غافر
Al-Ghaafir
Translation: Azerbaijani - Alikhan Musayev · Open the surah
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
حمٓ
Open ayah 40:1Hə. Mim.[1]
- Bax. əl-Bəqərə surəsi birinci ayəsinin qeydi.
تَنزِيلُ ٱلۡكِتَٰبِ مِنَ ٱللَّهِ ٱلۡعَزِيزِ ٱلۡعَلِيمِ
Open ayah 40:2Kitabın nazil edilməsi Qüdrət sahibi olan, (hər şeyi) Bilən Allah tərəfindəndir.
غَافِرِ ٱلذَّنۢبِ وَقَابِلِ ٱلتَّوۡبِ شَدِيدِ ٱلۡعِقَابِ ذِي ٱلطَّوۡلِۖ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ إِلَيۡهِ ٱلۡمَصِيرُ
Open ayah 40:3Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, lütfü böyük olan (Allahdandır)! Ondan başqa (ibadətə layiq) ilah yoxdur. Dönüş də Onadır.
مَا يُجَٰدِلُ فِيٓ ءَايَٰتِ ٱللَّهِ إِلَّا ٱلَّذِينَ كَفَرُواْ فَلَا يَغۡرُرۡكَ تَقَلُّبُهُمۡ فِي ٱلۡبِلَٰدِ
Open ayah 40:4Allahın ayələri barəsində yalnız kafirlər mücadilə edərlər. Onların şəhərlərdə gəzib-dolaşmaları səni aldatmasın.
كَذَّبَتۡ قَبۡلَهُمۡ قَوۡمُ نُوحٖ وَٱلۡأَحۡزَابُ مِنۢ بَعۡدِهِمۡۖ وَهَمَّتۡ كُلُّ أُمَّةِۭ بِرَسُولِهِمۡ لِيَأۡخُذُوهُۖ وَجَٰدَلُواْ بِٱلۡبَٰطِلِ لِيُدۡحِضُواْ بِهِ ٱلۡحَقَّ فَأَخَذۡتُهُمۡۖ فَكَيۡفَ كَانَ عِقَابِ
Open ayah 40:5Onlardan əvvəl Nuh qövmü və sonrakı toplumlar da (elçiləri) yalançı saydılar. Hər ümmət öz elçisini yaxalamağa (öldürməyə) cəhd göstərdi. Onlar haqqın yalan olduğunu sübuta yetirmək üçün batil sözlərlə mübahisə etdilər. Odur ki, Mən onları (əzabla) yaxaladım. (Görəydin) Mənim cəzam necə oldu!
وَكَذَٰلِكَ حَقَّتۡ كَلِمَتُ رَبِّكَ عَلَى ٱلَّذِينَ كَفَرُوٓاْ أَنَّهُمۡ أَصۡحَٰبُ ٱلنَّارِ
Open ayah 40:6Beləliklə kafirlərin Cəhənnəm əhli olacağı barədə Rəbbinin sözü gerçəkləşdi.
ٱلَّذِينَ يَحۡمِلُونَ ٱلۡعَرۡشَ وَمَنۡ حَوۡلَهُۥ يُسَبِّحُونَ بِحَمۡدِ رَبِّهِمۡ وَيُؤۡمِنُونَ بِهِۦ وَيَسۡتَغۡفِرُونَ لِلَّذِينَ ءَامَنُواْۖ رَبَّنَا وَسِعۡتَ كُلَّ شَيۡءٖ رَّحۡمَةٗ وَعِلۡمٗا فَٱغۡفِرۡ لِلَّذِينَ تَابُواْ وَٱتَّبَعُواْ سَبِيلَكَ وَقِهِمۡ عَذَابَ ٱلۡجَحِيمِ
Open ayah 40:7Ərşi daşıyanlar və onun ətrafındakılar Rəbbinə həmd edərək onu tərifləyir, Ona iman gətirir və möminlər üçün bağışlanma diləyirlər: “Ey Rəbbimiz! Sənin rəhmətin və elmin hər şeyi əhatə etmişdir. Tövbə edib Sənin yoluna tabe olanları bağışla və onları Cəhənnəm əzabından qoru!
رَبَّنَا وَأَدۡخِلۡهُمۡ جَنَّٰتِ عَدۡنٍ ٱلَّتِي وَعَدتَّهُمۡ وَمَن صَلَحَ مِنۡ ءَابَآئِهِمۡ وَأَزۡوَٰجِهِمۡ وَذُرِّيَّٰتِهِمۡۚ إِنَّكَ أَنتَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ
Open ayah 40:8Ey Rəbbimiz! Onları da, onların atalarından, zövcələrindən və nəsillərindən olan əməlisaleh kimsələri də, onlara vəd etdiyin Ədn cənnətlərinə daxil et. Həqiqətən, Sən Qüdrətlisən, Hikmət sahibisən.
وَقِهِمُ ٱلسَّيِّـَٔاتِۚ وَمَن تَقِ ٱلسَّيِّـَٔاتِ يَوۡمَئِذٖ فَقَدۡ رَحِمۡتَهُۥۚ وَذَٰلِكَ هُوَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ
Open ayah 40:9Onları pisliklərdən qoru. O gün (Qiyamət günü) Sən kimi pisliklərdən qorusan, ona rəhm etmiş olarsan. Məhz bu, böyük uğurdur”.
إِنَّ ٱلَّذِينَ كَفَرُواْ يُنَادَوۡنَ لَمَقۡتُ ٱللَّهِ أَكۡبَرُ مِن مَّقۡتِكُمۡ أَنفُسَكُمۡ إِذۡ تُدۡعَوۡنَ إِلَى ٱلۡإِيمَٰنِ فَتَكۡفُرُونَ
Open ayah 40:10Kafirlərə belə xitab olunacaqdır: “Siz imana dəvət olunarkən küfrünüzdə israr etdiyinizə görə, Allahın sizə olan nifrəti (indi) sizin özünüzə olan nifrətinizdən daha böyükdür”.
