الحجر
Al-Hijr
Translation: Azerbaijani - Alikhan Musayev · Open the surah
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
الٓرۚ تِلۡكَ ءَايَٰتُ ٱلۡكِتَٰبِ وَقُرۡءَانٖ مُّبِينٖ
Open ayah 15:1Əlif. Ləm. Ra.[1] Bunlar Kitabın və açıq-aydın Quranın ayələridir.
- Bax. əl-Bəqərə surəsi birinci ayəsinin qeydi.
رُّبَمَا يَوَدُّ ٱلَّذِينَ كَفَرُواْ لَوۡ كَانُواْ مُسۡلِمِينَ
Open ayah 15:2Kafirlər “Kaş ki müsəlman olsaydıq”– deyə arzu edəcəklər.
ذَرۡهُمۡ يَأۡكُلُواْ وَيَتَمَتَّعُواْ وَيُلۡهِهِمُ ٱلۡأَمَلُۖ فَسَوۡفَ يَعۡلَمُونَ
Open ayah 15:3Qoy onlar (bir müddət) yeyib-içsinlər, əylənsinlər və xam xəyallar başlarını qatsın. (Onlar ziyana uğradıqlarını) tezliklə biləcəklər.
وَمَآ أَهۡلَكۡنَا مِن قَرۡيَةٍ إِلَّا وَلَهَا كِتَابٞ مَّعۡلُومٞ
Open ayah 15:4Həlak etdiyimiz hər bir məmləkətin məlum bir yazısı olmuşdur (həlak olacaqları vaxt əvvəlcədən müəyyən edilmişdir).
مَّا تَسۡبِقُ مِنۡ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسۡتَـٔۡخِرُونَ
Open ayah 15:5Heç bir ümmət öz əcəlini nə qabaqlaya bilər, nə də yubada bilər.
وَقَالُواْ يَٰٓأَيُّهَا ٱلَّذِي نُزِّلَ عَلَيۡهِ ٱلذِّكۡرُ إِنَّكَ لَمَجۡنُونٞ
Open ayah 15:6(Müşriklər Peyğəmbərə) dedilər: “Ey özünə Zikr (Quran) nazil edilən kəs! Doğrudan da, sən dəlisən.
لَّوۡ مَا تَأۡتِينَا بِٱلۡمَلَٰٓئِكَةِ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ
Open ayah 15:7Əgər doğru danışanlardansansa, nəyə görə bizə (dediyinə şahidlik edə bilən) mələkləri gətirmirsən?!”
مَا نُنَزِّلُ ٱلۡمَلَٰٓئِكَةَ إِلَّا بِٱلۡحَقِّ وَمَا كَانُوٓاْ إِذٗا مُّنظَرِينَ
Open ayah 15:8Biz mələkləri yalnız haqq (əzab) ilə endiririk. O zaman kafirlərə möhlət verilməz.
إِنَّا نَحۡنُ نَزَّلۡنَا ٱلذِّكۡرَ وَإِنَّا لَهُۥ لَحَٰفِظُونَ
Open ayah 15:9Şübhəsiz ki, Zikri (Quranı) Biz nazil etdik və Biz də onu qoruyacağıq.
وَلَقَدۡ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ فِي شِيَعِ ٱلۡأَوَّلِينَ
Open ayah 15:10(Ey Peyğəmbər!) Biz səndən öncə də əvvəlki ümmətlərə peyğəmbərlər göndərmişdik.
وَمَا يَأۡتِيهِم مِّن رَّسُولٍ إِلَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ
Open ayah 15:11Onlara elə bir elçi gəlmədi ki, ona istehza etməsinlər.
كَذَٰلِكَ نَسۡلُكُهُۥ فِي قُلُوبِ ٱلۡمُجۡرِمِينَ
Open ayah 15:12Biz (küfrü) günahkarların qəlbinə belə yeridirik.
لَا يُؤۡمِنُونَ بِهِۦ وَقَدۡ خَلَتۡ سُنَّةُ ٱلۡأَوَّلِينَ
Open ayah 15:13Onlar (hələ də) ona (Qurana) inanmırlar. Halbuki əvvəlkilərin başına gələnlər onlara məlumdur.
