النازعات
An-Naazi'aat
Translation: Azerbaijani - Alikhan Musayev · Open the surah
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
وَٱلنَّٰزِعَٰتِ غَرۡقٗا
Open ayah 79:1And olsun (kafirlərin canını) şiddətlə çəkib çıxaranlara!
وَٱلنَّٰشِطَٰتِ نَشۡطٗا
Open ayah 79:2And olsun (möminlərin canını) rahatlıqla alanlara!
وَٱلسَّٰبِحَٰتِ سَبۡحٗا
Open ayah 79:3And olsun (Allahın əmri ilə göydən yerə) sürətlə üzənlərə!
فَٱلسَّٰبِقَٰتِ سَبۡقٗا
Open ayah 79:4And olsun (Allahın əmrini əda etmək üçün bir-birini) ötdükcə ötənlərə!
فَٱلۡمُدَبِّرَٰتِ أَمۡرٗا
Open ayah 79:5And olsun işi yerinə yetirənlərə!
يَوۡمَ تَرۡجُفُ ٱلرَّاجِفَةُ
Open ayah 79:6O gün (sura ilk üfürülüş ilə) lərzəyə gələn titrəyəcək.
تَتۡبَعُهَا ٱلرَّادِفَةُ
Open ayah 79:7Onun ardınca təkrar titrəyəcəkdir (Sur ikinci dəfə üfürüləcəkdir).
قُلُوبٞ يَوۡمَئِذٖ وَاجِفَةٌ
Open ayah 79:8O gün qəlblər (qorxudan) tir-tir əsəcək.
أَبۡصَٰرُهَا خَٰشِعَةٞ
Open ayah 79:9(O qəlb sahiblərinin) gözləri (qorxudan) zəlil bir görkəm alacaqdır.
يَقُولُونَ أَءِنَّا لَمَرۡدُودُونَ فِي ٱلۡحَافِرَةِ
Open ayah 79:10Onlar deyərlər: “"Doğrudanmı biz (öldükdən sonra yenidən) əvvəlki halımıza qaytarılacağıq?
أَءِذَا كُنَّا عِظَٰمٗا نَّخِرَةٗ
Open ayah 79:11Çürümüş sümüklər olduğumuzdan sonramı?
قَالُواْ تِلۡكَ إِذٗا كَرَّةٌ خَاسِرَةٞ
Open ayah 79:12Onlar: “O zaman bu, ziyanlı bir qayıdışdır”– dedilər.
فَإِنَّمَا هِيَ زَجۡرَةٞ وَٰحِدَةٞ
Open ayah 79:13O (surun axırıncı dəfə üfürülməsi) təkcə qorxunc bir səsdir.
فَإِذَا هُم بِٱلسَّاهِرَةِ
Open ayah 79:14Onlar dərhal (qəbirlərindən) yerin səthinə çıxacaqlar.
هَلۡ أَتَىٰكَ حَدِيثُ مُوسَىٰٓ
Open ayah 79:15(Ey Peyğəmbər!) Musanın xəbəri sənə gəlib çatdımı?
إِذۡ نَادَىٰهُ رَبُّهُۥ بِٱلۡوَادِ ٱلۡمُقَدَّسِ طُوًى
Open ayah 79:16O zaman Rəbbi ona müqəddəs Tuva vadisində (belə) nida etmişdi:
ٱذۡهَبۡ إِلَىٰ فِرۡعَوۡنَ إِنَّهُۥ طَغَىٰ
Open ayah 79:17“Fironun yanına get! Çünki o, həddi aşmışdır.
فَقُلۡ هَل لَّكَ إِلَىٰٓ أَن تَزَكَّىٰ
Open ayah 79:18(Ona) de: “(Günahlardan) təmizlənmək istəyirsənmi?
وَأَهۡدِيَكَ إِلَىٰ رَبِّكَ فَتَخۡشَىٰ
Open ayah 79:19Səni Rəbbinə doğru yönəldimmi ki, (Ondan) qorxub çəkinəsən?”
فَأَرَىٰهُ ٱلۡأٓيَةَ ٱلۡكُبۡرَىٰ
Open ayah 79:20(Musa) ona ən böyük ayəni göstərdi.
فَكَذَّبَ وَعَصَىٰ
Open ayah 79:21O isə (haqqı) yalan saydı və asi oldu.
ثُمَّ أَدۡبَرَ يَسۡعَىٰ
Open ayah 79:22Sonra da üz döndərib (tələsərək) getdi.
فَحَشَرَ فَنَادَىٰ
Open ayah 79:23O, (camaatını) toplayıb (onlara) nida edərək:
فَقَالَ أَنَا۠ رَبُّكُمُ ٱلۡأَعۡلَىٰ
Open ayah 79:24“Mən sizin ən uca Rəbbinizəm!”– dedi.
