النجم
An-Najm
Translation: Azerbaijani - Alikhan Musayev · Open the surah
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
وَٱلنَّجۡمِ إِذَا هَوَىٰ
Open ayah 53:1And olsun batmaqda olan ulduza!
مَا ضَلَّ صَاحِبُكُمۡ وَمَا غَوَىٰ
Open ayah 53:2Yoldaşınız (Muhamməd) nə azmış, nə də sapmışdır.
وَمَا يَنطِقُ عَنِ ٱلۡهَوَىٰٓ
Open ayah 53:3O, havadan (istədiyini) danışmaz.
إِنۡ هُوَ إِلَّا وَحۡيٞ يُوحَىٰ
Open ayah 53:4Bu (Quran), ona nazil edilən bir vəhydir.
عَلَّمَهُۥ شَدِيدُ ٱلۡقُوَىٰ
Open ayah 53:5Bunu ona çox qüvvətli olan öyrətdi –
ذُو مِرَّةٖ فَٱسۡتَوَىٰ
Open ayah 53:6gözəl görünüşlü (Cəbrail). O, yüksəlib (Peyğəmbərə öz surətində göründü).
وَهُوَ بِٱلۡأُفُقِ ٱلۡأَعۡلَىٰ
Open ayah 53:7O (Cəbrail), ən uca üfüqdə idi.
ثُمَّ دَنَا فَتَدَلَّىٰ
Open ayah 53:8Sonra (Muhammədə) yaxınlaşıb aşağı endi.
فَكَانَ قَابَ قَوۡسَيۡنِ أَوۡ أَدۡنَىٰ
Open ayah 53:9(Cəbrail ilə Muhamməd arasındakı məsafə) iki yay qədər yaxud ondan da yaxın (məsafə) oldu.
فَأَوۡحَىٰٓ إِلَىٰ عَبۡدِهِۦ مَآ أَوۡحَىٰ
Open ayah 53:10(Sonra Allah) quluna (Muhammədə) nazil edəcəyini vəhy etdi.
مَا كَذَبَ ٱلۡفُؤَادُ مَا رَأَىٰٓ
Open ayah 53:11Qəlb (Peyğəmbərin qəlbi) gördüyünü (Cəbraili iki gözü ilə görməsini) yalan saymadı.
أَفَتُمَٰرُونَهُۥ عَلَىٰ مَا يَرَىٰ
Open ayah 53:12(Ey Müşriklər!) Siz onunla gördüyü şey barəsində mübahisəmi edirsiniz?
وَلَقَدۡ رَءَاهُ نَزۡلَةً أُخۡرَىٰ
Open ayah 53:13(Muhamməd) Onu (Cəbraili) bir daha (isra gecəsi öz sürətində) enərkən gördü –
عِندَ سِدۡرَةِ ٱلۡمُنتَهَىٰ
Open ayah 53:14(Yeddinci səmadakı) Sidrətül-müntəhanın yanında.
عِندَهَا جَنَّةُ ٱلۡمَأۡوَىٰٓ
Open ayah 53:15Onun yanında Məva cənnəti vardır.
إِذۡ يَغۡشَى ٱلسِّدۡرَةَ مَا يَغۡشَىٰ
Open ayah 53:16O zaman Sidrə ağacını bürüyən bürümüşdü.
مَا زَاغَ ٱلۡبَصَرُ وَمَا طَغَىٰ
Open ayah 53:17Göz (Peyğəmbərin gözü sağa-sola) yayınmadı və həddi aşmadı.
لَقَدۡ رَأَىٰ مِنۡ ءَايَٰتِ رَبِّهِ ٱلۡكُبۡرَىٰٓ
Open ayah 53:18O, Rəbbinin ən böyük dəlillərindən bəzisini gördü.
أَفَرَءَيۡتُمُ ٱللَّٰتَ وَٱلۡعُزَّىٰ
Open ayah 53:19(Ey müşriklər!) Lat və Uzzanı gördünüzmü?
وَمَنَوٰةَ ٱلثَّالِثَةَ ٱلۡأُخۡرَىٰٓ
Open ayah 53:20Digər üçüncü olan Mənatı da?
