المطففين
Al-Mutaffifin
Translation: Azerbaijani - Alikhan Musayev · Open the surah
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
وَيۡلٞ لِّلۡمُطَفِّفِينَ
Open ayah 83:1Çəkidə və ölçüdə aldadanların vay halına!
ٱلَّذِينَ إِذَا ٱكۡتَالُواْ عَلَى ٱلنَّاسِ يَسۡتَوۡفُونَ
Open ayah 83:2O kəslər ki, insanlardan (bir şey) alıb ölçdükləri zaman (onu) tam ölçərlər.
وَإِذَا كَالُوهُمۡ أَو وَّزَنُوهُمۡ يُخۡسِرُونَ
Open ayah 83:3Onlar üçün bir şey ölçdükləri və ya çəkdikləri zaman (onu) əskildərlər.
أَلَا يَظُنُّ أُوْلَٰٓئِكَ أَنَّهُم مَّبۡعُوثُونَ
Open ayah 83:4Məgər onlar (öldükdən sonra) diriləcəklərini zənn etmirlərmi?!
لِيَوۡمٍ عَظِيمٖ
Open ayah 83:5(Özü də) əzəmətli bir gündə.
يَوۡمَ يَقُومُ ٱلنَّاسُ لِرَبِّ ٱلۡعَٰلَمِينَ
Open ayah 83:6O gün insanlar aləmlərin Rəbbi üçün (qəbirlərindən) qalxacaqlar!
كَلَّآ إِنَّ كِتَٰبَ ٱلۡفُجَّارِ لَفِي سِجِّينٖ
Open ayah 83:7Xeyr! Günahkarların kitabı Siccindədir.
وَمَآ أَدۡرَىٰكَ مَا سِجِّينٞ
Open ayah 83:8Sən nə biləsən ki, Siccin nədir?!
كِتَٰبٞ مَّرۡقُومٞ
Open ayah 83:9O, yazılı bir kitabdır!
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
Open ayah 83:10O gün (Qiyaməti) yalan sayanların vay halına!
ٱلَّذِينَ يُكَذِّبُونَ بِيَوۡمِ ٱلدِّينِ
Open ayah 83:11O kəslər ki, Din gününü yalan sayarlar.
وَمَا يُكَذِّبُ بِهِۦٓ إِلَّا كُلُّ مُعۡتَدٍ أَثِيمٍ
Open ayah 83:12Bunu həddi aşan günahkardan başqa heç kəs yalan saymaz.
إِذَا تُتۡلَىٰ عَلَيۡهِ ءَايَٰتُنَا قَالَ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ
Open ayah 83:13Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin əfsanələridir!”– deyər.
كَلَّاۖ بَلۡۜ رَانَ عَلَىٰ قُلُوبِهِم مَّا كَانُواْ يَكۡسِبُونَ
Open ayah 83:14Xeyr! Onların qəlbini qazandıqları (günahlar) bürümüşdür.
كَلَّآ إِنَّهُمۡ عَن رَّبِّهِمۡ يَوۡمَئِذٖ لَّمَحۡجُوبُونَ
Open ayah 83:15Xeyr, o gün onlarla Rəbbi arasına pərdə çəkiləcəkdir!
ثُمَّ إِنَّهُمۡ لَصَالُواْ ٱلۡجَحِيمِ
Open ayah 83:16Sonra onlar Cəhənnəmə girəcəklər.
ثُمَّ يُقَالُ هَٰذَا ٱلَّذِي كُنتُم بِهِۦ تُكَذِّبُونَ
Open ayah 83:17Sonra onlara: “Budur sizin yalan saydığınız (Cəhənnəm)!”– deyiləcəkdir.
كَلَّآ إِنَّ كِتَٰبَ ٱلۡأَبۡرَارِ لَفِي عِلِّيِّينَ
Open ayah 83:18Xeyr! Yaxşıların kitabı İlliyyundadır!