قَالُواْ رَبَّنَآ أَمَتَّنَا ٱثۡنَتَيۡنِ وَأَحۡيَيۡتَنَا ٱثۡنَتَيۡنِ فَٱعۡتَرَفۡنَا بِذُنُوبِنَا فَهَلۡ إِلَىٰ خُرُوجٖ مِّن سَبِيلٖ
Open ayah 40:11Onlar deyəcəklər: “Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürüb, iki dəfə diriltdin. Biz öz günahlarımızı etiraf etdik. (Cəhənnəmdən) çıxmağa bir yol varmı?”
ذَٰلِكُم بِأَنَّهُۥٓ إِذَا دُعِيَ ٱللَّهُ وَحۡدَهُۥ كَفَرۡتُمۡ وَإِن يُشۡرَكۡ بِهِۦ تُؤۡمِنُواْۚ فَٱلۡحُكۡمُ لِلَّهِ ٱلۡعَلِيِّ ٱلۡكَبِيرِ
Open ayah 40:12(Onlara deyiləcək:) “Bu ona görədir ki, Tək Allah çağırıldığı zaman siz küfr edirdiniz. Ona şərik qoşulduqda isə inanırdınız. (Artıq) hökm Uca və Böyük Allahındır”.
هُوَ ٱلَّذِي يُرِيكُمۡ ءَايَٰتِهِۦ وَيُنَزِّلُ لَكُم مِّنَ ٱلسَّمَآءِ رِزۡقٗاۚ وَمَا يَتَذَكَّرُ إِلَّا مَن يُنِيبُ
Open ayah 40:13Sizə Öz dəlillərini göstərən və sizə göydən ruzi nazil edən Odur. (Bundan) yalnız (Allaha) yönələn ibrət alar!
فَٱدۡعُواْ ٱللَّهَ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَ وَلَوۡ كَرِهَ ٱلۡكَٰفِرُونَ
Open ayah 40:14(Ey möminlər!) Kafirlərin xoşuna gəlməsə də, dini məhz Allaha aid edərək Ona (ixlasla) dua edin!
رَفِيعُ ٱلدَّرَجَٰتِ ذُو ٱلۡعَرۡشِ يُلۡقِي ٱلرُّوحَ مِنۡ أَمۡرِهِۦ عَلَىٰ مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦ لِيُنذِرَ يَوۡمَ ٱلتَّلَاقِ
Open ayah 40:15Yüksək dərəcələrin (yaxud dərəcələri yüksəldən) və Ərşin sahibi Odur. O, əmri ilə vəhyi qullarından istədiyinə nazil edir ki, (o, insanları) görüş günü ilə qorxutsun.
يَوۡمَ هُم بَٰرِزُونَۖ لَا يَخۡفَىٰ عَلَى ٱللَّهِ مِنۡهُمۡ شَيۡءٞۚ لِّمَنِ ٱلۡمُلۡكُ ٱلۡيَوۡمَۖ لِلَّهِ ٱلۡوَٰحِدِ ٱلۡقَهَّارِ
Open ayah 40:16O gün onlar (qəbirlərindən) çıxacaqlar. Onların heç bir şeyi Allaha gizli qalmayacaqdır. (Allah deyəcək:) “Bu gün mülk kimə məxsusdur? Vahid, (hər şeyə) qalib gələn Allaha məxsusdur!”
ٱلۡيَوۡمَ تُجۡزَىٰ كُلُّ نَفۡسِۭ بِمَا كَسَبَتۡۚ لَا ظُلۡمَ ٱلۡيَوۡمَۚ إِنَّ ٱللَّهَ سَرِيعُ ٱلۡحِسَابِ
Open ayah 40:17Bu gün hər kəsə qazandığının əvəzi veriləcək. Bu gün zülm olmayacaq. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir.
وَأَنذِرۡهُمۡ يَوۡمَ ٱلۡأٓزِفَةِ إِذِ ٱلۡقُلُوبُ لَدَى ٱلۡحَنَاجِرِ كَٰظِمِينَۚ مَا لِلظَّٰلِمِينَ مِنۡ حَمِيمٖ وَلَا شَفِيعٖ يُطَاعُ
Open ayah 40:18Onları ürəklərin xirtdəyə çatacağı, (özləri də) qəm-qüssə içində olacaqları yaxın günlə (Qiyamət günü ilə) qorxut. (O gün) zalımların nə bir yaxın dostu, nə də sözü keçən bir şəfaətçisi olar.
يَعۡلَمُ خَآئِنَةَ ٱلۡأَعۡيُنِ وَمَا تُخۡفِي ٱلصُّدُورُ
Open ayah 40:19Allah gözlərin xaincəsinə baxışını və sinələrin (qəlblərin nələr) gizlətdiyini biləndir.
وَٱللَّهُ يَقۡضِي بِٱلۡحَقِّۖ وَٱلَّذِينَ يَدۡعُونَ مِن دُونِهِۦ لَا يَقۡضُونَ بِشَيۡءٍۗ إِنَّ ٱللَّهَ هُوَ ٱلسَّمِيعُ ٱلۡبَصِيرُ
Open ayah 40:20Allah ədalətlə hökm verər. (Onların) Ondan başqa tapındıqları (bütlər) isə heç bir şeyə hökm edə bilməzlər. Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir!
۞أَوَلَمۡ يَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَيَنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ كَانُواْ مِن قَبۡلِهِمۡۚ كَانُواْ هُمۡ أَشَدَّ مِنۡهُمۡ قُوَّةٗ وَءَاثَارٗا فِي ٱلۡأَرۡضِ فَأَخَذَهُمُ ٱللَّهُ بِذُنُوبِهِمۡ وَمَا كَانَ لَهُم مِّنَ ٱللَّهِ مِن وَاقٖ
Open ayah 40:21Məgər onlar yer üzündə gəzib-dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi? Onlar bunlardan daha qüvvətli idilər və yer üzündə daha çox iz qoymuşdular. Allah onları günahlarına görə (əzabla) yaxaladı və onları Allahdan qoruyan bir kimsə tapılmadı.