وَلَوۡ فَتَحۡنَا عَلَيۡهِم بَابٗا مِّنَ ٱلسَّمَآءِ فَظَلُّواْ فِيهِ يَعۡرُجُونَ
Open ayah 15:14Əgər onlara göydən bir qapı açsaydıq (oradan pilləkən sallasaydıq) və onlar dayanmadan oraya qalxsaydı,
لَقَالُوٓاْ إِنَّمَا سُكِّرَتۡ أَبۡصَٰرُنَا بَلۡ نَحۡنُ قَوۡمٞ مَّسۡحُورُونَ
Open ayah 15:15(yenə də inanmayıb:) “Gözlərimiz dumanlanmış, daha doğrusu biz sehrlənmişik”– deyərdilər.
وَلَقَدۡ جَعَلۡنَا فِي ٱلسَّمَآءِ بُرُوجٗا وَزَيَّنَّٰهَا لِلنَّٰظِرِينَ
Open ayah 15:16Biz səmada bürclər yaratdıq və onu baxanlar üçün bəzədik.
وَحَفِظۡنَٰهَا مِن كُلِّ شَيۡطَٰنٖ رَّجِيمٍ
Open ayah 15:17Onları (Allahın rəhmətindən) qovulmuş hər bir şeytandan qoruduq.
إِلَّا مَنِ ٱسۡتَرَقَ ٱلسَّمۡعَ فَأَتۡبَعَهُۥ شِهَابٞ مُّبِينٞ
Open ayah 15:18Lakin (şeytanlardan) kim (göy əhlinin söhbətinə) xəlvətcə qulaq assa, onu yandırıb yaxan alov təqib edər.
وَٱلۡأَرۡضَ مَدَدۡنَٰهَا وَأَلۡقَيۡنَا فِيهَا رَوَٰسِيَ وَأَنۢبَتۡنَا فِيهَا مِن كُلِّ شَيۡءٖ مَّوۡزُونٖ
Open ayah 15:19Biz yeri üzünü genişləndirdik, orada möhkəm dağlar yerləşdirdik və orada hər şeydən lazım olduğu qədər yetişdirdik.
وَجَعَلۡنَا لَكُمۡ فِيهَا مَعَٰيِشَ وَمَن لَّسۡتُمۡ لَهُۥ بِرَٰزِقِينَ
Open ayah 15:20Orada həm sizin üçün, həm də sizin ruzi vermədiyiniz kimsələr üçün dolanışıq vasitələri yaratdıq.
وَإِن مِّن شَيۡءٍ إِلَّا عِندَنَا خَزَآئِنُهُۥ وَمَا نُنَزِّلُهُۥٓ إِلَّا بِقَدَرٖ مَّعۡلُومٖ
Open ayah 15:21(Kainatda) elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Biz onu ancaq müəyyən ölçüdə endiririk.
وَأَرۡسَلۡنَا ٱلرِّيَٰحَ لَوَٰقِحَ فَأَنزَلۡنَا مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَسۡقَيۡنَٰكُمُوهُ وَمَآ أَنتُمۡ لَهُۥ بِخَٰزِنِينَ
Open ayah 15:22Biz küləkləri dölləndirici (buludlarda su əmələ gətirən, bitkiləri tozlandıran bir vasitə) olaraq göndərdik və göydən yağmur endirib onunla sizi suladıq. Yoxsa, onu yığıb saxlayan siz deyilsiniz.
وَإِنَّا لَنَحۡنُ نُحۡيِۦ وَنُمِيتُ وَنَحۡنُ ٱلۡوَٰرِثُونَ
Open ayah 15:23Şübhəsiz ki, dirildən də, öldürən də, Bizik. (Hər şeyə) varis olan (əbədi olan) da Bizik.
وَلَقَدۡ عَلِمۡنَا ٱلۡمُسۡتَقۡدِمِينَ مِنكُمۡ وَلَقَدۡ عَلِمۡنَا ٱلۡمُسۡتَـٔۡخِرِينَ
Open ayah 15:24Həqiqətən, sizdən öncə kimlərin gəlib-getdiyini də, sonradan kimlərin gələcəyini də bilirik.
وَإِنَّ رَبَّكَ هُوَ يَحۡشُرُهُمۡۚ إِنَّهُۥ حَكِيمٌ عَلِيمٞ
Open ayah 15:25Həqiqətən, Rəbbin onları (bir yerə) toplayacaqdır. Çünki O, hikmət sahibidir, (hər şeyi) biləndir.