وَمَآ أَدۡرَىٰكَ مَا عِلِّيُّونَ
Open ayah 83:19Sən nə biləsən ki, İlliyyun nədir?!
كِتَٰبٞ مَّرۡقُومٞ
Open ayah 83:20O, yazılı bir kitabdır!
يَشۡهَدُهُ ٱلۡمُقَرَّبُونَ
Open ayah 83:21Ona, Allaha yaxın olanlar (mələklər) şahid olar.
إِنَّ ٱلۡأَبۡرَارَ لَفِي نَعِيمٍ
Open ayah 83:22Həqiqətən, yaxşılar nemət içində olacaqlar.
عَلَى ٱلۡأَرَآئِكِ يَنظُرُونَ
Open ayah 83:23Onlar taxtlar üstündə (əyləşib Allahın nemətlərinə) baxacaqlar.
تَعۡرِفُ فِي وُجُوهِهِمۡ نَضۡرَةَ ٱلنَّعِيمِ
Open ayah 83:24Sən onların üzündə nemətlərin sevincini görəcəksən.
يُسۡقَوۡنَ مِن رَّحِيقٖ مَّخۡتُومٍ
Open ayah 83:25Onlara möhürlü (əl dəyməmiş) şərabdan içirdiləcəkdir.
خِتَٰمُهُۥ مِسۡكٞۚ وَفِي ذَٰلِكَ فَلۡيَتَنَافَسِ ٱلۡمُتَنَٰفِسُونَ
Open ayah 83:26Onun sonu müşkdür. Qoy yarışanlar onun üçün yarışsınlar!
وَمِزَاجُهُۥ مِن تَسۡنِيمٍ
Open ayah 83:27Onun qatışığı təsnimdəndir (təsnim bulağındandır).
عَيۡنٗا يَشۡرَبُ بِهَا ٱلۡمُقَرَّبُونَ
Open ayah 83:28O elə bir bulaqdır ki, ondan (Allaha) yaxın olanlar içərlər.
إِنَّ ٱلَّذِينَ أَجۡرَمُواْ كَانُواْ مِنَ ٱلَّذِينَ ءَامَنُواْ يَضۡحَكُونَ
Open ayah 83:29Günahkarlar (dünyada) iman gətirənlərə gülürdülər.
وَإِذَا مَرُّواْ بِهِمۡ يَتَغَامَزُونَ
Open ayah 83:30Onların (möminlərin) yanından keçdikdə bir-birinə qaş-göz edirdilər.
وَإِذَا ٱنقَلَبُوٓاْ إِلَىٰٓ أَهۡلِهِمُ ٱنقَلَبُواْ فَكِهِينَ
Open ayah 83:31Ailələrinin yanına qayıtdıqda (möminlərə istehza etdikləri üçün) fərəhlə qayıdırdılar.
وَإِذَا رَأَوۡهُمۡ قَالُوٓاْ إِنَّ هَٰٓؤُلَآءِ لَضَآلُّونَ
Open ayah 83:32Onları (möminləri) gördükdə isə: “Bunlar azmışlardır!”– deyirdilər.
وَمَآ أُرۡسِلُواْ عَلَيۡهِمۡ حَٰفِظِينَ
Open ayah 83:33Halbuki onlar möminlərə gözətçi göndərilməmişdilər.
فَٱلۡيَوۡمَ ٱلَّذِينَ ءَامَنُواْ مِنَ ٱلۡكُفَّارِ يَضۡحَكُونَ
Open ayah 83:34Bu gün (Qiyamət günü) isə iman gətirənlər kafirlərə güləcəklər.
عَلَى ٱلۡأَرَآئِكِ يَنظُرُونَ
Open ayah 83:35Onlar taxtlar üstündə (əyləşib Allahın nemətlərinə) baxacaqlar.
هَلۡ ثُوِّبَ ٱلۡكُفَّارُ مَا كَانُواْ يَفۡعَلُونَ
Open ayah 83:36Kafirlər etdikləri əməllərin cəzasını aldılarmı?!