ذَٰلِكَ بِأَنَّهُمۡ كَانَت تَّأۡتِيهِمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِ فَكَفَرُواْ فَأَخَذَهُمُ ٱللَّهُۚ إِنَّهُۥ قَوِيّٞ شَدِيدُ ٱلۡعِقَابِ
Open ayah 40:22Bu ona görə idi ki, elçiləri onlara açıq-aydın dəlillər gətirdikləri halda, onlar inkar edirdilər. Odur ki, Allah onları (əzabla) yaxaladı. Həqiqətən, O, qüvvətlidir, cəzası da şiddətlidir.
وَلَقَدۡ أَرۡسَلۡنَا مُوسَىٰ بِـَٔايَٰتِنَا وَسُلۡطَٰنٖ مُّبِينٍ
Open ayah 40:23Biz Musanı ayələrimizlə və açıq-aşkar bir dəlillə göndərdik –
إِلَىٰ فِرۡعَوۡنَ وَهَٰمَٰنَ وَقَٰرُونَ فَقَالُواْ سَٰحِرٞ كَذَّابٞ
Open ayah 40:24Firona, Hamana və Qaruna. Onlar isə: “Bu, yalançı bir sehrbazdır!”– dedilər.
فَلَمَّا جَآءَهُم بِٱلۡحَقِّ مِنۡ عِندِنَا قَالُواْ ٱقۡتُلُوٓاْ أَبۡنَآءَ ٱلَّذِينَ ءَامَنُواْ مَعَهُۥ وَٱسۡتَحۡيُواْ نِسَآءَهُمۡۚ وَمَا كَيۡدُ ٱلۡكَٰفِرِينَ إِلَّا فِي ضَلَٰلٖ
Open ayah 40:25(Musa) onlara Bizim tərəfimizdən haqq ilə gəldikdə onlar dedilər: “Onunla birlikdə iman gətirənlərin oğullarını öldürün, qadınlarını isə sağ buraxın!” Kafirlərin hiyləsi boşa çıxar.
وَقَالَ فِرۡعَوۡنُ ذَرُونِيٓ أَقۡتُلۡ مُوسَىٰ وَلۡيَدۡعُ رَبَّهُۥٓۖ إِنِّيٓ أَخَافُ أَن يُبَدِّلَ دِينَكُمۡ أَوۡ أَن يُظۡهِرَ فِي ٱلۡأَرۡضِ ٱلۡفَسَادَ
Open ayah 40:26Firon dedi: “Buraxın məni Musanı öldürüm! Qoy o da Rəbbini çağırsın. Çünki mən onun sizin dininizi dəyişdirəcəyindən, yaxud yer üzündə fəsad törədəcəyindən qorxuram”.
وَقَالَ مُوسَىٰٓ إِنِّي عُذۡتُ بِرَبِّي وَرَبِّكُم مِّن كُلِّ مُتَكَبِّرٖ لَّا يُؤۡمِنُ بِيَوۡمِ ٱلۡحِسَابِ
Open ayah 40:27Musa dedi: “Mən haqq-hesab gününə inanmayan hər bir təkəbbürlüdən həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha sığınıram!”
وَقَالَ رَجُلٞ مُّؤۡمِنٞ مِّنۡ ءَالِ فِرۡعَوۡنَ يَكۡتُمُ إِيمَٰنَهُۥٓ أَتَقۡتُلُونَ رَجُلًا أَن يَقُولَ رَبِّيَ ٱللَّهُ وَقَدۡ جَآءَكُم بِٱلۡبَيِّنَٰتِ مِن رَّبِّكُمۡۖ وَإِن يَكُ كَٰذِبٗا فَعَلَيۡهِ كَذِبُهُۥۖ وَإِن يَكُ صَادِقٗا يُصِبۡكُم بَعۡضُ ٱلَّذِي يَعِدُكُمۡۖ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي مَنۡ هُوَ مُسۡرِفٞ كَذَّابٞ
Open ayah 40:28Firon ailəsindən olub imanını gizlədən mömin bir kişi dedi: “Siz bir adamı: “Rəbbim Allahdır!”– dediyinə görə öldürəcəksinizmi?! Halbuki o, Rəbbinizdən sizə açıq-aydın dəlillər gətirmişdir. Əgər o, yalan danışırsa, onun yalanı ancaq öz əleyhinədir. Əgər doğru danışırsa, onun vəd etdiyinin bəzisi sizə toxunar. Həqiqətən, Allah həddi aşanı, yalançını doğru yola yönəltməz.
يَٰقَوۡمِ لَكُمُ ٱلۡمُلۡكُ ٱلۡيَوۡمَ ظَٰهِرِينَ فِي ٱلۡأَرۡضِ فَمَن يَنصُرُنَا مِنۢ بَأۡسِ ٱللَّهِ إِن جَآءَنَاۚ قَالَ فِرۡعَوۡنُ مَآ أُرِيكُمۡ إِلَّا مَآ أَرَىٰ وَمَآ أَهۡدِيكُمۡ إِلَّا سَبِيلَ ٱلرَّشَادِ
Open ayah 40:29Ey qövmüm! Bu gün mülk sizə məxsusdur. Yer üzündə qalib gələnlər də sizsiniz. Əgər Allahın əzabı bizə gəlsə, bizi ondan kim qoruya bilər?!” Firon dedi: “Mən sizə ancaq öz rəyimi bildirirəm, mən sizə ancaq doğru yolu göstərirəm”.
