المدثر
Al-Muddaththir
Translation: Azerbaijani - Alikhan Musayev · Open the surah
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
يَٰٓأَيُّهَا ٱلۡمُدَّثِّرُ
Open ayah 74:1Ey (libasına) sarınan (Peyğəmbər)!
قُمۡ فَأَنذِرۡ
Open ayah 74:2Qalx (insanları) xəbərdar et!
وَرَبَّكَ فَكَبِّرۡ
Open ayah 74:3Rəbbini uca tut!
وَثِيَابَكَ فَطَهِّرۡ
Open ayah 74:4Libasını təmizlə! (Nəfsini günahlardan pak et!)
وَٱلرُّجۡزَ فَٱهۡجُرۡ
Open ayah 74:5Pis şeyləri tərk et! (Bütlərə ibadət etməkdən uzaq dur!)
وَلَا تَمۡنُن تَسۡتَكۡثِرُ
Open ayah 74:6Çox görərək minnət qoyma. (Yaxşılığı təmənna məqsədilə etmə!)
وَلِرَبِّكَ فَٱصۡبِرۡ
Open ayah 74:7Rəbbin üçün səbir et!
فَإِذَا نُقِرَ فِي ٱلنَّاقُورِ
Open ayah 74:8Sura üfürüləcəyi zaman,
فَذَٰلِكَ يَوۡمَئِذٖ يَوۡمٌ عَسِيرٌ
Open ayah 74:9O gün çətin bir gün olacaqdır.
عَلَى ٱلۡكَٰفِرِينَ غَيۡرُ يَسِيرٖ
Open ayah 74:10(Həmin gün) kafirlərə asan olmayacaqdır.
ذَرۡنِي وَمَنۡ خَلَقۡتُ وَحِيدٗا
Open ayah 74:11(Ey Peyğəmbər! Anasının bətnində heç bir mal-dövləti və övladı olmadığı halda) tək olaraq yaratdığım kimsəni (Valid ibn Müğiranı) Mənə burax.
وَجَعَلۡتُ لَهُۥ مَالٗا مَّمۡدُودٗا
Open ayah 74:12Mən ona çoxlu var-dövlət bəxş etdim,
وَبَنِينَ شُهُودٗا
Open ayah 74:13Hər zaman yanında olan oğullar (verdim),
وَمَهَّدتُّ لَهُۥ تَمۡهِيدٗا
Open ayah 74:14onu hər cür imkanlarla təmin etdim.
ثُمَّ يَطۡمَعُ أَنۡ أَزِيدَ
Open ayah 74:15(Buna rəğmən) o, yenə də (ona verilən nemətləri) artırmağımı istəyir.
كَلَّآۖ إِنَّهُۥ كَانَ لِأٓيَٰتِنَا عَنِيدٗا
Open ayah 74:16Xeyr! Çünki o, ayələrimizə qarşı inadkarlıq edirdi.
سَأُرۡهِقُهُۥ صَعُودًا
Open ayah 74:17Mən onu məşəqqətli bir əzaba sürükləyəcəyəm.
إِنَّهُۥ فَكَّرَ وَقَدَّرَ
Open ayah 74:18Çünki o, (Quran barədə nə deyəcəyini) fikirləşdi və qərar verdi.
فَقُتِلَ كَيۡفَ قَدَّرَ
Open ayah 74:19Ona ölüm olsun! Necə qərar verdi?!
ثُمَّ قُتِلَ كَيۡفَ قَدَّرَ
Open ayah 74:20Sonra ona ölüm olsun! Necə qərar verdi?!
ثُمَّ نَظَرَ
Open ayah 74:21Sonra nəzər saldı.
ثُمَّ عَبَسَ وَبَسَرَ
Open ayah 74:22Sonra (Qurana tənə etməyə bir şey tapmadıqda) üz-gözünü turşudub, qaşqabağını tökdü.
ثُمَّ أَدۡبَرَ وَٱسۡتَكۡبَرَ
Open ayah 74:23Sonra da arxasını çevirib təkəbbürlük göstərdi.
فَقَالَ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٞ يُؤۡثَرُ
Open ayah 74:24və dedi: “Bu, (sehrbazlardan) eşidilib təkrarlanan sehrdən başqa bir şey deyildir!
إِنۡ هَٰذَآ إِلَّا قَوۡلُ ٱلۡبَشَرِ
Open ayah 74:25Bu, insan kəlamından başqa bir şey deyildir".
سَأُصۡلِيهِ سَقَرَ
Open ayah 74:26Mən onu Səqərə (Cəhənnəmə) salacağam.
وَمَآ أَدۡرَىٰكَ مَا سَقَرُ
Open ayah 74:27(Ey Peyğəmbər!) Sən nə biləsən ki, Səqər nədir?!
لَا تُبۡقِي وَلَا تَذَرُ
Open ayah 74:28O (kimsəni sağ) qoymaz, (salamat) buraxmaz!
لَوَّاحَةٞ لِّلۡبَشَرِ
Open ayah 74:29dərini yandırıb-yaxar.
عَلَيۡهَا تِسۡعَةَ عَشَرَ
Open ayah 74:30Onun üzərində on doqquz (gözətçi mələk) var.
