الرحمن
Ar-Rahmaan
Translation: Azerbaijani - Alikhan Musayev · Open the surah
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
ٱلرَّحۡمَٰنُ
Open ayah 55:1Rəhman! (Mərhəmətli olan Allah!)
عَلَّمَ ٱلۡقُرۡءَانَ
Open ayah 55:2Quranı öyrətdi.
خَلَقَ ٱلۡإِنسَٰنَ
Open ayah 55:3İnsanı yaratdı.
عَلَّمَهُ ٱلۡبَيَانَ
Open ayah 55:4Ona bəyanı (duyğularını ifadə etməyi) öyrətdi.
ٱلشَّمۡسُ وَٱلۡقَمَرُ بِحُسۡبَانٖ
Open ayah 55:5Günəş və ay müəyyən bir ölçü ilə (hərəkət edir).
وَٱلنَّجۡمُ وَٱلشَّجَرُ يَسۡجُدَانِ
Open ayah 55:6Otlar (və ya ulduzlar) da, ağaclar da (Allaha) səcdə edir.
وَٱلسَّمَآءَ رَفَعَهَا وَوَضَعَ ٱلۡمِيزَانَ
Open ayah 55:7(Allah) göyü ucaltdı və (yer üzündə) mizanı (ədaləti) qoydu ki,
أَلَّا تَطۡغَوۡاْ فِي ٱلۡمِيزَانِ
Open ayah 55:8çəkidə həddi aşmayasınız.
وَأَقِيمُواْ ٱلۡوَزۡنَ بِٱلۡقِسۡطِ وَلَا تُخۡسِرُواْ ٱلۡمِيزَانَ
Open ayah 55:9(Əşyaları) mizanda insafla çəkin və çəkini əskiltməyin.
وَٱلۡأَرۡضَ وَضَعَهَا لِلۡأَنَامِ
Open ayah 55:10O, yeri məxluqat üçün döşədi.
فِيهَا فَٰكِهَةٞ وَٱلنَّخۡلُ ذَاتُ ٱلۡأَكۡمَامِ
Open ayah 55:11Orada meyvələr və salxımlı xurma ağacları vardır.
وَٱلۡحَبُّ ذُو ٱلۡعَصۡفِ وَٱلرَّيۡحَانُ
Open ayah 55:12Həmçinin, saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər də vardır.
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Open ayah 55:13Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
خَلَقَ ٱلۡإِنسَٰنَ مِن صَلۡصَٰلٖ كَٱلۡفَخَّارِ
Open ayah 55:14O, insanı (Adəmi) saxsı kimi quru gildən yaratdı.
وَخَلَقَ ٱلۡجَآنَّ مِن مَّارِجٖ مِّن نَّارٖ
Open ayah 55:15Cannı da (Cinlərin atası olan İblisi də) xalis oddan O yaratdı.
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Open ayah 55:16Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
رَبُّ ٱلۡمَشۡرِقَيۡنِ وَرَبُّ ٱلۡمَغۡرِبَيۡنِ
Open ayah 55:17O, iki məşriqin və iki məğribin Rəbbidir.
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Open ayah 55:18Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
مَرَجَ ٱلۡبَحۡرَيۡنِ يَلۡتَقِيَانِ
Open ayah 55:19O, qarşı-qarşıya gələn (suyu şirin və acı olan) iki dənizi bir-birinə qovuşdurdu.
بَيۡنَهُمَا بَرۡزَخٞ لَّا يَبۡغِيَانِ
Open ayah 55:20Onların arasında bir maneə vardır, bir-birinə qatışa bilməzlər.
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Open ayah 55:21Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
يَخۡرُجُ مِنۡهُمَا ٱللُّؤۡلُؤُ وَٱلۡمَرۡجَانُ
Open ayah 55:22O iki dənizdən mirvari və mərcan çıxır.
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Open ayah 55:23Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
وَلَهُ ٱلۡجَوَارِ ٱلۡمُنشَـَٔاتُ فِي ٱلۡبَحۡرِ كَٱلۡأَعۡلَٰمِ
Open ayah 55:24Dənizdə dağlar kimi, yelkənləri qaldırılmış halda üzən gəmilər də Onundur.