وَقَالَ ٱلَّذِيٓ ءَامَنَ يَٰقَوۡمِ إِنِّيٓ أَخَافُ عَلَيۡكُم مِّثۡلَ يَوۡمِ ٱلۡأَحۡزَابِ
Open ayah 40:30Mömin kişi dedi: “Ey qövmüm! Mən (peyğəmbərləri təkzib edən) o toplumların başına gələn (dəhşətli) günün bənzərinin sizin də başınıza gəlməsindən qorxuram.
مِثۡلَ دَأۡبِ قَوۡمِ نُوحٖ وَعَادٖ وَثَمُودَ وَٱلَّذِينَ مِنۢ بَعۡدِهِمۡۚ وَمَا ٱللَّهُ يُرِيدُ ظُلۡمٗا لِّلۡعِبَادِ
Open ayah 40:31Nuh, Ad və Səmud qövmünün və onlardan sonrakıların düçar olduğu bəlanın bənzərinin (gəlməsindən qorxuram). Allah Öz bəndələrinə zülm etmək istəməz.
وَيَٰقَوۡمِ إِنِّيٓ أَخَافُ عَلَيۡكُمۡ يَوۡمَ ٱلتَّنَادِ
Open ayah 40:32Ey qövmüm! Mən sizin üçün fəryad günündən qorxuram.
يَوۡمَ تُوَلُّونَ مُدۡبِرِينَ مَا لَكُم مِّنَ ٱللَّهِ مِنۡ عَاصِمٖۗ وَمَن يُضۡلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنۡ هَادٖ
Open ayah 40:33Geriyə dönüb qaçacağınız gün sizi Allahdan qoruyan tapılmaz. Allahın azdırdığı kimsəyə isə yol göstərən olmaz”.
وَلَقَدۡ جَآءَكُمۡ يُوسُفُ مِن قَبۡلُ بِٱلۡبَيِّنَٰتِ فَمَا زِلۡتُمۡ فِي شَكّٖ مِّمَّا جَآءَكُم بِهِۦۖ حَتَّىٰٓ إِذَا هَلَكَ قُلۡتُمۡ لَن يَبۡعَثَ ٱللَّهُ مِنۢ بَعۡدِهِۦ رَسُولٗاۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ مَنۡ هُوَ مُسۡرِفٞ مُّرۡتَابٌ
Open ayah 40:34Daha öncə Yusif sizə açıq-aydın dəlillər gətirmişdi. Siz onun gətirdiklərinə şəkk etməkdə davam edirdiniz. Nəhayət, o, vəfat etdikdə: “Allah ondan sonra elçi göndərməyəcək!”– dediniz. Allah həddi aşan, şübhə edən kimsəni belə azdırar.
ٱلَّذِينَ يُجَٰدِلُونَ فِيٓ ءَايَٰتِ ٱللَّهِ بِغَيۡرِ سُلۡطَٰنٍ أَتَىٰهُمۡۖ كَبُرَ مَقۡتًا عِندَ ٱللَّهِ وَعِندَ ٱلَّذِينَ ءَامَنُواْۚ كَذَٰلِكَ يَطۡبَعُ ٱللَّهُ عَلَىٰ كُلِّ قَلۡبِ مُتَكَبِّرٖ جَبَّارٖ
Open ayah 40:35O kəslər ki, özlərinə bir dəlil gəlmədiyi halda, Allahın ayələri barəsində mücadilə edirlər. Bu, həm Allah yanında, həm də iman gətirənlər yanında nifrət artırar. Allah hər bir təkəbbürlünün və zalımın qəlbini belə möhürləyər.
وَقَالَ فِرۡعَوۡنُ يَٰهَٰمَٰنُ ٱبۡنِ لِي صَرۡحٗا لَّعَلِّيٓ أَبۡلُغُ ٱلۡأَسۡبَٰبَ
Open ayah 40:36Firon dedi: “Ey Haman! Mənim üçün uca bir qüllə tik ki, bəlkə yollara çatım –
أَسۡبَٰبَ ٱلسَّمَٰوَٰتِ فَأَطَّلِعَ إِلَىٰٓ إِلَٰهِ مُوسَىٰ وَإِنِّي لَأَظُنُّهُۥ كَٰذِبٗاۚ وَكَذَٰلِكَ زُيِّنَ لِفِرۡعَوۡنَ سُوٓءُ عَمَلِهِۦ وَصُدَّ عَنِ ٱلسَّبِيلِۚ وَمَا كَيۡدُ فِرۡعَوۡنَ إِلَّا فِي تَبَابٖ
Open ayah 40:37göylərin yollarına (çatım) və Musanın İlahını görüm. Çünki mən onun yalançı olduğunu zənn edirəm!” Beləcə Firona pis əməli gözəl göstərildi və o, yoldan azdırıldı. Fironun hiyləsi boşa çıxdı.
وَقَالَ ٱلَّذِيٓ ءَامَنَ يَٰقَوۡمِ ٱتَّبِعُونِ أَهۡدِكُمۡ سَبِيلَ ٱلرَّشَادِ
Open ayah 40:38İman gətirən (o kişi) dedi: “Ey qövmüm! Mənim ardımca gəlin, sizi doğru yola yönəldim.
يَٰقَوۡمِ إِنَّمَا هَٰذِهِ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَا مَتَٰعٞ وَإِنَّ ٱلۡأٓخِرَةَ هِيَ دَارُ ٱلۡقَرَارِ
Open ayah 40:39Ey qövmüm! Bu dünya həyatı fani bir zövqdür, axirət isə əbədi qərar tutulacaq yurddur.
