عبس
Abasa
Translation: Azerbaijani - Alikhan Musayev · Open the surah
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
عَبَسَ وَتَوَلَّىٰٓ
Open ayah 80:1(Peyğəmbər) qaşqabağını tökdü və üz çevirdi –
أَن جَآءَهُ ٱلۡأَعۡمَىٰ
Open ayah 80:2yanına kor (Abdullah ibn Ümmi-Məktum) gəldiyinə görə.
وَمَا يُدۡرِيكَ لَعَلَّهُۥ يَزَّكَّىٰٓ
Open ayah 80:3(Ey Muhamməd!) Nə bilirsən, bəlkə o (günahlardan) təmizlənəcəkdi
أَوۡ يَذَّكَّرُ فَتَنفَعَهُ ٱلذِّكۡرَىٰٓ
Open ayah 80:4yaxud öyüd dinləyib və bu öyüd ona fayda verəcəkdi!
أَمَّا مَنِ ٱسۡتَغۡنَىٰ
Open ayah 80:5(Öyüd-nəsihətinə) ehtiyacı olmayana gəlincə isə,
فَأَنتَ لَهُۥ تَصَدَّىٰ
Open ayah 80:6sən ona tərəf çevrilirsən.
وَمَا عَلَيۡكَ أَلَّا يَزَّكَّىٰ
Open ayah 80:7Onun (günahlardan) təmizlənməməsinin sənə bir aidiyyəti yoxdur.
وَأَمَّا مَن جَآءَكَ يَسۡعَىٰ
Open ayah 80:8Amma tələsərək sənin yanına gələn,
وَهُوَ يَخۡشَىٰ
Open ayah 80:9(Allahdan) qorxan kimsəyə gəlincə,
فَأَنتَ عَنۡهُ تَلَهَّىٰ
Open ayah 80:10sən ona məhəl qoymursan!
كَلَّآ إِنَّهَا تَذۡكِرَةٞ
Open ayah 80:11Xeyr (Bir daha belə etmə)! Şübhəsiz ki, bu (ayələr), bir öyüd-nəsihətdir.
فَمَن شَآءَ ذَكَرَهُۥ
Open ayah 80:12Kim istəsə, ondan öyüd-nəsihət alar.
فِي صُحُفٖ مُّكَرَّمَةٖ
Open ayah 80:13(Bu Quran) möhtərəm səhifələrdədir.
مَّرۡفُوعَةٖ مُّطَهَّرَةِۭ
Open ayah 80:14uca və pak (səhifələrdə).
بِأَيۡدِي سَفَرَةٖ
Open ayah 80:15(Bu səhifələr) elçilərin (mələklərin) əllərindədir.
كِرَامِۭ بَرَرَةٖ
Open ayah 80:16möhtərəm və müti olan (mələklərin əllərində).
قُتِلَ ٱلۡإِنسَٰنُ مَآ أَكۡفَرَهُۥ
Open ayah 80:17Ölsün (kafir) insan! O necə də nankordur!
مِنۡ أَيِّ شَيۡءٍ خَلَقَهُۥ
Open ayah 80:18(Qoy baxsın), Allah onu nədən yaratdı?
مِن نُّطۡفَةٍ خَلَقَهُۥ فَقَدَّرَهُۥ
Open ayah 80:19(Allah) onu nütfədən yaratdı və onu müəyyən şəklə saldı.
ثُمَّ ٱلسَّبِيلَ يَسَّرَهُۥ
Open ayah 80:20Sonra onun yolunu asanlaşdırdı.
ثُمَّ أَمَاتَهُۥ فَأَقۡبَرَهُۥ
Open ayah 80:21Sonra onu öldürüb qəbirə saldı.
ثُمَّ إِذَا شَآءَ أَنشَرَهُۥ
Open ayah 80:22Sonra da istədiyi vaxt onu (yenidən) dirildəcəkdir.
كَلَّا لَمَّا يَقۡضِ مَآ أَمَرَهُۥ
Open ayah 80:23Xeyr! O, hələ də (Allahın) ona buyurduğunu yerinə yetirməmişdir.
فَلۡيَنظُرِ ٱلۡإِنسَٰنُ إِلَىٰ طَعَامِهِۦٓ
Open ayah 80:24Qoy insan yediyinə baxsın!
أَنَّا صَبَبۡنَا ٱلۡمَآءَ صَبّٗا
Open ayah 80:25Biz yağışı bol-bol yağdırdıq.
ثُمَّ شَقَقۡنَا ٱلۡأَرۡضَ شَقّٗا
Open ayah 80:26Sonra da yeri çat-çat yardıq.
فَأَنۢبَتۡنَا فِيهَا حَبّٗا
Open ayah 80:27Orada dən yetişdirdik.
وَعِنَبٗا وَقَضۡبٗا
Open ayah 80:28(Habelə) üzüm və yonca,
وَزَيۡتُونٗا وَنَخۡلٗا
Open ayah 80:29zeytun və xurma (ağacları),
وَحَدَآئِقَ غُلۡبٗا
Open ayah 80:30sıx-sıx bağlar,
وَفَٰكِهَةٗ وَأَبّٗا
Open ayah 80:31meyvələr və otlar da (bitirdik).
مَّتَٰعٗا لَّكُمۡ وَلِأَنۡعَٰمِكُمۡ
Open ayah 80:32Sizin və heyvanlarınızın faydalanması üçün.
فَإِذَا جَآءَتِ ٱلصَّآخَّةُ
Open ayah 80:33Qulaqları kar edən səs gələndə –
يَوۡمَ يَفِرُّ ٱلۡمَرۡءُ مِنۡ أَخِيهِ
Open ayah 80:34o gün insan qaçacaq öz qardaşından,
وَأُمِّهِۦ وَأَبِيهِ
Open ayah 80:35anasından, atasından,
وَصَٰحِبَتِهِۦ وَبَنِيهِ
Open ayah 80:36həyat yoldaşından və övladlarından!
لِكُلِّ ٱمۡرِيٕٖ مِّنۡهُمۡ يَوۡمَئِذٖ شَأۡنٞ يُغۡنِيهِ
Open ayah 80:37O gün onlardan hər birinin yetərincə işi olacaqdır.
وُجُوهٞ يَوۡمَئِذٖ مُّسۡفِرَةٞ
Open ayah 80:38O gün (neçə-neçə) üzlər parlayacaq.
ضَاحِكَةٞ مُّسۡتَبۡشِرَةٞ
Open ayah 80:39Güləcək və fərəhlənəcək.
وَوُجُوهٞ يَوۡمَئِذٍ عَلَيۡهَا غَبَرَةٞ
Open ayah 80:40O gün (neçə-neçə) üzlərə toz-torpaq hopacaq.
تَرۡهَقُهَا قَتَرَةٌ
Open ayah 80:41Onları zülmət bürüyəcək.
أُوْلَٰٓئِكَ هُمُ ٱلۡكَفَرَةُ ٱلۡفَجَرَةُ
Open ayah 80:42Məhz onlar kafirlər, günahkarlardır!