وَمَا جَعَلۡنَآ أَصۡحَٰبَ ٱلنَّارِ إِلَّا مَلَٰٓئِكَةٗۖ وَمَا جَعَلۡنَا عِدَّتَهُمۡ إِلَّا فِتۡنَةٗ لِّلَّذِينَ كَفَرُواْ لِيَسۡتَيۡقِنَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَيَزۡدَادَ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِيمَٰنٗا وَلَا يَرۡتَابَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَٱلۡمُؤۡمِنُونَ وَلِيَقُولَ ٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ وَٱلۡكَٰفِرُونَ مَاذَآ أَرَادَ ٱللَّهُ بِهَٰذَا مَثَلٗاۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ مَن يَشَآءُ وَيَهۡدِي مَن يَشَآءُۚ وَمَا يَعۡلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُوَۚ وَمَا هِيَ إِلَّا ذِكۡرَىٰ لِلۡبَشَرِ
Open ayah 74:31Biz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik. Biz onların sayını kafirlər üçün bir sınaq olması, özlərinə Kitab verilənlərə yəqinlik hasil etməsi, iman gətirənlərin imanının daha da artması, Kitab verilənlər və möminlər (haqqa) şübhə etməməsi və qəlblərində xəstəlik olanların və kafirlərin: “Allah bu məsəllə nə demək istəyir?”– demələri üçün (on doqquz) etdik. Allah istədiyi kimsəni belə azdırır, istədiyini də doğru yola yönəldir. Rəbbinin qoşunlarını yalnız Özü bilir. Bu, bəşəriyyət üçün ancaq bir öyüd-nəsihətdir.
كَلَّا وَٱلۡقَمَرِ
Open ayah 74:32Xeyr! And olsun aya!
وَٱلَّيۡلِ إِذۡ أَدۡبَرَ
Open ayah 74:33And olsun dönüb gedən gecəyə!
وَٱلصُّبۡحِ إِذَآ أَسۡفَرَ
Open ayah 74:34And olsun ağarmaqda olan sübh çağına!
إِنَّهَا لَإِحۡدَى ٱلۡكُبَرِ
Open ayah 74:35Doğrudan da o (Səqər) böyük bir bəladır.
نَذِيرٗا لِّلۡبَشَرِ
Open ayah 74:36(O) insanlar üçün xəbərdarlıqdır.
لِمَن شَآءَ مِنكُمۡ أَن يَتَقَدَّمَ أَوۡ يَتَأَخَّرَ
Open ayah 74:37Sizlərdən (yaxşı işlər görüb) irəli getmək və ya (günah edib) geriyə qalmaq istəyənlər üçün.
كُلُّ نَفۡسِۭ بِمَا كَسَبَتۡ رَهِينَةٌ
Open ayah 74:38Hər kəs etdiyi əməlin girovudur.
إِلَّآ أَصۡحَٰبَ ٱلۡيَمِينِ
Open ayah 74:39Yalnız sağ tərəf sahiblərindən başqa.
فِي جَنَّٰتٖ يَتَسَآءَلُونَ
Open ayah 74:40Onlar cənnətlərdə bir-birlərindən soruşacaqlar –
عَنِ ٱلۡمُجۡرِمِينَ
Open ayah 74:41günahkarlar barəsində.
مَا سَلَكَكُمۡ فِي سَقَرَ
Open ayah 74:42Sizi Səqərə salan nədir?
قَالُواْ لَمۡ نَكُ مِنَ ٱلۡمُصَلِّينَ
Open ayah 74:43Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik.
وَلَمۡ نَكُ نُطۡعِمُ ٱلۡمِسۡكِينَ
Open ayah 74:44Miskini də yedizdirməzdik.
وَكُنَّا نَخُوضُ مَعَ ٱلۡخَآئِضِينَ
Open ayah 74:45Batilə dalanlarla birlikdə biz də dalardıq,
وَكُنَّا نُكَذِّبُ بِيَوۡمِ ٱلدِّينِ
Open ayah 74:46Haqq-hesab gününü yalan hesab edərdik –
حَتَّىٰٓ أَتَىٰنَا ٱلۡيَقِينُ
Open ayah 74:47ölüm bizə gələnə qədər”.
فَمَا تَنفَعُهُمۡ شَفَٰعَةُ ٱلشَّٰفِعِينَ
Open ayah 74:48Şəfaətçilərin şəfaəti onlara fayda verməz.
فَمَا لَهُمۡ عَنِ ٱلتَّذۡكِرَةِ مُعۡرِضِينَ
Open ayah 74:49Onlara nə olub ki, öyüd-nəsihətdən (Qurandan) üz döndərirlər?
كَأَنَّهُمۡ حُمُرٞ مُّسۡتَنفِرَةٞ
Open ayah 74:50Onlar sanki ürküdülmüş (vəhşi) uzunqulaqlardır.
فَرَّتۡ مِن قَسۡوَرَةِۭ
Open ayah 74:51Ovçulardan (yaxud aslandan) hürküb qaçırlar.
بَلۡ يُرِيدُ كُلُّ ٱمۡرِيٕٖ مِّنۡهُمۡ أَن يُؤۡتَىٰ صُحُفٗا مُّنَشَّرَةٗ
Open ayah 74:52Əksinə, onlardan hər biri vəhy olunmuş səhifələrin (məhz) ona verilməsini istəyir.
كَلَّاۖ بَل لَّا يَخَافُونَ ٱلۡأٓخِرَةَ
Open ayah 74:53Xeyr! Əksinə, onlar Axirətdən qorxmurlar.
كَلَّآ إِنَّهُۥ تَذۡكِرَةٞ
Open ayah 74:54Xeyr! Bu (Quran) bir öyüd-nəsihətdir.
فَمَن شَآءَ ذَكَرَهُۥ
Open ayah 74:55İstəyən ondan öyüd alar.
وَمَا يَذۡكُرُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُۚ هُوَ أَهۡلُ ٱلتَّقۡوَىٰ وَأَهۡلُ ٱلۡمَغۡفِرَةِ
Open ayah 74:56(Bilin ki,) Allah istəmədikcə onlar öyüd-nəsihət ala bilməzlər. Qorxub çəkinməyə layiq olan da, bağışlamağa qadir olan da Odur!