التكوير
At-Takwir
Translation: Azerbaijani - Alikhan Musayev · Open the surah
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
إِذَا ٱلشَّمۡسُ كُوِّرَتۡ
Open ayah 81:1Günəş büküləcəyi zaman;
وَإِذَا ٱلنُّجُومُ ٱنكَدَرَتۡ
Open ayah 81:2ulduzlar (sönüb yerə) töküləcəyi zaman;
وَإِذَا ٱلۡجِبَالُ سُيِّرَتۡ
Open ayah 81:3dağlar hərəkətə gətiriləcəyi zaman;
وَإِذَا ٱلۡعِشَارُ عُطِّلَتۡ
Open ayah 81:4boğaz dəvələr başlı-başına qalacaqları zaman;
وَإِذَا ٱلۡوُحُوشُ حُشِرَتۡ
Open ayah 81:5vəhşi heyvanlar bir yerə toplanacağı zaman;
وَإِذَا ٱلۡبِحَارُ سُجِّرَتۡ
Open ayah 81:6dənizlər alovlanacağı zaman;
وَإِذَا ٱلنُّفُوسُ زُوِّجَتۡ
Open ayah 81:7nəfislər (öz tayına) qovuşdurulacağı zaman;
وَإِذَا ٱلۡمَوۡءُۥدَةُ سُئِلَتۡ
Open ayah 81:8diri-diri (torpağa) basdırılmış qız (uşağı) soruşulacağı zaman –
بِأَيِّ ذَنۢبٖ قُتِلَتۡ
Open ayah 81:9hansı günaha görə öldürülmüşdür;
وَإِذَا ٱلصُّحُفُ نُشِرَتۡ
Open ayah 81:10səhifələr (əməl dəftərləri) açılacağı zaman;
وَإِذَا ٱلسَّمَآءُ كُشِطَتۡ
Open ayah 81:11göy (yerindən) qopardılacağı zaman;
وَإِذَا ٱلۡجَحِيمُ سُعِّرَتۡ
Open ayah 81:12Cəhənnəm alovlandırılacağı zaman
وَإِذَا ٱلۡجَنَّةُ أُزۡلِفَتۡ
Open ayah 81:13Cənnət (möminlərə) yaxınlaşdırılacağı zaman;
عَلِمَتۡ نَفۡسٞ مَّآ أَحۡضَرَتۡ
Open ayah 81:14hər kəs (bu gün üçün özünə) nə tədarük etdiyini biləcəkdir.
فَلَآ أُقۡسِمُ بِٱلۡخُنَّسِ
Open ayah 81:15And içirəm (gecə çıxıb gündüz) batan ulduzlara,
ٱلۡجَوَارِ ٱلۡكُنَّسِ
Open ayah 81:16seyr edib gizlənən səyyarələrə,
وَٱلَّيۡلِ إِذَا عَسۡعَسَ
Open ayah 81:17qaralmaqda olan gecəyə,
وَٱلصُّبۡحِ إِذَا تَنَفَّسَ
Open ayah 81:18açılmaqda olan səhərə!
إِنَّهُۥ لَقَوۡلُ رَسُولٖ كَرِيمٖ
Open ayah 81:19Bu (Quran) möhtərəm bir elçinin (Cəbrailin) sözüdür.
ذِي قُوَّةٍ عِندَ ذِي ٱلۡعَرۡشِ مَكِينٖ
Open ayah 81:20(O elçi ki,) qüvvətlidir, Ərşin sahibi yanında (böyük) hörmət sahibidir.
مُّطَاعٖ ثَمَّ أَمِينٖ
Open ayah 81:21Orada (mələklər arasında) itaət ediləndir, (vəhyi çatdırmaqda) etibarlıdır.
وَمَا صَاحِبُكُم بِمَجۡنُونٖ
Open ayah 81:22Sizin yoldaşınız (Muhamməd) dəli deyildir.
وَلَقَدۡ رَءَاهُ بِٱلۡأُفُقِ ٱلۡمُبِينِ
Open ayah 81:23O, (Cəbraili) aydın üfüqdə gördü.
وَمَا هُوَ عَلَى ٱلۡغَيۡبِ بِضَنِينٖ
Open ayah 81:24O, qeyb barəsində paxıl deyildir (qeybi xəbərləri sizdən əsirgəməz).
وَمَا هُوَ بِقَوۡلِ شَيۡطَٰنٖ رَّجِيمٖ
Open ayah 81:25Bu (Quran) daşqalaq olunmuş şeytanın sözü də deyildir.
فَأَيۡنَ تَذۡهَبُونَ
Open ayah 81:26Elə isə (ondan üz döndərib) hara gedirsiniz?
إِنۡ هُوَ إِلَّا ذِكۡرٞ لِّلۡعَٰلَمِينَ
Open ayah 81:27Bu (Quran), aləmlərə yalnız bir öyüd-nəsihətdir.
لِمَن شَآءَ مِنكُمۡ أَن يَسۡتَقِيمَ
Open ayah 81:28Sizlərdən doğru yolda olmaq istəyənlər üçün.
وَمَا تَشَآءُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ رَبُّ ٱلۡعَٰلَمِينَ
Open ayah 81:29Aləmlərin Rəbbi olan Allah (doğru yolda olmağınızı) istəməyincə, siz istəyə bilməzsiniz!