أَلَكُمُ ٱلذَّكَرُ وَلَهُ ٱلۡأُنثَىٰ
Open ayah 53:21Məgər oğlanlar sizin, qızlar Onundur (Allahındır)?!
تِلۡكَ إِذٗا قِسۡمَةٞ ضِيزَىٰٓ
Open ayah 53:22Onda bu, ədalətsiz bir bölgüdür!
إِنۡ هِيَ إِلَّآ أَسۡمَآءٞ سَمَّيۡتُمُوهَآ أَنتُمۡ وَءَابَآؤُكُم مَّآ أَنزَلَ ٱللَّهُ بِهَا مِن سُلۡطَٰنٍۚ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَمَا تَهۡوَى ٱلۡأَنفُسُۖ وَلَقَدۡ جَآءَهُم مِّن رَّبِّهِمُ ٱلۡهُدَىٰٓ
Open ayah 53:23Bunlar (bütlər) sizin və atalarınızın qoyduqları adlardan başqa bir şey deyildir. Allah onlar haqqında heç bir dəlil nazil etməmişdir. Onlar (müşriklər) yalnız zənnə və nəfslərinin istəklərinə uyarlar. Halbuki Rəbbindən onlara doğru yolu göstərən rəhbər (Quran və Peyğəmbər) gəlmişdir.
أَمۡ لِلۡإِنسَٰنِ مَا تَمَنَّىٰ
Open ayah 53:24Yoxsa insan üçün istədiyi şey (bütlərin onun üçün Allah yanında şəfaətçi olması) vardır?
فَلِلَّهِ ٱلۡأٓخِرَةُ وَٱلۡأُولَىٰ
Open ayah 53:25Axirət də, dünya da Allahındır.
۞وَكَم مِّن مَّلَكٖ فِي ٱلسَّمَٰوَٰتِ لَا تُغۡنِي شَفَٰعَتُهُمۡ شَيۡـًٔا إِلَّا مِنۢ بَعۡدِ أَن يَأۡذَنَ ٱللَّهُ لِمَن يَشَآءُ وَيَرۡضَىٰٓ
Open ayah 53:26Göylərdə neçə-neçə mələk var ki, onların şəfaəti Allahın istədiyi və razı qaldığı kimsədən başqa (heç kəsə) heç bir fayda verməz.
إِنَّ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ لَيُسَمُّونَ ٱلۡمَلَٰٓئِكَةَ تَسۡمِيَةَ ٱلۡأُنثَىٰ
Open ayah 53:27Axirətə inanmayanlar mələkləri (onların Allahın qızları olduğunu etiqad edərək) qadın adları ilə adlandırırlar.
وَمَا لَهُم بِهِۦ مِنۡ عِلۡمٍۖ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّۖ وَإِنَّ ٱلظَّنَّ لَا يُغۡنِي مِنَ ٱلۡحَقِّ شَيۡـٔٗا
Open ayah 53:28Onların buna dair heç bir elmi yoxdur. Onlar yalnız zənnə qapılırlar. Zənn isə əsla həqiqət ola bilməz.
فَأَعۡرِضۡ عَن مَّن تَوَلَّىٰ عَن ذِكۡرِنَا وَلَمۡ يُرِدۡ إِلَّا ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا
Open ayah 53:29(Ey Peyğəmbər!) Zikrimizdən (Qurandan) üz çevirib dünya həyatından başqa bir şey istəməyənlərdən üz döndər!
ذَٰلِكَ مَبۡلَغُهُم مِّنَ ٱلۡعِلۡمِۚ إِنَّ رَبَّكَ هُوَ أَعۡلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعۡلَمُ بِمَنِ ٱهۡتَدَىٰ
Open ayah 53:30Onların elmdən payı elə o qədərdir. Şübhəsiz ki, Rəbbin Onun yolundan azanı da, doğru yolda olanıda yaxşı bilir.
وَلِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ لِيَجۡزِيَ ٱلَّذِينَ أَسَٰٓـُٔواْ بِمَا عَمِلُواْ وَيَجۡزِيَ ٱلَّذِينَ أَحۡسَنُواْ بِٱلۡحُسۡنَى
Open ayah 53:31Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. (Bu, Allahın) pislik edənlərə əməllərinin cəzasını verməsi, yaxşılıq edənləri isə ən gözəli ilə (Cənnətlə) mükafatlandırması üçündür.
ٱلَّذِينَ يَجۡتَنِبُونَ كَبَٰٓئِرَ ٱلۡإِثۡمِ وَٱلۡفَوَٰحِشَ إِلَّا ٱللَّمَمَۚ إِنَّ رَبَّكَ وَٰسِعُ ٱلۡمَغۡفِرَةِۚ هُوَ أَعۡلَمُ بِكُمۡ إِذۡ أَنشَأَكُم مِّنَ ٱلۡأَرۡضِ وَإِذۡ أَنتُمۡ أَجِنَّةٞ فِي بُطُونِ أُمَّهَٰتِكُمۡۖ فَلَا تُزَكُّوٓاْ أَنفُسَكُمۡۖ هُوَ أَعۡلَمُ بِمَنِ ٱتَّقَىٰٓ
Open ayah 53:32Onlar kiçik günahlar müstəsna olmaqla, böyük günahlardan və çirkin əməllərdən (şirkdən və zinadan) çəkinirlər. Həqiqətən, sənin Rəbbin geniş məğfirət sahibidir. O, sizi torpaqdan yaradanda da, siz analarınızın bətnində ruşeym halında olanda da sizi yaxşı tanıyırdı. Özünüzü təmizə çıxartmayın! O, kimin (Allahdan) qorxduğunu yaxşı bilir.
أَفَرَءَيۡتَ ٱلَّذِي تَوَلَّىٰ
Open ayah 53:33(Ey Peyğəmbər!) Üz çevirəni (Valid bin Muğiranı) gördünmü,
وَأَعۡطَىٰ قَلِيلٗا وَأَكۡدَىٰٓ
Open ayah 53:34(malından) azacıq verib (sonra) paxıllıq edəni?
أَعِندَهُۥ عِلۡمُ ٱلۡغَيۡبِ فَهُوَ يَرَىٰٓ
Open ayah 53:35Məgər qeyb elmi onun yanındadır, o da (bunu) görür?
أَمۡ لَمۡ يُنَبَّأۡ بِمَا فِي صُحُفِ مُوسَىٰ
Open ayah 53:36Yoxsa Musanın səhifələrindəkilər ona xəbər verilmədi?
وَإِبۡرَٰهِيمَ ٱلَّذِي وَفَّىٰٓ
Open ayah 53:37Vəfalı olan İbrahimin (səhifələrindəkilər ona xəbər verilmədi?)
أَلَّا تَزِرُ وَازِرَةٞ وِزۡرَ أُخۡرَىٰ
Open ayah 53:38(O səhifələrində deyilənlərdən bəziləri bunlardır:) “Heç bir günahkar başqasının günahını daşımaz.
وَأَن لَّيۡسَ لِلۡإِنسَٰنِ إِلَّا مَا سَعَىٰ
Open ayah 53:39İnsan üçün yalnız öz əməlinin əvəzi vardır.
وَأَنَّ سَعۡيَهُۥ سَوۡفَ يُرَىٰ
Open ayah 53:40Şübhəsiz ki, onun əməli (Qiyamət günü) görünəcəkdir.
ثُمَّ يُجۡزَىٰهُ ٱلۡجَزَآءَ ٱلۡأَوۡفَىٰ
Open ayah 53:41Sonra da ona (əməlinin) əvəzi tam veriləcəkdir!”
وَأَنَّ إِلَىٰ رَبِّكَ ٱلۡمُنتَهَىٰ
Open ayah 53:42Son dönüş Rəbbinədir.
وَأَنَّهُۥ هُوَ أَضۡحَكَ وَأَبۡكَىٰ
Open ayah 53:43Güldürən də, ağladan da Odur!