وَلَقَدۡ خَلَقۡنَا ٱلۡإِنسَٰنَ مِن صَلۡصَٰلٖ مِّنۡ حَمَإٖ مَّسۡنُونٖ
Open ayah 15:26Biz insanı başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən yaratdıq.
وَٱلۡجَآنَّ خَلَقۡنَٰهُ مِن قَبۡلُ مِن نَّارِ ٱلسَّمُومِ
Open ayah 15:27İblisi (və onun nəslini) isə daha öncə (Adəmdən əvvəl) qızmar alovdan yaratmışdıq.
وَإِذۡ قَالَ رَبُّكَ لِلۡمَلَٰٓئِكَةِ إِنِّي خَٰلِقُۢ بَشَرٗا مِّن صَلۡصَٰلٖ مِّنۡ حَمَإٖ مَّسۡنُونٖ
Open ayah 15:28Bir zaman Rəbbin mələklərə (belə) demişdi: “Mən başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən insan yaradacağam!
فَإِذَا سَوَّيۡتُهُۥ وَنَفَخۡتُ فِيهِ مِن رُّوحِي فَقَعُواْ لَهُۥ سَٰجِدِينَ
Open ayah 15:29Mən ona biçim verib, ruhumdan üfürdüyüm zaman siz ona (hörmət əlaməti olaraq) səcdə edin!”
فَسَجَدَ ٱلۡمَلَٰٓئِكَةُ كُلُّهُمۡ أَجۡمَعُونَ
Open ayah 15:30Beləliklə, mələklərin hamısı (ona) səcdə etdi.
إِلَّآ إِبۡلِيسَ أَبَىٰٓ أَن يَكُونَ مَعَ ٱلسَّٰجِدِينَ
Open ayah 15:31Yalnız İblisdən başqa. O, səcdə edənlərlə birlikdə olmaqdan imtina etdi.
قَالَ يَٰٓإِبۡلِيسُ مَا لَكَ أَلَّا تَكُونَ مَعَ ٱلسَّٰجِدِينَ
Open ayah 15:32(Allah) dedi: “Ey İblis! Sənə nə olub ki, səcdə edənlərlə birlikdə səcdə etmirsən?”
قَالَ لَمۡ أَكُن لِّأَسۡجُدَ لِبَشَرٍ خَلَقۡتَهُۥ مِن صَلۡصَٰلٖ مِّنۡ حَمَإٖ مَّسۡنُونٖ
Open ayah 15:33(İblis) dedi: “Sənin, başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən yaratdığın insana səcdə etmək mənə yaraşmaz!”
قَالَ فَٱخۡرُجۡ مِنۡهَا فَإِنَّكَ رَجِيمٞ
Open ayah 15:34(Allah) buyurdu: “Oradan çıx! Artıq sən (rəhmətimdən) qovuldun.
وَإِنَّ عَلَيۡكَ ٱللَّعۡنَةَ إِلَىٰ يَوۡمِ ٱلدِّينِ
Open ayah 15:35Haqq-hesab gününə qədər sənin üzərində lənət olacaqdır”.
قَالَ رَبِّ فَأَنظِرۡنِيٓ إِلَىٰ يَوۡمِ يُبۡعَثُونَ
Open ayah 15:36(İblis) dedi: “Ey Rəbbim! Onların diriləcəkləri günə qədər mənə möhlət ver”.
قَالَ فَإِنَّكَ مِنَ ٱلۡمُنظَرِينَ
Open ayah 15:37(Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən.
إِلَىٰ يَوۡمِ ٱلۡوَقۡتِ ٱلۡمَعۡلُومِ
Open ayah 15:38Məlum vaxtın gününə (surun birinci dəfə çalınan vaxtına) qədər”.
قَالَ رَبِّ بِمَآ أَغۡوَيۡتَنِي لَأُزَيِّنَنَّ لَهُمۡ فِي ٱلۡأَرۡضِ وَلَأُغۡوِيَنَّهُمۡ أَجۡمَعِينَ
Open ayah 15:39(İblis) dedi: “Ey Rəbbim! Sən məni azdırdığına (rəhmətindən qovduğuna) görə, mən də yer üzündə onlara (pis işləri) gözəl göstərib onların hamısını azdıracağam.
