النبإ
An-Naba
Translation: Azerbaijani - Alikhan Musayev · Open the surah
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
عَمَّ يَتَسَآءَلُونَ
Open ayah 78:1Onlar (müşriklər) nə barədə bir-birindən soruşurlar?
عَنِ ٱلنَّبَإِ ٱلۡعَظِيمِ
Open ayah 78:2Böyük bir xəbər (Qiyamət) barəsində –
ٱلَّذِي هُمۡ فِيهِ مُخۡتَلِفُونَ
Open ayah 78:3(elə bir xəbər) ki, onlar onun haqqında ixtilafdadırlar.
كَلَّا سَيَعۡلَمُونَ
Open ayah 78:4Xeyr, onlar (Qiyamətin həqiqət olduğunu) mütləq biləcəklər!
ثُمَّ كَلَّا سَيَعۡلَمُونَ
Open ayah 78:5Bir daha xeyr! Onlar mütləq biləcəklər!
أَلَمۡ نَجۡعَلِ ٱلۡأَرۡضَ مِهَٰدٗا
Open ayah 78:6Məgər Biz yeri döşək etmədikmi?
وَٱلۡجِبَالَ أَوۡتَادٗا
Open ayah 78:7Dağları da dirəklər?
وَخَلَقۡنَٰكُمۡ أَزۡوَٰجٗا
Open ayah 78:8(Ey insanlar!) Biz sizi (erkək və dişi olmaqla) cüt yaratdıq.
وَجَعَلۡنَا نَوۡمَكُمۡ سُبَاتٗا
Open ayah 78:9Yuxunuzu da (sizin üçün) rahatlıq etdik.
وَجَعَلۡنَا ٱلَّيۡلَ لِبَاسٗا
Open ayah 78:10Gecəni örtük etdik.
وَجَعَلۡنَا ٱلنَّهَارَ مَعَاشٗا
Open ayah 78:11Gündüzü isə ruzi qazanmaq vaxtı etdik.
وَبَنَيۡنَا فَوۡقَكُمۡ سَبۡعٗا شِدَادٗا
Open ayah 78:12Üstünüzdə yeddi (qat) möhkəm (göy) qurduq.
وَجَعَلۡنَا سِرَاجٗا وَهَّاجٗا
Open ayah 78:13Parlaq bir çıraq (günəş) yaratdıq.
وَأَنزَلۡنَا مِنَ ٱلۡمُعۡصِرَٰتِ مَآءٗ ثَجَّاجٗا
Open ayah 78:14Biz buludlardan şırıl-şırıl tökülən yağmur endirdik ki,
لِّنُخۡرِجَ بِهِۦ حَبّٗا وَنَبَاتٗا
Open ayah 78:15onunla toxum və (digər) bitkilər yetişdirək,
وَجَنَّٰتٍ أَلۡفَافًا
Open ayah 78:16habelə (ağaclarının qol-budaqları bir-birinə) sarmaşan bağlar (salaq).
إِنَّ يَوۡمَ ٱلۡفَصۡلِ كَانَ مِيقَٰتٗا
Open ayah 78:17Həqiqətən, (haqqı batildən) ayırd etmə günü bəlli bir vaxta təyin edilmişdir!
يَوۡمَ يُنفَخُ فِي ٱلصُّورِ فَتَأۡتُونَ أَفۡوَاجٗا
Open ayah 78:18(Ey insanlar!) Sur üfürüləcəyi gün siz (məhşərə) dəstə-dəstə gələcəksiniz.
وَفُتِحَتِ ٱلسَّمَآءُ فَكَانَتۡ أَبۡوَٰبٗا
Open ayah 78:19(O gün) göy açılacaq və (mələklərin yerə enməsi üçün göydə) qapıları olacaqdır.
وَسُيِّرَتِ ٱلۡجِبَالُ فَكَانَتۡ سَرَابًا
Open ayah 78:20Dağlar da hərəkətə gətirilib ilğıma çevriləcəkdir.
إِنَّ جَهَنَّمَ كَانَتۡ مِرۡصَادٗا
Open ayah 78:21Həqiqətən, Cəhənnəm pusquda dayanıb (kafirləri) gözləyir.
لِّلطَّٰغِينَ مَـَٔابٗا
Open ayah 78:22O, həddi aşanların qayıdacağı yerdir.
