الانسان
Al-Insaan
Translation: Azerbaijani - Alikhan Musayev · Open the surah
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
هَلۡ أَتَىٰ عَلَى ٱلۡإِنسَٰنِ حِينٞ مِّنَ ٱلدَّهۡرِ لَمۡ يَكُن شَيۡـٔٗا مَّذۡكُورًا
Open ayah 76:1İnsanın üzərindən elə bir dövr ötüb keçmişdir ki, o, (həmin dövrdə məxluqat arasında) xatırlanmağa layiq bir şey olmamışdır!
إِنَّا خَلَقۡنَا ٱلۡإِنسَٰنَ مِن نُّطۡفَةٍ أَمۡشَاجٖ نَّبۡتَلِيهِ فَجَعَلۡنَٰهُ سَمِيعَۢا بَصِيرًا
Open ayah 76:2Biz insanı qarışıq nütfədən yaradaraq, onu sınağa çəkmək üçün eşidən və görən etdik.
إِنَّا هَدَيۡنَٰهُ ٱلسَّبِيلَ إِمَّا شَاكِرٗا وَإِمَّا كَفُورًا
Open ayah 76:3Biz ona haqq yolu göstərdik! (Bundan sonra o,) istər şükür etsin, istər nankor olsun.
إِنَّآ أَعۡتَدۡنَا لِلۡكَٰفِرِينَ سَلَٰسِلَاْ وَأَغۡلَٰلٗا وَسَعِيرًا
Open ayah 76:4Biz kafirlər üçün zəncirlər, buxovlar və alovlu bir atəş hazırlamışıq.
إِنَّ ٱلۡأَبۡرَارَ يَشۡرَبُونَ مِن كَأۡسٖ كَانَ مِزَاجُهَا كَافُورًا
Open ayah 76:5Yaxşı əməl sahibləri kafur qatılmış (şərabla dolu) badədən içəcəklər.
عَيۡنٗا يَشۡرَبُ بِهَا عِبَادُ ٱللَّهِ يُفَجِّرُونَهَا تَفۡجِيرٗا
Open ayah 76:6O (kafur) elə bir bulaqdır ki, Allahın qulları ondan (doyunca) içər və onu istədikləri səmtə yönəldərlər.
يُوفُونَ بِٱلنَّذۡرِ وَيَخَافُونَ يَوۡمٗا كَانَ شَرُّهُۥ مُسۡتَطِيرٗا
Open ayah 76:7Onlar vəd etdikləri nəziri yerinə yetirər və şəri hər tərəfə yayılacaq gündən (Qiyamət günündən) qorxarlar.
وَيُطۡعِمُونَ ٱلطَّعَامَ عَلَىٰ حُبِّهِۦ مِسۡكِينٗا وَيَتِيمٗا وَأَسِيرًا
Open ayah 76:8Özlərinin yeməyə olan istəyinə (ehtiyacına) rəğmən ondan miskinə, yetimə və əsirə yedizdirər
إِنَّمَا نُطۡعِمُكُمۡ لِوَجۡهِ ٱللَّهِ لَا نُرِيدُ مِنكُمۡ جَزَآءٗ وَلَا شُكُورًا
Open ayah 76:9(və deyərlər:) “Biz sizi yalnız Allahın Üzü xatirinə (ixlasla, savabını Allahdan umaraq) yedirdirik və sizdən nə bir qarşılıq, nə də bir təşəkkür istəyirik!
إِنَّا نَخَافُ مِن رَّبِّنَا يَوۡمًا عَبُوسٗا قَمۡطَرِيرٗا
Open ayah 76:10Biz, sərt və cətin bir gündə (Qiyamət günündə) Rəbbimizdən qorxuruq!”
فَوَقَىٰهُمُ ٱللَّهُ شَرَّ ذَٰلِكَ ٱلۡيَوۡمِ وَلَقَّىٰهُمۡ نَضۡرَةٗ وَسُرُورٗا
Open ayah 76:11Allah onları o günün şərindən qoruyar və onlara (üzlərinə) nur, (qəlblərinə) sevinc bəxş edər,
وَجَزَىٰهُم بِمَا صَبَرُواْ جَنَّةٗ وَحَرِيرٗا
Open ayah 76:12onlara səbir etdiklərinə görə Cənnəti bəxş edər və (onları orada geyəcəkləri) ipəklə mükafatlandırar.
مُّتَّكِـِٔينَ فِيهَا عَلَى ٱلۡأَرَآئِكِۖ لَا يَرَوۡنَ فِيهَا شَمۡسٗا وَلَا زَمۡهَرِيرٗا
Open ayah 76:13Onlar orada taxtlar üzərində (mütəkkələrə) dirsəklənəcək və orada nə günəş, nə də soyuq görəcəklər.
وَدَانِيَةً عَلَيۡهِمۡ ظِلَٰلُهَا وَذُلِّلَتۡ قُطُوفُهَا تَذۡلِيلٗا
Open ayah 76:14(Cənnət ağaclarının) kölgələri onlara yaxınlaşacaq, meyvələri də onların ixtiyarına veriləcəkdir.
وَيُطَافُ عَلَيۡهِم بِـَٔانِيَةٖ مِّن فِضَّةٖ وَأَكۡوَابٖ كَانَتۡ قَوَارِيرَا۠
Open ayah 76:15Onların ətrafına (təamlarla dolu) gümüşdən qablar və büllur qədəhlər dolandırılacaq.
