük. Biri digərini öz yanına işçi götürsün deyə, bəzilərinin dərəcələrini digərlərindən üstün etdik. Rəbbinin rəhməti onların yığdıqlarından daha xeyirlidir.
وَلَوۡلَآ أَن يَكُونَ ٱلنَّاسُ أُمَّةٗ وَٰحِدَةٗ لَّجَعَلۡنَا لِمَن يَكۡفُرُ بِٱلرَّحۡمَٰنِ لِبُيُوتِهِمۡ سُقُفٗا مِّن فِضَّةٖ وَمَعَارِجَ عَلَيۡهَا يَظۡهَرُونَ
Open ayah 43:33Əgər insanlar (kafirlərə verdiyimiz nemətlərə baxıb küfürdə birləşən) vahid bir ümmət olmasaydı, Rəhmanı inkar edənlərin evlərinin tavanlarını və çıxdıqları nərdivanları da gümüşdən edərdik,
وَلِبُيُوتِهِمۡ أَبۡوَٰبٗا وَسُرُرًا عَلَيۡهَا يَتَّكِـُٔونَ
Open ayah 43:34evlərinin qapılarını və söykəndikləri taxtları da,
وَزُخۡرُفٗاۚ وَإِن كُلُّ ذَٰلِكَ لَمَّا مَتَٰعُ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۚ وَٱلۡأٓخِرَةُ عِندَ رَبِّكَ لِلۡمُتَّقِينَ
Open ayah 43:35zinət də (verərdik). Bütün bunlar dünya həyatının keçici zövqüdür. Axirət isə Rəbbinin yanında yalnız Allahdan qorxanlar üçündür.
وَمَن يَعۡشُ عَن ذِكۡرِ ٱلرَّحۡمَٰنِ نُقَيِّضۡ لَهُۥ شَيۡطَٰنٗا فَهُوَ لَهُۥ قَرِينٞ
Open ayah 43:36Kim Rəhmanın zikrindən üz döndərsə, Biz şeytanı ona musallat edərik, o da ona yoldaş olar.
وَإِنَّهُمۡ لَيَصُدُّونَهُمۡ عَنِ ٱلسَّبِيلِ وَيَحۡسَبُونَ أَنَّهُم مُّهۡتَدُونَ
Open ayah 43:37Şeytanlar onları (haqq) yoldan azdırar, onlar isə özlərinin haqq yolda olduqlarını güman edərlər.
حَتَّىٰٓ إِذَا جَآءَنَا قَالَ يَٰلَيۡتَ بَيۡنِي وَبَيۡنَكَ بُعۡدَ ٱلۡمَشۡرِقَيۡنِ فَبِئۡسَ ٱلۡقَرِينُ
Open ayah 43:38Nəhayət, o, hüzurumuza gəldikdə (yoldaşına) deyər: “Kaş ki, mənimlə sənin aranda məşriqlə məğrib (arasındakı) uzaqlıq qədər (məsafə) olaydı. Sən nə pis yoldaş imişsən!”
وَلَن يَنفَعَكُمُ ٱلۡيَوۡمَ إِذ ظَّلَمۡتُمۡ أَنَّكُمۡ فِي ٱلۡعَذَابِ مُشۡتَرِكُونَ
Open ayah 43:39(Qiyamət günü onlara deyilər:) “Siz (nəfsinizə) zülüm etdiyinizə görə bu gün əzaba şərik olmağınız sizə heç bir fayda verməz!”
أَفَأَنتَ تُسۡمِعُ ٱلصُّمَّ أَوۡ تَهۡدِي ٱلۡعُمۡيَ وَمَن كَانَ فِي ضَلَٰلٖ مُّبِينٖ
Open ayah 43:40(Ey Peyğəmbər!) Yoxsa sənmi karlara eşitdirəcəksən, yaxud korları və açıq-aşkar azğınlıq içində olanları doğru yola yönəldəcəksən?