مَنۡ عَمِلَ سَيِّئَةٗ فَلَا يُجۡزَىٰٓ إِلَّا مِثۡلَهَاۖ وَمَنۡ عَمِلَ صَٰلِحٗا مِّن ذَكَرٍ أَوۡ أُنثَىٰ وَهُوَ مُؤۡمِنٞ فَأُوْلَٰٓئِكَ يَدۡخُلُونَ ٱلۡجَنَّةَ يُرۡزَقُونَ فِيهَا بِغَيۡرِ حِسَابٖ
Open ayah 40:40Kim bir pis iş etsə, o, ancaq etdiyi pislik qədər cəza alar. Mömin olduğu halda yaxşı iş görən kişilər və qadınlar isə Cənnətə daxil olub orada hesabsız ruziyə nail olarlar.
۞وَيَٰقَوۡمِ مَا لِيٓ أَدۡعُوكُمۡ إِلَى ٱلنَّجَوٰةِ وَتَدۡعُونَنِيٓ إِلَى ٱلنَّارِ
Open ayah 40:41Ey qövmüm! Sizə nə olub ki, mən sizi nicata çağırıram, siz isə məni oda çağırırsınız?!
تَدۡعُونَنِي لِأَكۡفُرَ بِٱللَّهِ وَأُشۡرِكَ بِهِۦ مَا لَيۡسَ لِي بِهِۦ عِلۡمٞ وَأَنَا۠ أَدۡعُوكُمۡ إِلَى ٱلۡعَزِيزِ ٱلۡغَفَّٰرِ
Open ayah 40:42Siz məni Allaha küfür etməyə və bilmədiyim bir şeyi Ona şərik qoşmağa çağırırsınız, mən isə sizi qüdrətli, çox bağışlayan Allaha çağırıram.
لَا جَرَمَ أَنَّمَا تَدۡعُونَنِيٓ إِلَيۡهِ لَيۡسَ لَهُۥ دَعۡوَةٞ فِي ٱلدُّنۡيَا وَلَا فِي ٱلۡأٓخِرَةِ وَأَنَّ مَرَدَّنَآ إِلَى ٱللَّهِ وَأَنَّ ٱلۡمُسۡرِفِينَ هُمۡ أَصۡحَٰبُ ٱلنَّارِ
Open ayah 40:43Heç şübhəsiz ki, sizin məni (iman etməyə) çağırdıqlarınızın (bütlərin) nə dünyada, nə də axirətdə çağırılmağa (iman edilməyə) haqqı yoxdur. Dönüşümüz Allahadır. Həddi aşanlar isə Cəhənnəm əhlidirlər.
فَسَتَذۡكُرُونَ مَآ أَقُولُ لَكُمۡۚ وَأُفَوِّضُ أَمۡرِيٓ إِلَى ٱللَّهِۚ إِنَّ ٱللَّهَ بَصِيرُۢ بِٱلۡعِبَادِ
Open ayah 40:44Sizə söylədiklərimi xatırlayacaqsınız. Mən işimi Allaha həvalə edirəm. Həqiqətən, Allah qullarını görəndir”.
فَوَقَىٰهُ ٱللَّهُ سَيِّـَٔاتِ مَا مَكَرُواْۖ وَحَاقَ بِـَٔالِ فِرۡعَوۡنَ سُوٓءُ ٱلۡعَذَابِ
Open ayah 40:45Allah onu (Firon ailəsindən olub imanını gizlədən mömin kişini) onların qurduğu hiylələrin şərindən qorudu. Firon nəslini isə dəhşətli əzab bürüdü.
ٱلنَّارُ يُعۡرَضُونَ عَلَيۡهَا غُدُوّٗا وَعَشِيّٗاۚ وَيَوۡمَ تَقُومُ ٱلسَّاعَةُ أَدۡخِلُوٓاْ ءَالَ فِرۡعَوۡنَ أَشَدَّ ٱلۡعَذَابِ
Open ayah 40:46Onlar səhər-axşam oda ərz olunarlar. Qiyamətin qopacağı gündə isə (Mələklərə): “Firon nəslini ən şiddətli əzaba salın!”– (deyiləcəkdir).
وَإِذۡ يَتَحَآجُّونَ فِي ٱلنَّارِ فَيَقُولُ ٱلضُّعَفَٰٓؤُاْ لِلَّذِينَ ٱسۡتَكۡبَرُوٓاْ إِنَّا كُنَّا لَكُمۡ تَبَعٗا فَهَلۡ أَنتُم مُّغۡنُونَ عَنَّا نَصِيبٗا مِّنَ ٱلنَّارِ
Open ayah 40:47Onlar Cəhənnəmdə bir-birilə höcətləşəcək, zəiflər təkəbbür göstərənlərə deyəcəklər: “Biz sizin ardınızca gedirdik. İndi siz Cəhənnəm odunun bir hissəsini bizdən uzaq edə bilərsinizmi?!”
قَالَ ٱلَّذِينَ ٱسۡتَكۡبَرُوٓاْ إِنَّا كُلّٞ فِيهَآ إِنَّ ٱللَّهَ قَدۡ حَكَمَ بَيۡنَ ٱلۡعِبَادِ
Open ayah 40:48Təkəbbür göstərənlər deyəcəklər: “Hamımız odun içindəyik. Allah artıq qulları arasında hökmünü vermişdir”.
وَقَالَ ٱلَّذِينَ فِي ٱلنَّارِ لِخَزَنَةِ جَهَنَّمَ ٱدۡعُواْ رَبَّكُمۡ يُخَفِّفۡ عَنَّا يَوۡمٗا مِّنَ ٱلۡعَذَابِ
Open ayah 40:49Odda olanlar Cəhənnəm gözətçilərinə deyəcəklər: “Rəbbinizə dua edin ki, bircə gün əzabımızı yüngülləşdirsin!”