لَّٰبِثِينَ فِيهَآ أَحۡقَابٗا
Open ayah 78:23Onlar orada əsrlər boyu qalacaqlar.
لَّا يَذُوقُونَ فِيهَا بَرۡدٗا وَلَا شَرَابًا
Open ayah 78:24Onlar orada nə bir sərinlik, nə də içəcək bir şey dadacaqlar.
إِلَّا حَمِيمٗا وَغَسَّاقٗا
Open ayah 78:25(İçdikləri) yalnız qaynar su və irin (olacaqdır) –
جَزَآءٗ وِفَاقًا
Open ayah 78:26(Dünyada ikən etdikləri əməllərə) müvafiq bir cəza olaraq.
إِنَّهُمۡ كَانُواْ لَا يَرۡجُونَ حِسَابٗا
Open ayah 78:27Çünki, onlar hesaba çəkiləcəklərini güman etmirdilər.
وَكَذَّبُواْ بِـَٔايَٰتِنَا كِذَّابٗا
Open ayah 78:28Ayələrimizi də qətiyyətlə təkzib edirdilər.
وَكُلَّ شَيۡءٍ أَحۡصَيۡنَٰهُ كِتَٰبٗا
Open ayah 78:29Biz hər bir şeyi hesablayıb (lövhi-məhfuzda) yazmışıq.
فَذُوقُواْ فَلَن نَّزِيدَكُمۡ إِلَّا عَذَابًا
Open ayah 78:30Elə isə dadın (əzabı)! Biz sizə əzabdan başqa bir şey artırmayacağıq!
إِنَّ لِلۡمُتَّقِينَ مَفَازًا
Open ayah 78:31Həqiqətən, müttəqilər üçün qurtuluş vardır.
حَدَآئِقَ وَأَعۡنَٰبٗا
Open ayah 78:32(Həmçinin) bağlar və üzümlüklər,
وَكَوَاعِبَ أَتۡرَابٗا
Open ayah 78:33dolğun döşlü həmyaşıd qızlar
وَكَأۡسٗا دِهَاقٗا
Open ayah 78:34(Cənnət şərabı ilə) ləbələb (doldurulmuş) qədəhlər də (vardır)!
لَّا يَسۡمَعُونَ فِيهَا لَغۡوٗا وَلَا كِذَّٰبٗا
Open ayah 78:35Onlar orada nə boş bir söz, nə də bir yalan eşidəcəklər.
جَزَآءٗ مِّن رَّبِّكَ عَطَآءً حِسَابٗا
Open ayah 78:36(Bunlar) Rəbbindən olan mükafat, bol bol verilən töhfədir.
رَّبِّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا ٱلرَّحۡمَٰنِۖ لَا يَمۡلِكُونَ مِنۡهُ خِطَابٗا
Open ayah 78:37Göylərin, yerin və onların arasında olanların Rəhman olan Rəbbindən. Onlar Allahın hüzurunda bir söz deməyə qadir olmayacaqlar.
يَوۡمَ يَقُومُ ٱلرُّوحُ وَٱلۡمَلَٰٓئِكَةُ صَفّٗاۖ لَّا يَتَكَلَّمُونَ إِلَّا مَنۡ أَذِنَ لَهُ ٱلرَّحۡمَٰنُ وَقَالَ صَوَابٗا
Open ayah 78:38O gün Ruh (Cəbrail) və mələklər səf-səf duracaq. Rəhmanın izin verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq. (İzin verdiyi kimsə də) doğrunu danışacaqdır.
ذَٰلِكَ ٱلۡيَوۡمُ ٱلۡحَقُّۖ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ مَـَٔابًا
Open ayah 78:39O haqq olan bir gündür. Kim istəsə Rəbbinə aparan yolu tutar!
إِنَّآ أَنذَرۡنَٰكُمۡ عَذَابٗا قَرِيبٗا يَوۡمَ يَنظُرُ ٱلۡمَرۡءُ مَا قَدَّمَتۡ يَدَاهُ وَيَقُولُ ٱلۡكَافِرُ يَٰلَيۡتَنِي كُنتُ تُرَٰبَۢا
Open ayah 78:40Biz sizi yaxın bir əzab barədə xəbərdar etdik. O gün insan öz əlləri ilə etdiyinə baxacaq, kafir isə: “Kaş mən torpaq olaydım!”– deyəcəkdir.