فَإِمَّا نَذۡهَبَنَّ بِكَ فَإِنَّا مِنۡهُم مُّنتَقِمُونَ
Open ayah 43:41Biz səni aparsaq da (onlara əzab verməzdən əvvəl öldürsəkdə), yenə onlardan intiqam alacağıq.
أَوۡ نُرِيَنَّكَ ٱلَّذِي وَعَدۡنَٰهُمۡ فَإِنَّا عَلَيۡهِم مُّقۡتَدِرُونَ
Open ayah 43:42Yaxud onlara vəd etdiyimizi (əzabı) sənə göstərərik. Şübhəsiz ki, Bizim onlara gücümüz yetər.
فَٱسۡتَمۡسِكۡ بِٱلَّذِيٓ أُوحِيَ إِلَيۡكَۖ إِنَّكَ عَلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ
Open ayah 43:43Elə isə sən özünə vəhy olunandan yapış! Şübhəsiz ki, sən düz yoldasan.
وَإِنَّهُۥ لَذِكۡرٞ لَّكَ وَلِقَوۡمِكَۖ وَسَوۡفَ تُسۡـَٔلُونَ
Open ayah 43:44Həqiqətən, o (Quran) sənin üçün və sənin qövmün üçün bir şərəfdir. Siz sorğu-sual ediləcəksiniz.
وَسۡـَٔلۡ مَنۡ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ مِن رُّسُلِنَآ أَجَعَلۡنَا مِن دُونِ ٱلرَّحۡمَٰنِ ءَالِهَةٗ يُعۡبَدُونَ
Open ayah 43:45(Ey Peyğəmbər!) Səndən əvvəl göndərdiyimiz elçilərdən (onların davamçılarından) soruş: “Məgər Biz Rəhmandan başqa ibadət ediləsi ilahlarmı etdik?
وَلَقَدۡ أَرۡسَلۡنَا مُوسَىٰ بِـَٔايَٰتِنَآ إِلَىٰ فِرۡعَوۡنَ وَمَلَإِيْهِۦ فَقَالَ إِنِّي رَسُولُ رَبِّ ٱلۡعَٰلَمِينَ
Open ayah 43:46Biz Musanı ayələrimizlə Firona və onun əyanlarına göndərdik. (Musa) dedi: “Mən aləmlərin Rəbbinin elçisiyəm!”
فَلَمَّا جَآءَهُم بِـَٔايَٰتِنَآ إِذَا هُم مِّنۡهَا يَضۡحَكُونَ
Open ayah 43:47(Musa) ayələrimizi onlara gətirdikdə, onlar bu ayələrə (istehza edərək) güldülər.
وَمَا نُرِيهِم مِّنۡ ءَايَةٍ إِلَّا هِيَ أَكۡبَرُ مِنۡ أُخۡتِهَاۖ وَأَخَذۡنَٰهُم بِٱلۡعَذَابِ لَعَلَّهُمۡ يَرۡجِعُونَ
Open ayah 43:48Onlara göstərdiyimiz hər bir ayə, əvvəlki ayələrdən daha böyük idi. Biz onları əzabla yaxaladıq ki, bəlkə, (haqq yola) qayıdalar.
وَقَالُواْ يَٰٓأَيُّهَ ٱلسَّاحِرُ ٱدۡعُ لَنَا رَبَّكَ بِمَا عَهِدَ عِندَكَ إِنَّنَا لَمُهۡتَدُونَ
Open ayah 43:49Onlar: “Ey sehrbaz! Sənə verdiyi əhd xatirinə Rəbbinə bizdən ötrü dua et. Biz mütləq doğru yola gələcəyik”– dedilər.
فَلَمَّا كَشَفۡنَا عَنۡهُمُ ٱلۡعَذَابَ إِذَا هُمۡ يَنكُثُونَ
Open ayah 43:50Biz əzabı onlardan uzaqlaşdıran kimi, sözlərindən döndülər.
