الحاقة
Al-Haaqqa
Translation: Azerbaijani - Alikhan Musayev · Open the surah
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
ٱلۡحَآقَّةُ
Open ayah 69:1Haqq olan (Qiyamət)!
مَا ٱلۡحَآقَّةُ
Open ayah 69:2Nədir haqq olan (Qiyamət)?
وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡحَآقَّةُ
Open ayah 69:3Sən nə biləsən ki, nədir haqq olan (Qiyamət)?
كَذَّبَتۡ ثَمُودُ وَعَادُۢ بِٱلۡقَارِعَةِ
Open ayah 69:4Səmud və Ad (qövmləri qəlbləri) qorxuya salan Qiyaməti yalan saydılar.
فَأَمَّا ثَمُودُ فَأُهۡلِكُواْ بِٱلطَّاغِيَةِ
Open ayah 69:5Səmud (qövmü) qorxunc bir səslə məhv edildi.
وَأَمَّا عَادٞ فَأُهۡلِكُواْ بِرِيحٖ صَرۡصَرٍ عَاتِيَةٖ
Open ayah 69:6Ad qövmü isə olduqca soyuq və şiddətli küləklə məhv edildi.
سَخَّرَهَا عَلَيۡهِمۡ سَبۡعَ لَيَالٖ وَثَمَٰنِيَةَ أَيَّامٍ حُسُومٗاۖ فَتَرَى ٱلۡقَوۡمَ فِيهَا صَرۡعَىٰ كَأَنَّهُمۡ أَعۡجَازُ نَخۡلٍ خَاوِيَةٖ
Open ayah 69:7Allah onu (o küləyi) yeddi gecə, səkkiz gün ardıcıl onların üstündə əsdirdi. (Əgər orada olsaydın,) sən onların çürümüş boş xurma gövdələri kimi yerə sərilmiş görərdin.
فَهَلۡ تَرَىٰ لَهُم مِّنۢ بَاقِيَةٖ
Open ayah 69:8(İndi) sən onlardan qalan bir kimsə görürsənmi?!
وَجَآءَ فِرۡعَوۡنُ وَمَن قَبۡلَهُۥ وَٱلۡمُؤۡتَفِكَٰتُ بِٱلۡخَاطِئَةِ
Open ayah 69:9Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş kəndlər (əhli olan Lut qövmü) də günah işlətmişdilər.
فَعَصَوۡاْ رَسُولَ رَبِّهِمۡ فَأَخَذَهُمۡ أَخۡذَةٗ رَّابِيَةً
Open ayah 69:10Onlar Rəbbinin elçisinə asi oldular, Allah da onları (şiddəti) artan bir əzabla yaxaladı.
إِنَّا لَمَّا طَغَا ٱلۡمَآءُ حَمَلۡنَٰكُمۡ فِي ٱلۡجَارِيَةِ
Open ayah 69:11Su aşıb-daşdığı zaman sizi gəmidə (Nuhun gəmisində) Biz daşıdıq.
لِنَجۡعَلَهَا لَكُمۡ تَذۡكِرَةٗ وَتَعِيَهَآ أُذُنٞ وَٰعِيَةٞ
Open ayah 69:12Biz bunu sizə bir ibrət olsun və yadda saxlayan qulaqlar onu yadda saxlasın deyə (belə) etdik.
فَإِذَا نُفِخَ فِي ٱلصُّورِ نَفۡخَةٞ وَٰحِدَةٞ
Open ayah 69:13Sur bircə dəfə üfürüləcəyi,
وَحُمِلَتِ ٱلۡأَرۡضُ وَٱلۡجِبَالُ فَدُكَّتَا دَكَّةٗ وَٰحِدَةٗ
Open ayah 69:14yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman –
فَيَوۡمَئِذٖ وَقَعَتِ ٱلۡوَاقِعَةُ
Open ayah 69:15həmin gün Vaqiə qopacaq.