قَالُوٓاْ أَوَلَمۡ تَكُ تَأۡتِيكُمۡ رُسُلُكُم بِٱلۡبَيِّنَٰتِۖ قَالُواْ بَلَىٰۚ قَالُواْ فَٱدۡعُواْۗ وَمَا دُعَٰٓؤُاْ ٱلۡكَٰفِرِينَ إِلَّا فِي ضَلَٰلٍ
Open ayah 40:50(Gözətçilər) deyəcəklər: “Məgər elçiləriniz sizə açıq-aydın dəlillər gətirməmişdilər?” Onlar: “Əlbəttə (gətirmişdilər)!”– deyə cavab verəcəklər. (Gözətçilər də:) “Elə isə özünüz dua edin!”– deyəcəklər. Kafirlərin duası isə əbəsdir.
إِنَّا لَنَنصُرُ رُسُلَنَا وَٱلَّذِينَ ءَامَنُواْ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَيَوۡمَ يَقُومُ ٱلۡأَشۡهَٰدُ
Open ayah 40:51Şübhəsiz ki, Biz elçilərimizə və iman gətirənlərə həm dünya həyatında, həm də şahidlərin şəhadət vermək üçün ayağa qalxacağı gündə (Qiyamət günündə) yardım edəcəyik.
يَوۡمَ لَا يَنفَعُ ٱلظَّٰلِمِينَ مَعۡذِرَتُهُمۡۖ وَلَهُمُ ٱللَّعۡنَةُ وَلَهُمۡ سُوٓءُ ٱلدَّارِ
Open ayah 40:52O gün zalımlara üzr diləmələri heç bir fayda verməyəcək. Onları üçün həm lənət, həm də pis yurd (Cəhənnəm) vardır.
وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَى ٱلۡهُدَىٰ وَأَوۡرَثۡنَا بَنِيٓ إِسۡرَٰٓءِيلَ ٱلۡكِتَٰبَ
Open ayah 40:53Biz Musaya doğru yol (Tövrat və peyğəmbərlik) bəxş etdik və İsrail oğullarını Kitaba (Tövrata) varis etdik –
هُدٗى وَذِكۡرَىٰ لِأُوْلِي ٱلۡأَلۡبَٰبِ
Open ayah 40:54ağıl sahiblərinə doğru yol göstəricisi və öyüd-nəsihət olaraq.
فَٱصۡبِرۡ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞ وَٱسۡتَغۡفِرۡ لِذَنۢبِكَ وَسَبِّحۡ بِحَمۡدِ رَبِّكَ بِٱلۡعَشِيِّ وَٱلۡإِبۡكَٰرِ
Open ayah 40:55Səbir et! Həqiqətən, Allahın vədi haqdır. Günahının bağışlanmasını dilə, axşamüstü və sübh çağı Rəbbini həmd-səna ilə təriflə.
إِنَّ ٱلَّذِينَ يُجَٰدِلُونَ فِيٓ ءَايَٰتِ ٱللَّهِ بِغَيۡرِ سُلۡطَٰنٍ أَتَىٰهُمۡ إِن فِي صُدُورِهِمۡ إِلَّا كِبۡرٞ مَّا هُم بِبَٰلِغِيهِۚ فَٱسۡتَعِذۡ بِٱللَّهِۖ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلۡبَصِيرُ
Open ayah 40:56Həqiqətən, özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlərin sinələrində (qəlblərində) bir təkəbbürlük vardır. Onlar heç vaxt buna çatmayacaqlar. (Ey Peyğəmbər!) Sən Allaha sığın! Həqiqətən, O, Eşidəndir, Görəndir.
لَخَلۡقُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ أَكۡبَرُ مِنۡ خَلۡقِ ٱلنَّاسِ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ
Open ayah 40:57Həqiqətən, göylərin və yerin yaradılması insanların yaradılmasından daha böyük şeydir. Lakin insanların əksəriyyəti (bunu) bilməz.
وَمَا يَسۡتَوِي ٱلۡأَعۡمَىٰ وَٱلۡبَصِيرُ وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ وَلَا ٱلۡمُسِيٓءُۚ قَلِيلٗا مَّا تَتَذَكَّرُونَ
Open ayah 40:58Korla görən, iman gətirib saleh əməllər edənlərlə pislik edən eyni olmaz. Necə də az düşünürsünüz!
إِنَّ ٱلسَّاعَةَ لَأٓتِيَةٞ لَّا رَيۡبَ فِيهَا وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يُؤۡمِنُونَ
Open ayah 40:59Qiyamət saatı mütləq gələcək, buna heç bir şübhə yoxdur. Lakin insanların əksəriyyəti (buna) inanmır.
وَقَالَ رَبُّكُمُ ٱدۡعُونِيٓ أَسۡتَجِبۡ لَكُمۡۚ إِنَّ ٱلَّذِينَ يَسۡتَكۡبِرُونَ عَنۡ عِبَادَتِي سَيَدۡخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ
Open ayah 40:60Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də duanıza cavab verim. Mənə ibadət etməyə təkəbbürlük göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”.
ٱللَّهُ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلَّيۡلَ لِتَسۡكُنُواْ فِيهِ وَٱلنَّهَارَ مُبۡصِرًاۚ إِنَّ ٱللَّهَ لَذُو فَضۡلٍ عَلَى ٱلنَّاسِ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَشۡكُرُونَ
Open ayah 40:61Sizin rahatlanmanız üçün gecəni və (ruzi qazanmanız üçün) gündüzü işıqlı yaradan Allahdır. Allah insanlara qarşı lütfkardır, lakin insanların əksəriyyəti şükür etməz.
ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمۡ خَٰلِقُ كُلِّ شَيۡءٖ لَّآ إِلَٰهَ إِلَّا هُوَۖ فَأَنَّىٰ تُؤۡفَكُونَ
Open ayah 40:62Bu sizin Rəbbiniz, hər şeyin Xaliqi olan Allahdır! Ondan başqa (ibadətə layiq olan) ilah yoxdur! Siz necə də haqdan döndərilirsiniz!