قَوَارِيرَاْ مِن فِضَّةٖ قَدَّرُوهَا تَقۡدِيرٗا
Open ayah 76:16Gümüşdən olan (şəffaflığından bayırından içərisi görünən) elə büllur qədəhlər ki, (Cənnətdəki xidmətçilər) onları (Cənnət əhlinin) içmək istədikləri həcmdə etmişlər.
وَيُسۡقَوۡنَ فِيهَا كَأۡسٗا كَانَ مِزَاجُهَا زَنجَبِيلًا
Open ayah 76:17Onlara orada zəncəfil qatılmış (şərab) badəsi də içirdiləcəkdir.
عَيۡنٗا فِيهَا تُسَمَّىٰ سَلۡسَبِيلٗا
Open ayah 76:18Oradakı Səlsəbil adlanan bir bulaqdan.
۞وَيَطُوفُ عَلَيۡهِمۡ وِلۡدَٰنٞ مُّخَلَّدُونَ إِذَا رَأَيۡتَهُمۡ حَسِبۡتَهُمۡ لُؤۡلُؤٗا مَّنثُورٗا
Open ayah 76:19Onların ətrafında həmişəcavan olan (xidmətçi) oğlanlar dolanacaqlar. Sən onları gördükdə (ətrafa) səpələnmiş mirvari olduqlarını sanarsan.
وَإِذَا رَأَيۡتَ ثَمَّ رَأَيۡتَ نَعِيمٗا وَمُلۡكٗا كَبِيرًا
Open ayah 76:20(Cənnətdə) hara baxsan nemət və böyük bir mülk görərsən.
عَٰلِيَهُمۡ ثِيَابُ سُندُسٍ خُضۡرٞ وَإِسۡتَبۡرَقٞۖ وَحُلُّوٓاْ أَسَاوِرَ مِن فِضَّةٖ وَسَقَىٰهُمۡ رَبُّهُمۡ شَرَابٗا طَهُورًا
Open ayah 76:21Onlar əyinlərinə taftadan və atlazdan yaşıl paltarlar geyəcəklər. Onların (qoluna) gümüş bilərziklər taxılacaqdır. Rəbbi onlara tərtəmiz şərab içirdəcəkdir.
إِنَّ هَٰذَا كَانَ لَكُمۡ جَزَآءٗ وَكَانَ سَعۡيُكُم مَّشۡكُورًا
Open ayah 76:22(Onlara belə deyiləcəkdir:) “Bu sizin mükafatınızdır. Səyiniz (Allah yanında) məqbuldur”.
إِنَّا نَحۡنُ نَزَّلۡنَا عَلَيۡكَ ٱلۡقُرۡءَانَ تَنزِيلٗا
Open ayah 76:23(Ey Peyğəmbər!) Biz Quranı sənə hissə-hissə aramla nazil etdik.
فَٱصۡبِرۡ لِحُكۡمِ رَبِّكَ وَلَا تُطِعۡ مِنۡهُمۡ ءَاثِمًا أَوۡ كَفُورٗا
Open ayah 76:24Elə isə Rəbbinin hökmünə səbr et və onlardan heç bir günahkara və ya nankora itaət etmə!
وَٱذۡكُرِ ٱسۡمَ رَبِّكَ بُكۡرَةٗ وَأَصِيلٗا
Open ayah 76:25Səhər-axşam Rəbbinin adını zikr et!
وَمِنَ ٱلَّيۡلِ فَٱسۡجُدۡ لَهُۥ وَسَبِّحۡهُ لَيۡلٗا طَوِيلًا
Open ayah 76:26Gecənin bir hissəsində Ona səcdə et (məğrib və işa namazlarını qıl). Gecədə uzun müddət Onu təsbih et! (Təhəccüd namazı qıl!)
إِنَّ هَٰٓؤُلَآءِ يُحِبُّونَ ٱلۡعَاجِلَةَ وَيَذَرُونَ وَرَآءَهُمۡ يَوۡمٗا ثَقِيلٗا
Open ayah 76:27Bunlar (Məkkə müşrikləri) keçici dünyanı sevir, qarşılarındakı ağır günə (qiyamət gününə) isə üz çevirərlər.
نَّحۡنُ خَلَقۡنَٰهُمۡ وَشَدَدۡنَآ أَسۡرَهُمۡۖ وَإِذَا شِئۡنَا بَدَّلۡنَآ أَمۡثَٰلَهُمۡ تَبۡدِيلًا
Open ayah 76:28Onları Biz yaratdıq və xilqətlərini möhkəmlətdik (oynaqlarını və əzələlərini bir-birinə bağladıq). Əgər istəsəydik, (onları) özlərinə bənzərləri ilə əvəz edərdik.
إِنَّ هَٰذِهِۦ تَذۡكِرَةٞۖ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ سَبِيلٗا
Open ayah 76:29Bu (surə) bir öyüd-nəsihətdir. Kim istəsə Rəbbinə aparan bir yol tutar.
وَمَا تَشَآءُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُۚ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمٗا
Open ayah 76:30Allah (Ona aparan doğru yol tutmağı kiməsə) istəməyincə, siz (bunu özünüz üçün) istəyə bilməzsiniz! Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
يُدۡخِلُ مَن يَشَآءُ فِي رَحۡمَتِهِۦۚ وَٱلظَّٰلِمِينَ أَعَدَّ لَهُمۡ عَذَابًا أَلِيمَۢا
Open ayah 76:31Allah istədiyini Öz mərhəmətinə qovuşdurar. Zalımlara isə ağrılı-acılı bir əzab hazırlamışdır.