إِلَّا عِبَادَكَ مِنۡهُمُ ٱلۡمُخۡلَصِينَ
Open ayah 15:40Yalnız Sənin ixlaslı qullarından başqa”.
قَالَ هَٰذَا صِرَٰطٌ عَلَيَّ مُسۡتَقِيمٌ
Open ayah 15:41(Allah) buyurdu: “Bu, Mənə tərəf gətirən düz yoldur.
إِنَّ عِبَادِي لَيۡسَ لَكَ عَلَيۡهِمۡ سُلۡطَٰنٌ إِلَّا مَنِ ٱتَّبَعَكَ مِنَ ٱلۡغَاوِينَ
Open ayah 15:42Şübhəsiz ki, qullarım üzərində sənin heç bir hökmün yoxdur. Yalnız sənə uyan azğınlardan başqa”.
وَإِنَّ جَهَنَّمَ لَمَوۡعِدُهُمۡ أَجۡمَعِينَ
Open ayah 15:43Həqiqətən, Cəhənnəm onların hamısına (İblisə və ona uyanlara) vəd olunmuş yerdir.
لَهَا سَبۡعَةُ أَبۡوَٰبٖ لِّكُلِّ بَابٖ مِّنۡهُمۡ جُزۡءٞ مَّقۡسُومٌ
Open ayah 15:44Onun (Cəhənnəmin) yeddi qapısı vardır. Hər qapıdan, onlardan (İblisə uyanlardan) müəyyən bir dəstə girəcəkdir.
إِنَّ ٱلۡمُتَّقِينَ فِي جَنَّٰتٖ وَعُيُونٍ
Open ayah 15:45Sözsüz ki, müttəqilər cənnətlərdə və çeşmələr başında olacaqlar.
ٱدۡخُلُوهَا بِسَلَٰمٍ ءَامِنِينَ
Open ayah 15:46(Onlara:) “Oraya sağ-salamat və əmin-amanlıqla daxil olun!”– (deyiləcəkdir).
وَنَزَعۡنَا مَا فِي صُدُورِهِم مِّنۡ غِلٍّ إِخۡوَٰنًا عَلَىٰ سُرُرٖ مُّتَقَٰبِلِينَ
Open ayah 15:47Biz onların ürəklərindəki kin-küdurəti çıxardıb kənar etdik. Onlar taxtlar üstündə qarşı-qarşıya oturan qardaşlar olacaqlar.
لَا يَمَسُّهُمۡ فِيهَا نَصَبٞ وَمَا هُم مِّنۡهَا بِمُخۡرَجِينَ
Open ayah 15:48Onlara orada (Cənnətdə) heç bir yorğunluq üz verməyəcək və onlar oradan çıxarılmayacaqlar.
۞نَبِّئۡ عِبَادِيٓ أَنِّيٓ أَنَا ٱلۡغَفُورُ ٱلرَّحِيمُ
Open ayah 15:49(Ey Peyğəmbər!) Qullarıma, Mənim Bağışlayan və Rəhmli olduğumu xəbər ver.
وَأَنَّ عَذَابِي هُوَ ٱلۡعَذَابُ ٱلۡأَلِيمُ
Open ayah 15:50Və əzabım da ağrılı-acılı bir əzabdır.
وَنَبِّئۡهُمۡ عَن ضَيۡفِ إِبۡرَٰهِيمَ
Open ayah 15:51Onlara İbrahimin qonaqları (mələklər) barəsində də xəbər ver.
إِذۡ دَخَلُواْ عَلَيۡهِ فَقَالُواْ سَلَٰمٗا قَالَ إِنَّا مِنكُمۡ وَجِلُونَ
Open ayah 15:52Onlar İbrahimin yanına daxil olub: “Salam!”– dedilər. (İbrahim:) “Doğrusu, biz, sizdən qorxuruq!”– dedi.
قَالُواْ لَا تَوۡجَلۡ إِنَّا نُبَشِّرُكَ بِغُلَٰمٍ عَلِيمٖ
Open ayah 15:53(Mələklər:) “Qorxma! Biz, səni bilikli bir oğulla (İshaqla) müjdələyirik!”– dedilər.
قَالَ أَبَشَّرۡتُمُونِي عَلَىٰٓ أَن مَّسَّنِيَ ٱلۡكِبَرُ فَبِمَ تُبَشِّرُونَ
Open ayah 15:54(İbrahim) dedi: “Qocalıq məni haqladığı bir vaxtda mənə müjdə verirsiniz? Məni nə ilə müjdələyirsiniz?”