كَذَٰلِكَ يُؤۡفَكُ ٱلَّذِينَ كَانُواْ بِـَٔايَٰتِ ٱللَّهِ يَجۡحَدُونَ
Open ayah 40:63Allahın ayələrini inkar edənlər (haqdan) belə döndərilərlər.
ٱللَّهُ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلۡأَرۡضَ قَرَارٗا وَٱلسَّمَآءَ بِنَآءٗ وَصَوَّرَكُمۡ فَأَحۡسَنَ صُوَرَكُمۡ وَرَزَقَكُم مِّنَ ٱلطَّيِّبَٰتِۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمۡۖ فَتَبَارَكَ ٱللَّهُ رَبُّ ٱلۡعَٰلَمِينَ
Open ayah 40:64Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət verib surətlərinizi gözəlləşdirən, sizə pak nemətlərdən ruzi verən Allahdır. Bu sizin Rəbbiniz olan Allahdır. Aləmlərin Rəbbi olan Allah (ən Əzəmətli), xeyri və bərəkəti bol Olandır!
هُوَ ٱلۡحَيُّ لَآ إِلَٰهَ إِلَّا هُوَ فَٱدۡعُوهُ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَۗ ٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ
Open ayah 40:65O, (əbədi) Yaşayandır, Ondan başqa (ibadətə layiq olan) ilah yoxdur. Dini yalnız Ona məxsus edərək (Allaha ixlasla) dua edin. Həmd, Aləmlərin Rəbbi olan Allaha məxsusdur!
۞قُلۡ إِنِّي نُهِيتُ أَنۡ أَعۡبُدَ ٱلَّذِينَ تَدۡعُونَ مِن دُونِ ٱللَّهِ لَمَّا جَآءَنِيَ ٱلۡبَيِّنَٰتُ مِن رَّبِّي وَأُمِرۡتُ أَنۡ أُسۡلِمَ لِرَبِّ ٱلۡعَٰلَمِينَ
Open ayah 40:66De: “Rəbbimdən mənə açıq-aydın dəlillər gəldiyi zaman sizin Allahdan başqa dua etdiklərinizə ibadət etmək mənə qadağan edilmiş və mənə aləmlərin Rəbbinə təslim olmaq əmr olunmuşdur”.
هُوَ ٱلَّذِي خَلَقَكُم مِّن تُرَابٖ ثُمَّ مِن نُّطۡفَةٖ ثُمَّ مِنۡ عَلَقَةٖ ثُمَّ يُخۡرِجُكُمۡ طِفۡلٗا ثُمَّ لِتَبۡلُغُوٓاْ أَشُدَّكُمۡ ثُمَّ لِتَكُونُواْ شُيُوخٗاۚ وَمِنكُم مَّن يُتَوَفَّىٰ مِن قَبۡلُۖ وَلِتَبۡلُغُوٓاْ أَجَلٗا مُّسَمّٗى وَلَعَلَّكُمۡ تَعۡقِلُونَ
Open ayah 40:67Sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan, sonra sizi, böyüyüb yetkinlik yaşına çatasınız, daha sonra da qocalasınız deyə uşaq olaraq (ana bətnindən) çıxardan Odur. İçərinizdə (qocalmamışdan) əvvəl ölənlər də vardır. (Bütün bunlar) müəyyən olunmuş vaxta (ömrünüzün sonuna) yetişməniz və bəlkə, düşünüb anlamanız üçündür.
هُوَ ٱلَّذِي يُحۡيِۦ وَيُمِيتُۖ فَإِذَا قَضَىٰٓ أَمۡرٗا فَإِنَّمَا يَقُولُ لَهُۥ كُن فَيَكُونُ
Open ayah 40:68Dirildən də, Öldürən də Odur. O, bir işə hökm verdikdə, ona ancaq: “Ol”– deyir, o da olur.
أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ يُجَٰدِلُونَ فِيٓ ءَايَٰتِ ٱللَّهِ أَنَّىٰ يُصۡرَفُونَ
Open ayah 40:69(Ey Peyğəmbər!) Allahın ayələri (Quran) barədə mücadilə edənləri görmürsənmi?! Onlar necə də (haqdan) döndərilirlər!
ٱلَّذِينَ كَذَّبُواْ بِٱلۡكِتَٰبِ وَبِمَآ أَرۡسَلۡنَا بِهِۦ رُسُلَنَاۖ فَسَوۡفَ يَعۡلَمُونَ
Open ayah 40:70Kitabı və elçilərimizə göndərdiklərimizi yalan sayan kimsələr (pis əməllərinin aqibətini) biləcəklər.
إِذِ ٱلۡأَغۡلَٰلُ فِيٓ أَعۡنَٰقِهِمۡ وَٱلسَّلَٰسِلُ يُسۡحَبُونَ
Open ayah 40:71O zaman onlar boyunlarında dəmir halqalar və zəncirlər olduğu halda sürüklənəcəklər –
فِي ٱلۡحَمِيمِ ثُمَّ فِي ٱلنَّارِ يُسۡجَرُونَ
Open ayah 40:72qaynar suda, sonra odda yandırılacaqlar.
ثُمَّ قِيلَ لَهُمۡ أَيۡنَ مَا كُنتُمۡ تُشۡرِكُونَ
Open ayah 40:73Sonra da onlara deyiləcək: “Haradadır şərik qoşduqlarınız –
مِن دُونِ ٱللَّهِۖ قَالُواْ ضَلُّواْ عَنَّا بَل لَّمۡ نَكُن نَّدۡعُواْ مِن قَبۡلُ شَيۡـٔٗاۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ ٱلۡكَٰفِرِينَ
Open ayah 40:74Allahdan başqa?” Onlar deyəcəklər: “Onlar bizdən uzaqlaşdılar. Xeyr, biz öncə də heç bir şeyə ibadət etmirdik!” Allah kafirləri belə azdırar.