وَنَادَىٰ فِرۡعَوۡنُ فِي قَوۡمِهِۦ قَالَ يَٰقَوۡمِ أَلَيۡسَ لِي مُلۡكُ مِصۡرَ وَهَٰذِهِ ٱلۡأَنۡهَٰرُ تَجۡرِي مِن تَحۡتِيٓۚ أَفَلَا تُبۡصِرُونَ
Open ayah 43:51Firon qövmünə səslənib dedi: “Ey qövmüm! Misir mülkü və altımdan (qəsrimin altından) axan bu çaylar mənim deyilmi? Məgər (mənim qüdrətimi və əzəmətimi) görmürsünüz?
أَمۡ أَنَا۠ خَيۡرٞ مِّنۡ هَٰذَا ٱلَّذِي هُوَ مَهِينٞ وَلَا يَكَادُ يُبِينُ
Open ayah 43:52Əksinə mən bu aciz və az qala (sözünü belə) aydın başa sala bilməyən kimsədən daha xeyirliyəm.
فَلَوۡلَآ أُلۡقِيَ عَلَيۡهِ أَسۡوِرَةٞ مِّن ذَهَبٍ أَوۡ جَآءَ مَعَهُ ٱلۡمَلَٰٓئِكَةُ مُقۡتَرِنِينَ
Open ayah 43:53Nə üçün ona qızıl bilərziklər taxılmayıb yaxud onunla birlikdə bir-birinin ardınca (peyğəmbərliyini təsdiqləyən) mələklər gəlməyib?”
فَٱسۡتَخَفَّ قَوۡمَهُۥ فَأَطَاعُوهُۚ إِنَّهُمۡ كَانُواْ قَوۡمٗا فَٰسِقِينَ
Open ayah 43:54(Beləliklə Firon) öz qövmünü aldatdı, onlar da ona itaət etdilər. Həqiqətən, onlar fasiq bir qövm idilər.
فَلَمَّآ ءَاسَفُونَا ٱنتَقَمۡنَا مِنۡهُمۡ فَأَغۡرَقۡنَٰهُمۡ أَجۡمَعِينَ
Open ayah 43:55Onlar Bizi qəzəbləndirdikdə onlardan intiqam alıb hamısını (dənizdə) batırdıq.
فَجَعَلۡنَٰهُمۡ سَلَفٗا وَمَثَلٗا لِّلۡأٓخِرِينَ
Open ayah 43:56Biz onları sonra gələnlərə örnək və ibrət etdik.
۞وَلَمَّا ضُرِبَ ٱبۡنُ مَرۡيَمَ مَثَلًا إِذَا قَوۡمُكَ مِنۡهُ يَصِدُّونَ
Open ayah 43:57Məryəm oğlu misal çəkilincə sənin qövmün sevincdən güldü.
وَقَالُوٓاْ ءَأَٰلِهَتُنَا خَيۡرٌ أَمۡ هُوَۚ مَا ضَرَبُوهُ لَكَ إِلَّا جَدَلَۢاۚ بَلۡ هُمۡ قَوۡمٌ خَصِمُونَ
Open ayah 43:58Onlar dedilər: “Bizim ilahlarımız yaxşıdır, yoxsa o (Məryəm oğlu İsa)?” Onlar bunu sənə yalnız höcət etmək üçün dedilər. Doğrusu, onlar höcətləşən bir qövmdür.
إِنۡ هُوَ إِلَّا عَبۡدٌ أَنۡعَمۡنَا عَلَيۡهِ وَجَعَلۡنَٰهُ مَثَلٗا لِّبَنِيٓ إِسۡرَٰٓءِيلَ
Open ayah 43:59O, yalnız nemət verdiyimiz və İsrail oğullarına örnək etdiyimiz bir quldur.
وَلَوۡ نَشَآءُ لَجَعَلۡنَا مِنكُم مَّلَٰٓئِكَةٗ فِي ٱلۡأَرۡضِ يَخۡلُفُونَ
Open ayah 43:60Əgər istəsəydik, içinizdən yer üzündə sizi əvəz edəcək mələklər yaradardıq.