فَأَخَذَهُ ٱللَّهُ نَكَالَ ٱلۡأٓخِرَةِ وَٱلۡأُولَىٰٓ
Open ayah 79:25(Beləliklə də) Allah da onu dünya və Axirət əzabı ilə yaxaladı.
إِنَّ فِي ذَٰلِكَ لَعِبۡرَةٗ لِّمَن يَخۡشَىٰٓ
Open ayah 79:26Həqiqətən, bunda (Allahdan) qorxanlar üçün ibrət vardır.
ءَأَنتُمۡ أَشَدُّ خَلۡقًا أَمِ ٱلسَّمَآءُۚ بَنَىٰهَا
Open ayah 79:27Sizin yaradılışınız çətindir, yoxsa göyün? Onu (Allah) bina etdi.
رَفَعَ سَمۡكَهَا فَسَوَّىٰهَا
Open ayah 79:28Onun tavanını yüksəltdi, düzəldib kamilləşdirdi.
وَأَغۡطَشَ لَيۡلَهَا وَأَخۡرَجَ ضُحَىٰهَا
Open ayah 79:29Gecəsini qaranlıq edib, gündüzünü də nurlandırdı.
وَٱلۡأَرۡضَ بَعۡدَ ذَٰلِكَ دَحَىٰهَآ
Open ayah 79:30Bundan sonra yeri döşəyib (insanların orada yaşaması üçün onu yararlı bir hala gətirdi).
أَخۡرَجَ مِنۡهَا مَآءَهَا وَمَرۡعَىٰهَا
Open ayah 79:31Ondan suyunu və otlağını çıxartdı.
وَٱلۡجِبَالَ أَرۡسَىٰهَا
Open ayah 79:32Dağları da (yerə) bərkitdi.
مَتَٰعٗا لَّكُمۡ وَلِأَنۡعَٰمِكُمۡ
Open ayah 79:33Sizin və heyvanlarınızın faydalanması üçün.
فَإِذَا جَآءَتِ ٱلطَّآمَّةُ ٱلۡكُبۡرَىٰ
Open ayah 79:34Ən böyük fəlakət (Qiyamət) gəldiyi zaman –
يَوۡمَ يَتَذَكَّرُ ٱلۡإِنسَٰنُ مَا سَعَىٰ
Open ayah 79:35o gün insan etdiklərini xatırlayacaqdır.
وَبُرِّزَتِ ٱلۡجَحِيمُ لِمَن يَرَىٰ
Open ayah 79:36Cəhənnəm isə hər görənə göstəriləcəkdir.
فَأَمَّا مَن طَغَىٰ
Open ayah 79:37Amma kim həddi aşıbsa,
وَءَاثَرَ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا
Open ayah 79:38dünya həyatını (axirətdən) üstün tutubsa,
فَإِنَّ ٱلۡجَحِيمَ هِيَ ٱلۡمَأۡوَىٰ
Open ayah 79:39şübhəsiz ki, Cəhənnəm onun məskənidir.
وَأَمَّا مَنۡ خَافَ مَقَامَ رَبِّهِۦ وَنَهَى ٱلنَّفۡسَ عَنِ ٱلۡهَوَىٰ
Open ayah 79:40Amma kim Rəbbinin hüzurunda durmaqdan qorxubsa və nəfsə istəyini yasaq edibsə,
فَإِنَّ ٱلۡجَنَّةَ هِيَ ٱلۡمَأۡوَىٰ
Open ayah 79:41şübhəsiz ki, Cənnət onun məskənidir.
يَسۡـَٔلُونَكَ عَنِ ٱلسَّاعَةِ أَيَّانَ مُرۡسَىٰهَا
Open ayah 79:42(Ey Peyğəmbər!) Səndən Qiyamətin nə zaman qopacağı barəsində soruşurlar.
فِيمَ أَنتَ مِن ذِكۡرَىٰهَآ
Open ayah 79:43Sən onu haradan biləsən?!
إِلَىٰ رَبِّكَ مُنتَهَىٰهَآ
Open ayah 79:44Onu kamil bilmək Rəbbinə aiddir.
إِنَّمَآ أَنتَ مُنذِرُ مَن يَخۡشَىٰهَا
Open ayah 79:45Sən yalnız ondan (Qiyamətdən) qorxanı xəbərdar edənsən.
كَأَنَّهُمۡ يَوۡمَ يَرَوۡنَهَا لَمۡ يَلۡبَثُوٓاْ إِلَّا عَشِيَّةً أَوۡ ضُحَىٰهَا
Open ayah 79:46Onlar Qiyaməti gördükləri gün (dünyada) sanki bir axşam yaxud bir səhər qaldıqlarını güman edəcəklər!