ذَٰلِكُم بِمَا كُنتُمۡ تَفۡرَحُونَ فِي ٱلۡأَرۡضِ بِغَيۡرِ ٱلۡحَقِّ وَبِمَا كُنتُمۡ تَمۡرَحُونَ
Open ayah 40:75“Bu (əzab), sizin yer üzündə haqsız yerə sevinməyinizə və qürrələnməyinizə görədir!
ٱدۡخُلُوٓاْ أَبۡوَٰبَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَاۖ فَبِئۡسَ مَثۡوَى ٱلۡمُتَكَبِّرِينَ
Open ayah 40:76İçində əbədi qalacağınız Cəhənnəm qapılarından girin!” Təkəbbürlülərin yeri necə də pisdir!
فَٱصۡبِرۡ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞۚ فَإِمَّا نُرِيَنَّكَ بَعۡضَ ٱلَّذِي نَعِدُهُمۡ أَوۡ نَتَوَفَّيَنَّكَ فَإِلَيۡنَا يُرۡجَعُونَ
Open ayah 40:77(Ey Peyğəmbər!) Səbir et! Həqiqətən, Allahın vədi haqdır. Ya onlara vəd etdiyimizin bir qismini sənə göstərəcək, ya da (göstərmədən öncə) səni vəfat etdirəcəyik. Onlar (sonda) Bizə qaytarılacaqlar.
وَلَقَدۡ أَرۡسَلۡنَا رُسُلٗا مِّن قَبۡلِكَ مِنۡهُم مَّن قَصَصۡنَا عَلَيۡكَ وَمِنۡهُم مَّن لَّمۡ نَقۡصُصۡ عَلَيۡكَۗ وَمَا كَانَ لِرَسُولٍ أَن يَأۡتِيَ بِـَٔايَةٍ إِلَّا بِإِذۡنِ ٱللَّهِۚ فَإِذَا جَآءَ أَمۡرُ ٱللَّهِ قُضِيَ بِٱلۡحَقِّ وَخَسِرَ هُنَالِكَ ٱلۡمُبۡطِلُونَ
Open ayah 40:78Biz səndən əvvəl də elçilər göndərdik. Onlardan bəziləri haqqında sənə danışdıq, bəziləri haqqında isə danışmadıq. Heç bir elçi Allahın izni olmadan bir ayə gətirə bilməz. Allahın əmri gəldikdə isə ədalətlə hökm verilər və yalan danışanlar orada ziyana uğrayarlar.
ٱللَّهُ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلۡأَنۡعَٰمَ لِتَرۡكَبُواْ مِنۡهَا وَمِنۡهَا تَأۡكُلُونَ
Open ayah 40:79Bəzilərini minəsiniz, bəzilərindən də yeyəsiniz deyə, heyvanları sizin üçün yaradan Allahdır.
وَلَكُمۡ فِيهَا مَنَٰفِعُ وَلِتَبۡلُغُواْ عَلَيۡهَا حَاجَةٗ فِي صُدُورِكُمۡ وَعَلَيۡهَا وَعَلَى ٱلۡفُلۡكِ تُحۡمَلُونَ
Open ayah 40:80Sizin üçün onlarda (başqa) mənfəətlər də vardır. Siz onları minərək qəlbinizdən keçən yerlərə gedib çatırsınız. Siz həm onların üstündə, həm də gəmilərdə daşınırsınız.
وَيُرِيكُمۡ ءَايَٰتِهِۦ فَأَيَّ ءَايَٰتِ ٱللَّهِ تُنكِرُونَ
Open ayah 40:81O (Allah) sizə Öz ayələrini göstərir. Allahın ayələrinin hansını inkar edə bilərsiniz?!
أَفَلَمۡ يَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَيَنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ كَانُوٓاْ أَكۡثَرَ مِنۡهُمۡ وَأَشَدَّ قُوَّةٗ وَءَاثَارٗا فِي ٱلۡأَرۡضِ فَمَآ أَغۡنَىٰ عَنۡهُم مَّا كَانُواْ يَكۡسِبُونَ
Open ayah 40:82Məgər onlar yer üzündə gəzib-dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi?! Onlar bunlardan sayca daha çox, daha qüvvətli idilər və yer üzündə daha çox iz qoymuşdular. Qazandıqları (dünya malı Allahın əzabı gəldikdə) onlara bir fayda vermədi.
فَلَمَّا جَآءَتۡهُمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِ فَرِحُواْ بِمَا عِندَهُم مِّنَ ٱلۡعِلۡمِ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ
Open ayah 40:83Peyğəmbərləri onlara açıq-aydın ayələr gətirdikdə özlərində olan elmə sevindilər və beləliklə, istehza etdikləri (əzab) onları bürüdü.
فَلَمَّا رَأَوۡاْ بَأۡسَنَا قَالُوٓاْ ءَامَنَّا بِٱللَّهِ وَحۡدَهُۥ وَكَفَرۡنَا بِمَا كُنَّا بِهِۦ مُشۡرِكِينَ
Open ayah 40:84Onlar əzabımızı gördükdə: “Biz tək Allaha iman gətirdik və Ona qoşduğumuz şərikləri inkar etdik!”– dedilər.
فَلَمۡ يَكُ يَنفَعُهُمۡ إِيمَٰنُهُمۡ لَمَّا رَأَوۡاْ بَأۡسَنَاۖ سُنَّتَ ٱللَّهِ ٱلَّتِي قَدۡ خَلَتۡ فِي عِبَادِهِۦۖ وَخَسِرَ هُنَالِكَ ٱلۡكَٰفِرُونَ
Open ayah 40:85Əzabımızı gördükdə iman gətirmələri onlara heç bir fayda vermədi. Bu, Allahın qulları barəsində əzəldən olan sünnəsidir. Kafirlər orada (əzabı gördükdə) ziyana uğradılar.