وَإِنَّهُۥ لَعِلۡمٞ لِّلسَّاعَةِ فَلَا تَمۡتَرُنَّ بِهَا وَٱتَّبِعُونِۚ هَٰذَا صِرَٰطٞ مُّسۡتَقِيمٞ
Open ayah 43:61Həqiqətən, o, (İsanın yer üzünə enməsi) Qiyamət saatının bir əlamətidir. Ona (Qiyamətə) şəkk etməyin, mənə tabe olun. Bu, doğru yoldur!
وَلَا يَصُدَّنَّكُمُ ٱلشَّيۡطَٰنُۖ إِنَّهُۥ لَكُمۡ عَدُوّٞ مُّبِينٞ
Open ayah 43:62Şeytan sizi (doğru yoldan) azdırmasın. Şübhəsiz ki, o, sizin açıq-aydın düşməninizdir.
وَلَمَّا جَآءَ عِيسَىٰ بِٱلۡبَيِّنَٰتِ قَالَ قَدۡ جِئۡتُكُم بِٱلۡحِكۡمَةِ وَلِأُبَيِّنَ لَكُم بَعۡضَ ٱلَّذِي تَخۡتَلِفُونَ فِيهِۖ فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ
Open ayah 43:63İsa aydın dəlillər gətirdiyi zaman dedi: “Mən sizə hikmət gətirdim və barəsində ixtilafda olduğunuz bəzi şeyləri (Tövratın bəzi hökmlərini) izah etmək üçün gəldim. Allahdan qorxun və (sizə əmr etdiyim tövhid və şəri əhkamlarda) mənə itaət edin!
إِنَّ ٱللَّهَ هُوَ رَبِّي وَرَبُّكُمۡ فَٱعۡبُدُوهُۚ هَٰذَا صِرَٰطٞ مُّسۡتَقِيمٞ
Open ayah 43:64Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Bu, doğru yoldur!”
فَٱخۡتَلَفَ ٱلۡأَحۡزَابُ مِنۢ بَيۡنِهِمۡۖ فَوَيۡلٞ لِّلَّذِينَ ظَلَمُواْ مِنۡ عَذَابِ يَوۡمٍ أَلِيمٍ
Open ayah 43:65Firqələr (nəsrani firqələri İsa barəsində) öz aralarında ixtilafa düşdülər (Onlardan bəziləri: “O, ilahdır”– dedi. Bəziləri: “O, Allahın oğludur”– dedi. Bəziləri də: “O və anası ilahdır”– dedi). Ağrılı-acılı bir günün əzabından vay zalımların halına!
هَلۡ يَنظُرُونَ إِلَّا ٱلسَّاعَةَ أَن تَأۡتِيَهُم بَغۡتَةٗ وَهُمۡ لَا يَشۡعُرُونَ
Open ayah 43:66Yoxsa onlar özləri də hiss etmədən Qiyamət saatının qəflətən başlarının üstünü alacağınımı gözləyirlər?
ٱلۡأَخِلَّآءُ يَوۡمَئِذِۭ بَعۡضُهُمۡ لِبَعۡضٍ عَدُوٌّ إِلَّا ٱلۡمُتَّقِينَ
Open ayah 43:67O gün müttəqilərdən başqa (bütün) dostlar bir-birinə düşmən kəsiləcəklər.
يَٰعِبَادِ لَا خَوۡفٌ عَلَيۡكُمُ ٱلۡيَوۡمَ وَلَآ أَنتُمۡ تَحۡزَنُونَ
Open ayah 43:68“Ey qullarım! Bu gün sizə qorxu yoxdur və siz (heç) kədərlənməyəcəksiniz də.
ٱلَّذِينَ ءَامَنُواْ بِـَٔايَٰتِنَا وَكَانُواْ مُسۡلِمِينَ
Open ayah 43:69O kəslər ki, ayələrimizə iman gətirib təslim olmuşlar.