وَأَنَّهُۥ هُوَ أَمَاتَ وَأَحۡيَا
Open ayah 53:44Öldürən də, dirildən də Odur!
وَأَنَّهُۥ خَلَقَ ٱلزَّوۡجَيۡنِ ٱلذَّكَرَ وَٱلۡأُنثَىٰ
Open ayah 53:45O, (insanlardan və heyvanlardan) biri erkək və biri dişi olmaqla iki cüt yaratdı.
مِن نُّطۡفَةٍ إِذَا تُمۡنَىٰ
Open ayah 53:46Axıdılan bir (damla) nütfədən.
وَأَنَّ عَلَيۡهِ ٱلنَّشۡأَةَ ٱلۡأُخۡرَىٰ
Open ayah 53:47Təkrar diriltmək də Ona aiddir.
وَأَنَّهُۥ هُوَ أَغۡنَىٰ وَأَقۡنَىٰ
Open ayah 53:48Zəngin edən də, kasıb edən də Odur.
وَأَنَّهُۥ هُوَ رَبُّ ٱلشِّعۡرَىٰ
Open ayah 53:49Şiranın (müşriklərin ibadət etdiyi şira ulduzunun) da Rəbbi Odur.
وَأَنَّهُۥٓ أَهۡلَكَ عَادًا ٱلۡأُولَىٰ
Open ayah 53:50O, əvvəlki Adı (Ad qövmünü) məhv etdi.
وَثَمُودَاْ فَمَآ أَبۡقَىٰ
Open ayah 53:51Səmudu da (məhv edib onlardan heç kəsi sağ) buraxmadı.
وَقَوۡمَ نُوحٖ مِّن قَبۡلُۖ إِنَّهُمۡ كَانُواْ هُمۡ أَظۡلَمَ وَأَطۡغَىٰ
Open ayah 53:52Daha öncə Nuh qövmünü də (məhv etdi), çünki onlar daha zalım və daha azğın kimsələr idi.
وَٱلۡمُؤۡتَفِكَةَ أَهۡوَىٰ
Open ayah 53:53Mötəfikənin də (Lut qövmünün yurdu da) altını üstünə O çevirdi.
فَغَشَّىٰهَا مَا غَشَّىٰ
Open ayah 53:54Onların başına gətirdiyini gətirdi.
فَبِأَيِّ ءَالَآءِ رَبِّكَ تَتَمَارَىٰ
Open ayah 53:55(Ey insan!) Rəbbinin hansı nemətlərinə şübhə edirsən?
هَٰذَا نَذِيرٞ مِّنَ ٱلنُّذُرِ ٱلۡأُولَىٰٓ
Open ayah 53:56Bu (Muhamməd) də öncəki peyğəmbərlər kimi (Allahın əzabı ilə) qorxudan bir peyğəmbərdir.
أَزِفَتِ ٱلۡأٓزِفَةُ
Open ayah 53:57Yaxınlaşan (Qiyamət günü) yaxınlaşdı.
لَيۡسَ لَهَا مِن دُونِ ٱللَّهِ كَاشِفَةٌ
Open ayah 53:58Allahdan başqa heç kəs onun qarşısını ala bilməz! (Və ya: Allahdan başqa heç kəs onun vaqe olacaq vaxtı bilməz!)
أَفَمِنۡ هَٰذَا ٱلۡحَدِيثِ تَعۡجَبُونَ
Open ayah 53:59Yoxsa siz bu sözə (Qurana) təəccübmü edirsiniz?!
وَتَضۡحَكُونَ وَلَا تَبۡكُونَ
Open ayah 53:60(Ona istehza edərək) gülürsünüz, (oradakı öyüd-nəsihəti eşitdikdə) ağlamırsınız!
وَأَنتُمۡ سَٰمِدُونَ
Open ayah 53:61Və qəflət içində oynayıb əylənirsiniz (ona diqqət yetirmirsiniz)!
فَٱسۡجُدُواْۤ لِلَّهِۤ وَٱعۡبُدُواْ۩
Open ayah 53:62Allah üçün səcdəyə qapanın və (Ona) ibadət edin!