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Open ayah 55:25Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
كُلُّ مَنۡ عَلَيۡهَا فَانٖ
Open ayah 55:26Yer üzündə olan hər kəs fanidir.
وَيَبۡقَىٰ وَجۡهُ رَبِّكَ ذُو ٱلۡجَلَٰلِ وَٱلۡإِكۡرَامِ
Open ayah 55:27Yalnız cəlal və ikram sahibi olan Rəbbinin Üzü əbədidir.
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Open ayah 55:28Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
يَسۡـَٔلُهُۥ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ كُلَّ يَوۡمٍ هُوَ فِي شَأۡنٖ
Open ayah 55:29Göylərdə və yerdə olan hər kəs (ehtiyacını) Ondan istəyir. O hər gün bir işdədir.
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Open ayah 55:30Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
سَنَفۡرُغُ لَكُمۡ أَيُّهَ ٱلثَّقَلَانِ
Open ayah 55:31Ey insanlar və cinlər! (Tezliklə) sizi hesaba çəkəcəyik.
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Open ayah 55:32Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
يَٰمَعۡشَرَ ٱلۡجِنِّ وَٱلۡإِنسِ إِنِ ٱسۡتَطَعۡتُمۡ أَن تَنفُذُواْ مِنۡ أَقۡطَارِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ فَٱنفُذُواْۚ لَا تَنفُذُونَ إِلَّا بِسُلۡطَٰنٖ
Open ayah 55:33Ey cin və insan tayfası! Əgər göylərin və yerin hüdudlarını yarıb keçə bilərsinizsə, keçin! Siz ancaq qüvvətlə keçə bilərsiniz.
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Open ayah 55:34Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
يُرۡسَلُ عَلَيۡكُمَا شُوَاظٞ مِّن نَّارٖ وَنُحَاسٞ فَلَا تَنتَصِرَانِ
Open ayah 55:35Üstünüzə tüstüsüz alov və alovsuz tüstü göndəriləcək və siz bir-birinizə kömək edə bilməyəcəksiniz.
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Open ayah 55:36Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
فَإِذَا ٱنشَقَّتِ ٱلسَّمَآءُ فَكَانَتۡ وَرۡدَةٗ كَٱلدِّهَانِ
Open ayah 55:37Göy yarılıb dağ edilmiş yağ (yaxud ərinmiş qurğuşun) kimi qıpqırmızı olacaqdır.
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Open ayah 55:38Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
فَيَوۡمَئِذٖ لَّا يُسۡـَٔلُ عَن ذَنۢبِهِۦٓ إِنسٞ وَلَا جَآنّٞ
Open ayah 55:39O gün nə insan, nə də cin günahları barəsində sorğu-sual olunmayacaqdır.
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Open ayah 55:40Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
يُعۡرَفُ ٱلۡمُجۡرِمُونَ بِسِيمَٰهُمۡ فَيُؤۡخَذُ بِٱلنَّوَٰصِي وَٱلۡأَقۡدَامِ
Open ayah 55:41Günahkarlar simalarından (üzlərinin qaralığından, gözlərinin göylüyündən) tanınacaq, kəkillərindən və ayaqlarından yaxalanacaqlar.
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Open ayah 55:42Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
هَٰذِهِۦ جَهَنَّمُ ٱلَّتِي يُكَذِّبُ بِهَا ٱلۡمُجۡرِمُونَ
Open ayah 55:43(Onlara belə deyiləcəkdir:) Bu, günahkarların yalan saydıqları Cəhənnəm!
يَطُوفُونَ بَيۡنَهَا وَبَيۡنَ حَمِيمٍ ءَانٖ
Open ayah 55:44Onlar onunla (Cəhənnəm atəşi ilə) olduqca qaynar su arasında dolanacaqlar.
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Open ayah 55:45Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
وَلِمَنۡ خَافَ مَقَامَ رَبِّهِۦ جَنَّتَانِ
Open ayah 55:46Rəbbinin hüzurunda durmaqdan qorxanlar üçün iki cənnət vardır.