ٱدۡخُلُواْ ٱلۡجَنَّةَ أَنتُمۡ وَأَزۡوَٰجُكُمۡ تُحۡبَرُونَ
Open ayah 43:70Siz də, zövcələriniz (və ya sizin kimi iman gətirmiş möminlər) də sevincli halda Cənnətə daxil olun!”
يُطَافُ عَلَيۡهِم بِصِحَافٖ مِّن ذَهَبٖ وَأَكۡوَابٖۖ وَفِيهَا مَا تَشۡتَهِيهِ ٱلۡأَنفُسُ وَتَلَذُّ ٱلۡأَعۡيُنُۖ وَأَنتُمۡ فِيهَا خَٰلِدُونَ
Open ayah 43:71Onların ətrafında qızıl sinilər və piyalələr dolandırılacaq. Orada nəfslərin istədiyi və gözlərin xoşlandığı hər şey vardır. Siz orada əbədi qalacaqsınız.
وَتِلۡكَ ٱلۡجَنَّةُ ٱلَّتِيٓ أُورِثۡتُمُوهَا بِمَا كُنتُمۡ تَعۡمَلُونَ
Open ayah 43:72Bu sizin etdiyiniz əməllər sayəsində varis olduğunuz Cənnətdir.
لَكُمۡ فِيهَا فَٰكِهَةٞ كَثِيرَةٞ مِّنۡهَا تَأۡكُلُونَ
Open ayah 43:73Orada sizin üçün bol meyvələr vardır, onlardan yeyəcəksiniz.
إِنَّ ٱلۡمُجۡرِمِينَ فِي عَذَابِ جَهَنَّمَ خَٰلِدُونَ
Open ayah 43:74Şübhəsiz ki, günahkarlar əbədi olaraq Cəhənnəm əzabı içində qalacaqlar.
لَا يُفَتَّرُ عَنۡهُمۡ وَهُمۡ فِيهِ مُبۡلِسُونَ
Open ayah 43:75Onların əzabı yüngülləşdirilməyəcək və onlar orada ümidsiz qalacaqlar.
وَمَا ظَلَمۡنَٰهُمۡ وَلَٰكِن كَانُواْ هُمُ ٱلظَّٰلِمِينَ
Open ayah 43:76Biz onlara zülm etmədik, lakin onlar özləri zalım idilər.
وَنَادَوۡاْ يَٰمَٰلِكُ لِيَقۡضِ عَلَيۡنَا رَبُّكَۖ قَالَ إِنَّكُم مَّٰكِثُونَ
Open ayah 43:77Onlar (Cəhənnəm gözətçisini) çağırıb deyəcəklər: “Ey Malik! Qoy Rəbbin canımızı alıb qurtarsın!” O isə: “Siz (burada) əbədi qalacaqsınız!”– deyəcək.
لَقَدۡ جِئۡنَٰكُم بِٱلۡحَقِّ وَلَٰكِنَّ أَكۡثَرَكُمۡ لِلۡحَقِّ كَٰرِهُونَ
Open ayah 43:78Biz sizə haqqı gətirdik, lakin sizin çoxunuz haqqı xoşlamadı.
أَمۡ أَبۡرَمُوٓاْ أَمۡرٗا فَإِنَّا مُبۡرِمُونَ
Open ayah 43:79Yoxsa (müşriklər) işə doğru qərar verdilər?! Heç şübhəsiz ki, doğru qərarı Biz veririk.
أَمۡ يَحۡسَبُونَ أَنَّا لَا نَسۡمَعُ سِرَّهُمۡ وَنَجۡوَىٰهُمۚ بَلَىٰ وَرُسُلُنَا لَدَيۡهِمۡ يَكۡتُبُونَ
Open ayah 43:80Yoxsa onlar elə hesab edirlər ki, Biz onların sirlərini və gizli danışıqlarını eşitmirik?! Xeyr, onların yanında (əməlləri) yazan elçilərimiz vardır.
