الإنفطار
Al-Infitaar
Translation: Azerbaijani - Alikhan Musayev · Open the surah
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
إِذَا ٱلسَّمَآءُ ٱنفَطَرَتۡ
Open ayah 82:1Göy parçalanacağı zaman;
وَإِذَا ٱلۡكَوَاكِبُ ٱنتَثَرَتۡ
Open ayah 82:2ulduzlar səpələnəcəyi zaman;
وَإِذَا ٱلۡبِحَارُ فُجِّرَتۡ
Open ayah 82:3dənizlər daşıb bir-birinə qarışacağı zaman;
وَإِذَا ٱلۡقُبُورُ بُعۡثِرَتۡ
Open ayah 82:4qəbirlər çevriləcəyi zaman;
عَلِمَتۡ نَفۡسٞ مَّا قَدَّمَتۡ وَأَخَّرَتۡ
Open ayah 82:5hər kəs əvvəlcədən (özü üçün) nəyi tədarük edib, nəyi sonraya saxladığını biləcəkdir.
يَٰٓأَيُّهَا ٱلۡإِنسَٰنُ مَا غَرَّكَ بِرَبِّكَ ٱلۡكَرِيمِ
Open ayah 82:6Ey insan! Kərim olan Rəbbinə qarşı səni aldadan nədir?
ٱلَّذِي خَلَقَكَ فَسَوَّىٰكَ فَعَدَلَكَ
Open ayah 82:7O Rəbbin ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi.
فِيٓ أَيِّ صُورَةٖ مَّا شَآءَ رَكَّبَكَ
Open ayah 82:8Səni istədiyi şəklə saldı.
كَلَّا بَلۡ تُكَذِّبُونَ بِٱلدِّينِ
Open ayah 82:9Xeyr! Əksinə, siz (Qiyaməti) yalan hesab edirsiniz!
وَإِنَّ عَلَيۡكُمۡ لَحَٰفِظِينَ
Open ayah 82:10Sizin üzərinizdə nəzarətçilər vardır.
كِرَامٗا كَٰتِبِينَ
Open ayah 82:11Hörmətli (əməllərinizi) yazan mələklər.
يَعۡلَمُونَ مَا تَفۡعَلُونَ
Open ayah 82:12Onlar sizin nə etdiklərinizi bilirlər.
إِنَّ ٱلۡأَبۡرَارَ لَفِي نَعِيمٖ
Open ayah 82:13Həqiqətən, yaxşılar nemət içində olacaqlar.
وَإِنَّ ٱلۡفُجَّارَ لَفِي جَحِيمٖ
Open ayah 82:14Günahkarlar isə Cəhənnəmdə olacaqlar.
يَصۡلَوۡنَهَا يَوۡمَ ٱلدِّينِ
Open ayah 82:15Onlar ora Din (hesab) günü girəcəklər.
وَمَا هُمۡ عَنۡهَا بِغَآئِبِينَ
Open ayah 82:16Onlar oradan çıxa bilməyəcəklər.
وَمَآ أَدۡرَىٰكَ مَا يَوۡمُ ٱلدِّينِ
Open ayah 82:17(Ey Peyğəmbər!) Sən nə biləydin ki, Din günü nədir?
ثُمَّ مَآ أَدۡرَىٰكَ مَا يَوۡمُ ٱلدِّينِ
Open ayah 82:18Sonra sən nə biləydin ki, Din günü nədir?
يَوۡمَ لَا تَمۡلِكُ نَفۡسٞ لِّنَفۡسٖ شَيۡـٔٗاۖ وَٱلۡأَمۡرُ يَوۡمَئِذٖ لِّلَّهِ
Open ayah 82:19O gün heç kəs heç kəsə heç bir fayda verə bilməz. O gün hökm yalnız Allaha məxsus olacaqdır!