وَٱنشَقَّتِ ٱلسَّمَآءُ فَهِيَ يَوۡمَئِذٖ وَاهِيَةٞ
Open ayah 69:16Göy həmin gün zəyifləyib, parça-parça olacaqdır.
وَٱلۡمَلَكُ عَلَىٰٓ أَرۡجَآئِهَاۚ وَيَحۡمِلُ عَرۡشَ رَبِّكَ فَوۡقَهُمۡ يَوۡمَئِذٖ ثَمَٰنِيَةٞ
Open ayah 69:17Mələklər isə onun (göyün) ətrafında olacaqlar. O gün sənin Rəbbinin Ərşini onların (başı) üstündə səkkiz mələk daşıyacaqdır.
يَوۡمَئِذٖ تُعۡرَضُونَ لَا تَخۡفَىٰ مِنكُمۡ خَافِيَةٞ
Open ayah 69:18(Ey insanlar!) O gün siz (Allaha) ərz olunacaqsınız. Heç bir sirriniz (Allahdan) gizli qalmayacaqdır.
فَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ فَيَقُولُ هَآؤُمُ ٱقۡرَءُواْ كِتَٰبِيَهۡ
Open ayah 69:19Kitabı sağ əlinə verilən kimsə deyəcəkdir: “Alın, oxuyun kitabımı!
إِنِّي ظَنَنتُ أَنِّي مُلَٰقٍ حِسَابِيَهۡ
Open ayah 69:20Çünki mən (Qiyamət günü) öz hesabımla qovuşacağama inanırdım”.
فَهُوَ فِي عِيشَةٖ رَّاضِيَةٖ
Open ayah 69:21O, xoşbəxt həyat sürəcək –
فِي جَنَّةٍ عَالِيَةٖ
Open ayah 69:22uca bir Cənnətdə –
قُطُوفُهَا دَانِيَةٞ
Open ayah 69:23(elə bir Cənnətdə ki,) onun meyvələri yaxın olacaqdır.
كُلُواْ وَٱشۡرَبُواْ هَنِيٓـَٔۢا بِمَآ أَسۡلَفۡتُمۡ فِي ٱلۡأَيَّامِ ٱلۡخَالِيَةِ
Open ayah 69:24(Onlara:) “Keçmiş günlərdə etdiyiniz əməllərə görə nuşcanlıqla yeyin-için!”– (deyiləcəkdir).
وَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِشِمَالِهِۦ فَيَقُولُ يَٰلَيۡتَنِي لَمۡ أُوتَ كِتَٰبِيَهۡ
Open ayah 69:25Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: “Kaş kitabım mənə verilməyəydi!
وَلَمۡ أَدۡرِ مَا حِسَابِيَهۡ
Open ayah 69:26Hesabımı da bilməyəydim!
يَٰلَيۡتَهَا كَانَتِ ٱلۡقَاضِيَةَ
Open ayah 69:27Kaş ilk ölümüm əbədi olaydı!
مَآ أَغۡنَىٰ عَنِّي مَالِيَهۡۜ
Open ayah 69:28Malım mənə fayda vermədi (məni Allahın əzabından qurtarmadı).
هَلَكَ عَنِّي سُلۡطَٰنِيَهۡ
Open ayah 69:29Hökmranlığım da məhv olub getdi”.
خُذُوهُ فَغُلُّوهُ
Open ayah 69:30(Mələklərə deyiləcəkdir:) “Onu tutub bağlayın!
ثُمَّ ٱلۡجَحِيمَ صَلُّوهُ
Open ayah 69:31Sonra da Cəhənnəmə atın!
ثُمَّ فِي سِلۡسِلَةٖ ذَرۡعُهَا سَبۡعُونَ ذِرَاعٗا فَٱسۡلُكُوهُ
Open ayah 69:32Sonra onu uzunluğu yetmiş dirsək olan zəncirlə bağlayın!