قَالُواْ بَشَّرۡنَٰكَ بِٱلۡحَقِّ فَلَا تَكُن مِّنَ ٱلۡقَٰنِطِينَ
Open ayah 15:55(Mələklər) dedilər: “Biz sənə haqla müjdə veririk. Sən ümidini üzənlərdən olma!”
قَالَ وَمَن يَقۡنَطُ مِن رَّحۡمَةِ رَبِّهِۦٓ إِلَّا ٱلضَّآلُّونَ
Open ayah 15:56(İbrahim) dedi: “(Haqq yoldan) azanlardan başqa Rəbbinin mərhəmətindən kim ümidini üzər?”
قَالَ فَمَا خَطۡبُكُمۡ أَيُّهَا ٱلۡمُرۡسَلُونَ
Open ayah 15:57(İbrahim) dedi: “Ey elçilər! İşiniz nədir?”
قَالُوٓاْ إِنَّآ أُرۡسِلۡنَآ إِلَىٰ قَوۡمٖ مُّجۡرِمِينَ
Open ayah 15:58(Mələklər) dedilər: “Biz günahkar qövmə (onları məhv etmək üçün) göndərilmişik.
إِلَّآ ءَالَ لُوطٍ إِنَّا لَمُنَجُّوهُمۡ أَجۡمَعِينَ
Open ayah 15:59Yalnız Lutun ailəsindən başqa. Biz, onların hamısını xilas edəcəyik.
إِلَّا ٱمۡرَأَتَهُۥ قَدَّرۡنَآ إِنَّهَا لَمِنَ ٱلۡغَٰبِرِينَ
Open ayah 15:60Ancaq (Lutun) zövcəsindən başqa. Biz onun əzaba uğrayanlardan olacağına qərar vermişik”.
فَلَمَّا جَآءَ ءَالَ لُوطٍ ٱلۡمُرۡسَلُونَ
Open ayah 15:61Elçilər Lut ailəsinin yanına gəldikdə,
قَالَ إِنَّكُمۡ قَوۡمٞ مُّنكَرُونَ
Open ayah 15:62o dedi: “Siz yad adamlarsınız!”
قَالُواْ بَلۡ جِئۡنَٰكَ بِمَا كَانُواْ فِيهِ يَمۡتَرُونَ
Open ayah 15:63(Mələklər) dedilər: “Xeyr, biz sənə onların (qövmünün) şübhə etdiyi (əzabla) gəlmişik.
وَأَتَيۡنَٰكَ بِٱلۡحَقِّ وَإِنَّا لَصَٰدِقُونَ
Open ayah 15:64Biz sənə haqqı (qövmünün şübhə etdiyi əzabı) gətirmişik. Biz, həqiqətən, doğru danışanlarıq.
فَأَسۡرِ بِأَهۡلِكَ بِقِطۡعٖ مِّنَ ٱلَّيۡلِ وَٱتَّبِعۡ أَدۡبَٰرَهُمۡ وَلَا يَلۡتَفِتۡ مِنكُمۡ أَحَدٞ وَٱمۡضُواْ حَيۡثُ تُؤۡمَرُونَ
Open ayah 15:65Gecənin bir vaxtı ailəni yola çıxart və özün də onların arxasınca get. Sizdən heç kəs çevrilib arxaya baxmasın. Sizə əmr olunan yerə gedin”.
وَقَضَيۡنَآ إِلَيۡهِ ذَٰلِكَ ٱلۡأَمۡرَ أَنَّ دَابِرَ هَٰٓؤُلَآءِ مَقۡطُوعٞ مُّصۡبِحِينَ
Open ayah 15:66Biz Luta vəhy etdik ki, sübh çağı onların (kafirlərin) kökü kəsiləcək.
وَجَآءَ أَهۡلُ ٱلۡمَدِينَةِ يَسۡتَبۡشِرُونَ
Open ayah 15:67Şəhər əhalisi (qonaqlardan xəbər tutduqda) bir-birini muştuluqlayaraq (Lutun yanına) gəldi.
قَالَ إِنَّ هَٰٓؤُلَآءِ ضَيۡفِي فَلَا تَفۡضَحُونِ
Open ayah 15:68(Lut) dedi: “Bunlar mənim qonaqlarımdır. (Pis əməllərinizlə) məni biabır etməyin!