قُلۡ إِن كَانَ لِلرَّحۡمَٰنِ وَلَدٞ فَأَنَا۠ أَوَّلُ ٱلۡعَٰبِدِينَ
Open ayah 43:81(Ey Peyğəmbər! Mələklərin Allahın qızları olduğunu iddia edən müşriklərə) De: “Əgər Rəhmanın bir övladı olsaydı, ona (o övlada) ibadət edənlərin birincisi mən olaram.
سُبۡحَٰنَ رَبِّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ رَبِّ ٱلۡعَرۡشِ عَمَّا يَصِفُونَ
Open ayah 43:82Göylərin və yerin Rəbbi, Ərşin Rəbbi olan Allah, onların vəsf etdikləri sifətlərdən uzaqdır!”
فَذَرۡهُمۡ يَخُوضُواْ وَيَلۡعَبُواْ حَتَّىٰ يُلَٰقُواْ يَوۡمَهُمُ ٱلَّذِي يُوعَدُونَ
Open ayah 43:83(Ey Peyğəmbər!) Onları tərk et, qoy vəd olunduqları günə qovuşanadək (batil inanclarına) dalsınlar və (bir müddət dünya həyatında) əylənsinlər.
وَهُوَ ٱلَّذِي فِي ٱلسَّمَآءِ إِلَٰهٞ وَفِي ٱلۡأَرۡضِ إِلَٰهٞۚ وَهُوَ ٱلۡحَكِيمُ ٱلۡعَلِيمُ
Open ayah 43:84Göydə də ilah, yerdə də ilah Odur. O, Hikmət sahibidir, Biləndir.
وَتَبَارَكَ ٱلَّذِي لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا وَعِندَهُۥ عِلۡمُ ٱلسَّاعَةِ وَإِلَيۡهِ تُرۡجَعُونَ
Open ayah 43:85Göylərin, yerin və onların arasındakı mülkün sahibi olan Allah xeyiri və bərəkəti bol olandır. Qiyamət saatının elmi Ondadır və siz Onun hüzuruna qaytarılacaqsınız.
وَلَا يَمۡلِكُ ٱلَّذِينَ يَدۡعُونَ مِن دُونِهِ ٱلشَّفَٰعَةَ إِلَّا مَن شَهِدَ بِٱلۡحَقِّ وَهُمۡ يَعۡلَمُونَ
Open ayah 43:86(Müşriklərin) Allahdan başqa dua etdikləri şəfaətə sahib deyillər. Yalnız bildikləri halda (elm və bəsirət üzərində) haqqa şəhadət verənlər (ixlasla "lə iləhə illallah" deyənlər) bundan müstəsnadır.
وَلَئِن سَأَلۡتَهُم مَّنۡ خَلَقَهُمۡ لَيَقُولُنَّ ٱللَّهُۖ فَأَنَّىٰ يُؤۡفَكُونَ
Open ayah 43:87Əgər onlardan özlərini kimin yaratdığını soruşsan, mütləq: “Allah!”– deyərlər. Elə isə (haqdan) necə döndərilirlər?!
وَقِيلِهِۦ يَٰرَبِّ إِنَّ هَٰٓؤُلَآءِ قَوۡمٞ لَّا يُؤۡمِنُونَ
Open ayah 43:88Onun (Peyğəmbərin qövmündən Rəbbinə şikayət edərək): “Ey Rəbbim! Bunlar iman gətirməyən bir qövmdür!”- deməsi də (Bizə məlumdur).
فَٱصۡفَحۡ عَنۡهُمۡ وَقُلۡ سَلَٰمٞۚ فَسَوۡفَ يَعۡلَمُونَ
Open ayah 43:89Onlardan üz döndər və (şərlərindən uzaq olmaq üçün) “Salam!” de. Onlar biləcəklər.