إِنَّهُۥ كَانَ لَا يُؤۡمِنُ بِٱللَّهِ ٱلۡعَظِيمِ
Open ayah 69:33Çünki o, Əzəmətli olan Allaha iman gətirmirdi.
وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلۡمِسۡكِينِ
Open ayah 69:34Miskini yedirtməyə rəğbətləndirmirdi.
فَلَيۡسَ لَهُ ٱلۡيَوۡمَ هَٰهُنَا حَمِيمٞ
Open ayah 69:35Bu gün burada onun üçün bir dost tapılmaz.
وَلَا طَعَامٌ إِلَّا مِنۡ غِسۡلِينٖ
Open ayah 69:36Qanlı irindən başqa yeməyi də yoxdur.
لَّا يَأۡكُلُهُۥٓ إِلَّا ٱلۡخَٰطِـُٔونَ
Open ayah 69:37Onu ancaq günahkarlar yeyər”.
فَلَآ أُقۡسِمُ بِمَا تُبۡصِرُونَ
Open ayah 69:38And içirəm gördüklərinizə,
وَمَا لَا تُبۡصِرُونَ
Open ayah 69:39Və görmədiklərinizə!
إِنَّهُۥ لَقَوۡلُ رَسُولٖ كَرِيمٖ
Open ayah 69:40O, möhtərəm bir Elçinin sözüdür.
وَمَا هُوَ بِقَوۡلِ شَاعِرٖۚ قَلِيلٗا مَّا تُؤۡمِنُونَ
Open ayah 69:41O, şair sözü deyil! Nə az inanırsınız!
وَلَا بِقَوۡلِ كَاهِنٖۚ قَلِيلٗا مَّا تَذَكَّرُونَ
Open ayah 69:42O, kahin sözü də deyil! Nə az düşünürsünüz!
تَنزِيلٞ مِّن رَّبِّ ٱلۡعَٰلَمِينَ
Open ayah 69:43O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir!
وَلَوۡ تَقَوَّلَ عَلَيۡنَا بَعۡضَ ٱلۡأَقَاوِيلِ
Open ayah 69:44Əgər o (Muhamməd) bəzi sözləri özündən uydurub Bizə aid etsəydi,
لَأَخَذۡنَا مِنۡهُ بِٱلۡيَمِينِ
Open ayah 69:45Biz ondan şiddətli intiqam alardıq.
ثُمَّ لَقَطَعۡنَا مِنۡهُ ٱلۡوَتِينَ
Open ayah 69:46Sonra da şah damarını kəsərdik.
فَمَا مِنكُم مِّنۡ أَحَدٍ عَنۡهُ حَٰجِزِينَ
Open ayah 69:47Sizdən heç kəs buna mane ola bilməzdi.
وَإِنَّهُۥ لَتَذۡكِرَةٞ لِّلۡمُتَّقِينَ
Open ayah 69:48Həqiqətən, o (Quran) müttəqilər üçün bir öyüd-nəsihətdir.
وَإِنَّا لَنَعۡلَمُ أَنَّ مِنكُم مُّكَذِّبِينَ
Open ayah 69:49Şübhəsiz ki, aranızdan (Quranı) yalan sayanlar olduğunu da bilirik!
وَإِنَّهُۥ لَحَسۡرَةٌ عَلَى ٱلۡكَٰفِرِينَ
Open ayah 69:50Həqiqətən, o (Quran, Qiyamət günü) kafirlər üçün bir peşmançılıqdır.
وَإِنَّهُۥ لَحَقُّ ٱلۡيَقِينِ
Open ayah 69:51Şübhəsiz ki, o (Quran) gerçək bir həqiqətdir.
فَسَبِّحۡ بِٱسۡمِ رَبِّكَ ٱلۡعَظِيمِ
Open ayah 69:52(Ey Peyğəmbər!) Elə isə Əzəmətli Rəbbinin adı ilə təsbih et!