القيامة
Al-Qiyaama
Translation: Azerbaijani - Alikhan Musayev · Open the surah
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
لَآ أُقۡسِمُ بِيَوۡمِ ٱلۡقِيَٰمَةِ
Open ayah 75:1And içirəm Qiyamət gününə!
وَلَآ أُقۡسِمُ بِٱلنَّفۡسِ ٱللَّوَّامَةِ
Open ayah 75:2And içirəm özünü qınayan nəfsə!
أَيَحۡسَبُ ٱلۡإِنسَٰنُ أَلَّن نَّجۡمَعَ عِظَامَهُۥ
Open ayah 75:3Məgər insan (ölüb çürüdükdən sonra) onun sümüklərini bir yerə yığa bilməyəcəyimizimi zənn edir?!
بَلَىٰ قَٰدِرِينَ عَلَىٰٓ أَن نُّسَوِّيَ بَنَانَهُۥ
Open ayah 75:4Bəli, Biz onun barmaq uclarını da bərpa etməyə qadirik.
بَلۡ يُرِيدُ ٱلۡإِنسَٰنُ لِيَفۡجُرَ أَمَامَهُۥ
Open ayah 75:5Lakin insan (bundan sonra da) günah etmək istəyər.
يَسۡـَٔلُ أَيَّانَ يَوۡمُ ٱلۡقِيَٰمَةِ
Open ayah 75:6O: “Qiyamət günü nə vaxt olacaq!”– deyə (rişxəndlə) soruşur.
فَإِذَا بَرِقَ ٱلۡبَصَرُ
Open ayah 75:7Göz bərələcəyi,
وَخَسَفَ ٱلۡقَمَرُ
Open ayah 75:8ay tutulacağı
وَجُمِعَ ٱلشَّمۡسُ وَٱلۡقَمَرُ
Open ayah 75:9günəşlə ayın qovuşacağı zaman –
يَقُولُ ٱلۡإِنسَٰنُ يَوۡمَئِذٍ أَيۡنَ ٱلۡمَفَرُّ
Open ayah 75:10o gün insan: “Qaçacaq yer haradadır?”– deyəcəkdir.
كَلَّا لَا وَزَرَ
Open ayah 75:11Xeyr, (o gün) pənah aparılacaq yer olmayacaqdır.
إِلَىٰ رَبِّكَ يَوۡمَئِذٍ ٱلۡمُسۡتَقَرُّ
Open ayah 75:12O gün qayıdış (ancaq) Rəbbinə olacaqdır.
يُنَبَّؤُاْ ٱلۡإِنسَٰنُ يَوۡمَئِذِۭ بِمَا قَدَّمَ وَأَخَّرَ
Open ayah 75:13O gün insana etdiyi və sonraya saxladığı (əməlləri) barədə xəbər veriləcəkdir.
بَلِ ٱلۡإِنسَٰنُ عَلَىٰ نَفۡسِهِۦ بَصِيرَةٞ
Open ayah 75:14Əslində, insan öz əleyhinə şahiddir.
وَلَوۡ أَلۡقَىٰ مَعَاذِيرَهُۥ
Open ayah 75:15Hər cür üzrxahlıq etsə də (fayda verməz)!
لَا تُحَرِّكۡ بِهِۦ لِسَانَكَ لِتَعۡجَلَ بِهِۦٓ
Open ayah 75:16(Ey Peyğəmbər! Cəbrail sənə Quranı nazil etdikdə) onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə!
إِنَّ عَلَيۡنَا جَمۡعَهُۥ وَقُرۡءَانَهُۥ
Open ayah 75:17Şübhəsiz ki, onu (qəlbində) cəm etmək və (dilində) oxutmaq Bizə aiddir.
فَإِذَا قَرَأۡنَٰهُ فَٱتَّبِعۡ قُرۡءَانَهُۥ
Open ayah 75:18Biz onu (Cəbrailin dili ilə) oxuduğumuz zaman sən onun oxunuşuna tabe ol.
ثُمَّ إِنَّ عَلَيۡنَا بَيَانَهُۥ
Open ayah 75:19Sonra onu bəyan etmək də Bizə aiddir.