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Open ayah 55:47Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
ذَوَاتَآ أَفۡنَانٖ
Open ayah 55:48(O iki Cənnətin hər) ikisində də (növbənöv meyvələrlə dolu) ağaclar vardır.
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Open ayah 55:49Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
فِيهِمَا عَيۡنَانِ تَجۡرِيَانِ
Open ayah 55:50(Hər) ikisində də iki axar bulaq vardır.
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Open ayah 55:51Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
فِيهِمَا مِن كُلِّ فَٰكِهَةٖ زَوۡجَانِ
Open ayah 55:52(Hər) ikisində də hər meyvədən cüt-cüt vardır.
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Open ayah 55:53Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
مُتَّكِـِٔينَ عَلَىٰ فُرُشِۭ بَطَآئِنُهَا مِنۡ إِسۡتَبۡرَقٖۚ وَجَنَى ٱلۡجَنَّتَيۡنِ دَانٖ
Open ayah 55:54Onlar (orada) astarları atlazdan olan döşəklərə dirsəklənəcəklər. Hər iki cənnətin meyvələri onlara yaxın olacaqdır.
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Open ayah 55:55Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
فِيهِنَّ قَٰصِرَٰتُ ٱلطَّرۡفِ لَمۡ يَطۡمِثۡهُنَّ إِنسٞ قَبۡلَهُمۡ وَلَا جَآنّٞ
Open ayah 55:56Orada gözlərini (öz ərlərinə) dikmiş, onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qadınlar vardır.
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Open ayah 55:57Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
كَأَنَّهُنَّ ٱلۡيَاقُوتُ وَٱلۡمَرۡجَانُ
Open ayah 55:58Onlar (o qadınlar gözəllikdə) sanki yaqut və mərcandırlar.
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Open ayah 55:59Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
هَلۡ جَزَآءُ ٱلۡإِحۡسَٰنِ إِلَّا ٱلۡإِحۡسَٰنُ
Open ayah 55:60Yaxşılığın əvəzi yalnız yaxşılıq deyilmi?!
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Open ayah 55:61Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
وَمِن دُونِهِمَا جَنَّتَانِ
Open ayah 55:62Bu Cənnətdən başqa daha iki Cənnət də vardır.
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Open ayah 55:63Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
مُدۡهَآمَّتَانِ
Open ayah 55:64Hər ikisi tünd yaşıldır.
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Open ayah 55:65Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
فِيهِمَا عَيۡنَانِ نَضَّاخَتَانِ
Open ayah 55:66(Hər) ikisində də fışqırıb qaynayan iki bulaq vardır.
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Open ayah 55:67Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
فِيهِمَا فَٰكِهَةٞ وَنَخۡلٞ وَرُمَّانٞ
Open ayah 55:68(Hər) ikisində də (cürbəcür) meyvələr, xurma ağacları və nar vardır.
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Open ayah 55:69Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
فِيهِنَّ خَيۡرَٰتٌ حِسَانٞ
Open ayah 55:70Orada xoş xasiyyətli, gözəl (üzlü) qadınlar vardır.
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Open ayah 55:71Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
حُورٞ مَّقۡصُورَٰتٞ فِي ٱلۡخِيَامِ
Open ayah 55:72Çadırlar içində qorunub saxlanılmış (və ya: gözlərini öz ərlərinə dikmiş) hurilər vardır.
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Open ayah 55:73Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
لَمۡ يَطۡمِثۡهُنَّ إِنسٞ قَبۡلَهُمۡ وَلَا جَآنّٞ
Open ayah 55:74Onlara ərlərindən öncə heç bir insan və cin toxunmamışdır.
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Open ayah 55:75Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
مُتَّكِـِٔينَ عَلَىٰ رَفۡرَفٍ خُضۡرٖ وَعَبۡقَرِيٍّ حِسَانٖ
Open ayah 55:76Onlar yaşıl balışlara və gözəl döşəkçələrə dirsəklənəcəklər.
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Open ayah 55:77Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
تَبَٰرَكَ ٱسۡمُ رَبِّكَ ذِي ٱلۡجَلَٰلِ وَٱلۡإِكۡرَامِ
Open ayah 55:78Cəlal və ikram sahibi olan Rəbbinin adı nə qədər mübarəkdir!