وَٱتَّقُواْ ٱللَّهَ وَلَا تُخۡزُونِ
Open ayah 15:69Allahdan qorxun və məni rüsvay etməyin!”
قَالُوٓاْ أَوَلَمۡ نَنۡهَكَ عَنِ ٱلۡعَٰلَمِينَ
Open ayah 15:70Onlar dedilər: “Məgər biz sənə (şəhərimizə gələn) insanları (qonaq saxlamağı və ya himayə etməyi) qadağan etməmişik?!”
قَالَ هَٰٓؤُلَآءِ بَنَاتِيٓ إِن كُنتُمۡ فَٰعِلِينَ
Open ayah 15:71(Lut) dedi: “Bunlar (ümmətimin qadınları) mənim qızlarımdır. Əgər edəcəksinizsə (onlarla evlənə bilərsiniz)!”
لَعَمۡرُكَ إِنَّهُمۡ لَفِي سَكۡرَتِهِمۡ يَعۡمَهُونَ
Open ayah 15:72(Ey Muhəmməd!) Həyatına and olsun ki, onlar şəhvətləri içində veyl-veyl gəzirdilər.
فَأَخَذَتۡهُمُ ٱلصَّيۡحَةُ مُشۡرِقِينَ
Open ayah 15:73Günəş doğarkən qorxunc səs onları yaxaladı.
فَجَعَلۡنَا عَٰلِيَهَا سَافِلَهَا وَأَمۡطَرۡنَا عَلَيۡهِمۡ حِجَارَةٗ مِّن سِجِّيلٍ
Open ayah 15:74O şəhərin altını üstünə çevirdik və onların üzərinə odda bişmiş gil daşlar yağdırdıq.
إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّلۡمُتَوَسِّمِينَ
Open ayah 15:75Bunda, düşünən kimsələr üçün dəlillər vardır.
وَإِنَّهَا لَبِسَبِيلٖ مُّقِيمٍ
Open ayah 15:76O diyar (Məkkədən Şama gedən) yolun üzərində yerləşir.
إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّلۡمُؤۡمِنِينَ
Open ayah 15:77Şübhəsiz ki, bunda möminlər üçün dəlillər vardır.
وَإِن كَانَ أَصۡحَٰبُ ٱلۡأَيۡكَةِ لَظَٰلِمِينَ
Open ayah 15:78Əykə əhalisi də zalımlardan idi.
فَٱنتَقَمۡنَا مِنۡهُمۡ وَإِنَّهُمَا لَبِإِمَامٖ مُّبِينٖ
Open ayah 15:79Onlardan da intiqam aldıq. Hər iki şəhər (Lut qövmü Sədum və Əykə əhalisi) aydın görünən yol üzərində yerləşir.
وَلَقَدۡ كَذَّبَ أَصۡحَٰبُ ٱلۡحِجۡرِ ٱلۡمُرۡسَلِينَ
Open ayah 15:80(Salehin tayfası da) Hicr əhalisi də peyğəmbərləri yalançı saydı.
وَءَاتَيۡنَٰهُمۡ ءَايَٰتِنَا فَكَانُواْ عَنۡهَا مُعۡرِضِينَ
Open ayah 15:81Biz onlara ayələrimizi göndərdik, lakin onlar o ayələrdən üz çevirdilər.
وَكَانُواْ يَنۡحِتُونَ مِنَ ٱلۡجِبَالِ بُيُوتًا ءَامِنِينَ
Open ayah 15:82Onlar dağlarda əmin-amanlıq içində (özlərinə) evlər yonurdular.
فَأَخَذَتۡهُمُ ٱلصَّيۡحَةُ مُصۡبِحِينَ
Open ayah 15:83Sübh çağında onları qorxunc səs yaxaladı.
فَمَآ أَغۡنَىٰ عَنۡهُم مَّا كَانُواْ يَكۡسِبُونَ
Open ayah 15:84Qazandıqları (dünya malı və qurduqları evlər) isə onlara heç bir fayda vermədi.