كَلَّا بَلۡ تُحِبُّونَ ٱلۡعَاجِلَةَ
Open ayah 75:20Xeyr! Əksinə, siz tez ötüb keçəni (fani dünyanı) sevirsiniz.
وَتَذَرُونَ ٱلۡأٓخِرَةَ
Open ayah 75:21Axirəti isə tərk edirsiniz.
وُجُوهٞ يَوۡمَئِذٖ نَّاضِرَةٌ
Open ayah 75:22O gün (bir çox) üzlər parlayacaq,
إِلَىٰ رَبِّهَا نَاظِرَةٞ
Open ayah 75:23öz Rəbbinə baxacaqdır.
وَوُجُوهٞ يَوۡمَئِذِۭ بَاسِرَةٞ
Open ayah 75:24O gün (bir çox) üzlər də tutulub qaralacaq,
تَظُنُّ أَن يُفۡعَلَ بِهَا فَاقِرَةٞ
Open ayah 75:25ona böyük bir müsibət üz verəcəyini zənn edəcəkdir.
كَلَّآ إِذَا بَلَغَتِ ٱلتَّرَاقِيَ
Open ayah 75:26Xeyr, (ruh) körpücük sümüklərinə yetişəcəyi zaman;
وَقِيلَ مَنۡۜ رَاقٖ
Open ayah 75:27“Kimdir ovsun edən?”– deyiləcək.
وَظَنَّ أَنَّهُ ٱلۡفِرَاقُ
Open ayah 75:28(Can verən kimsə dünya həyatından) ayrıldığını yəqin edəcəyi
وَٱلۡتَفَّتِ ٱلسَّاقُ بِٱلسَّاقِ
Open ayah 75:29ayaq ayağa dolaşacağı zaman –
إِلَىٰ رَبِّكَ يَوۡمَئِذٍ ٱلۡمَسَاقُ
Open ayah 75:30o gün (hər kəs) Rəbbinin hüzuruna gətiriləcək.
فَلَا صَدَّقَ وَلَا صَلَّىٰ
Open ayah 75:31O (kafir) nə (Quranı) təsdiq etdi, nə də namaz qıldı.
وَلَٰكِن كَذَّبَ وَتَوَلَّىٰ
Open ayah 75:32Lakin (haqqı) yalan saydı və üz döndərdi.
ثُمَّ ذَهَبَ إِلَىٰٓ أَهۡلِهِۦ يَتَمَطَّىٰٓ
Open ayah 75:33Sonra da lovğa-lovğa ailəsinin yanına getdi.
أَوۡلَىٰ لَكَ فَأَوۡلَىٰ
Open ayah 75:34Vay sənin halına, vay!
ثُمَّ أَوۡلَىٰ لَكَ فَأَوۡلَىٰٓ
Open ayah 75:35Sonra da vay sənin halına, vay!
أَيَحۡسَبُ ٱلۡإِنسَٰنُ أَن يُتۡرَكَ سُدًى
Open ayah 75:36Yoxsa insan başlı-başına buraxılacağınımı güman edir?!
أَلَمۡ يَكُ نُطۡفَةٗ مِّن مَّنِيّٖ يُمۡنَىٰ
Open ayah 75:37Məgər o, mənidən axıdılan bir damla nütfə deyildimi?
ثُمَّ كَانَ عَلَقَةٗ فَخَلَقَ فَسَوَّىٰ
Open ayah 75:38Sonra laxtalanmış qan oldu. Allah onu yaradıb kamil bir surət verdi.
فَجَعَلَ مِنۡهُ ٱلزَّوۡجَيۡنِ ٱلذَّكَرَ وَٱلۡأُنثَىٰٓ
Open ayah 75:39Ondan da biri kişi, biri qadın olmaqla iki cift yaratdı.
أَلَيۡسَ ذَٰلِكَ بِقَٰدِرٍ عَلَىٰٓ أَن يُحۡـِۧيَ ٱلۡمَوۡتَىٰ
Open ayah 75:40Məgər (bunları edən) Allah ölüləri diriltməyə qadir deyilmi?