وَمَا خَلَقۡنَا ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَآ إِلَّا بِٱلۡحَقِّۗ وَإِنَّ ٱلسَّاعَةَ لَأٓتِيَةٞۖ فَٱصۡفَحِ ٱلصَّفۡحَ ٱلۡجَمِيلَ
Open ayah 15:85Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq yaratdıq. (Qiyamət) saatı mütləq gələcəkdir. Odur ki, Sən (onları) gözəl tərzdə bağışla.
إِنَّ رَبَّكَ هُوَ ٱلۡخَلَّٰقُ ٱلۡعَلِيمُ
Open ayah 15:86Həqiqətən, Rəbbin (hər şeyi) Yaradandır, (hər şeyi) Biləndir.
وَلَقَدۡ ءَاتَيۡنَٰكَ سَبۡعٗا مِّنَ ٱلۡمَثَانِي وَٱلۡقُرۡءَانَ ٱلۡعَظِيمَ
Open ayah 15:87(Ey Peyğəmbər!) Biz sənə təkrarlanan yeddi ayəni (əl-Fatihə surəsini və ya yeddi surəni: əl-Bəqərə, Ali-İmran, ən-Nisa, əl-Maidə, əl-Ənam, əl-Əraf, əl-Ənfal) və əzəmətli Quranı verdik.
لَا تَمُدَّنَّ عَيۡنَيۡكَ إِلَىٰ مَا مَتَّعۡنَا بِهِۦٓ أَزۡوَٰجٗا مِّنۡهُمۡ وَلَا تَحۡزَنۡ عَلَيۡهِمۡ وَٱخۡفِضۡ جَنَاحَكَ لِلۡمُؤۡمِنِينَ
Open ayah 15:88Kafirlərdən bəzilərinə verdiyimiz (fani) dünya malına gözünü dikmə, onlara görə kədərlənmə, möminləri (mərhəmət) qanadının altına al
وَقُلۡ إِنِّيٓ أَنَا ٱلنَّذِيرُ ٱلۡمُبِينُ
Open ayah 15:89və de: “Şübhəsiz ki, mən sizi (Allahın əzabı) ilə açıq-aşkar qorxudanam!”
كَمَآ أَنزَلۡنَا عَلَى ٱلۡمُقۡتَسِمِينَ
Open ayah 15:90Biz (Quranı) bölən kimsələrə də, beləcə, əzab endirmişdik.
ٱلَّذِينَ جَعَلُواْ ٱلۡقُرۡءَانَ عِضِينَ
Open ayah 15:91Onlar Quranı hissələrə böldülər (bir qisminə inanıb, digər qismini inkar etdilər).
فَوَرَبِّكَ لَنَسۡـَٔلَنَّهُمۡ أَجۡمَعِينَ
Open ayah 15:92(Ey Peyğəmbər!) Rəbbinə and olsun ki, Biz onların hamısını sorğu-suala çəkəcəyik –
عَمَّا كَانُواْ يَعۡمَلُونَ
Open ayah 15:93(Dünyada) etdikləri əməllər barəsində.
فَٱصۡدَعۡ بِمَا تُؤۡمَرُ وَأَعۡرِضۡ عَنِ ٱلۡمُشۡرِكِينَ
Open ayah 15:94Sənə əmr olunanı açıq-aşkar bəyan et və müşriklərdən üz çevir.
إِنَّا كَفَيۡنَٰكَ ٱلۡمُسۡتَهۡزِءِينَ
Open ayah 15:95Sözsüz ki, istehza edənlərə qarşı Biz sənə yetərik.
ٱلَّذِينَ يَجۡعَلُونَ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَۚ فَسَوۡفَ يَعۡلَمُونَ
Open ayah 15:96O kəslər ki, Allaha başqa məbudu şərik qoşurlar. Onlar tezliklə biləcəklər.
وَلَقَدۡ نَعۡلَمُ أَنَّكَ يَضِيقُ صَدۡرُكَ بِمَا يَقُولُونَ
Open ayah 15:97Biz onların dediklərindən qəlbinin sıxıldığını bilirik.
فَسَبِّحۡ بِحَمۡدِ رَبِّكَ وَكُن مِّنَ ٱلسَّٰجِدِينَ
Open ayah 15:98Sən həmd-səna ilə Rəbbini təriflə və səcdə edənlərdən ol!
وَٱعۡبُدۡ رَبَّكَ حَتَّىٰ يَأۡتِيَكَ ٱلۡيَقِينُ
Open ayah 15:99Və sənə ölüm gələnədək Rəbbinə ibadət et.