البروج
Al-Burooj
Translation: Azerbaijani - Alikhan Musayev · Open the surah
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
وَٱلسَّمَآءِ ذَاتِ ٱلۡبُرُوجِ
Open ayah 85:1And olsun bürclər sahibi olan göyə!
وَٱلۡيَوۡمِ ٱلۡمَوۡعُودِ
Open ayah 85:2And olsun vədə verilmiş günə (Qiyamət gününə)!
وَشَاهِدٖ وَمَشۡهُودٖ
Open ayah 85:3And olsun şahidlik edənə və şahidlik edilənə!
قُتِلَ أَصۡحَٰبُ ٱلۡأُخۡدُودِ
Open ayah 85:4Məhv olsun xəndək sahibləri!
ٱلنَّارِ ذَاتِ ٱلۡوَقُودِ
Open ayah 85:5Odunla alovlandırılmış (xəndəklər).
إِذۡ هُمۡ عَلَيۡهَا قُعُودٞ
Open ayah 85:6O zaman onlar xəndəklərin ətrafında oturub,
وَهُمۡ عَلَىٰ مَا يَفۡعَلُونَ بِٱلۡمُؤۡمِنِينَ شُهُودٞ
Open ayah 85:7möminlərə etdiklərinə seyr edirdilər.
وَمَا نَقَمُواْ مِنۡهُمۡ إِلَّآ أَن يُؤۡمِنُواْ بِٱللَّهِ ٱلۡعَزِيزِ ٱلۡحَمِيدِ
Open ayah 85:8(Kafirlər) onlardan yalnız Qüdrətli, Tərifəlayiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar.
ٱلَّذِي لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدٌ
Open ayah 85:9Göylərin və yerin mülkü Ona məxsusdur. Allah hər şeyə Şahiddir.
إِنَّ ٱلَّذِينَ فَتَنُواْ ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِ ثُمَّ لَمۡ يَتُوبُواْ فَلَهُمۡ عَذَابُ جَهَنَّمَ وَلَهُمۡ عَذَابُ ٱلۡحَرِيقِ
Open ayah 85:10Şübhəsiz ki, mömin kişilərə və mömin qadınlara işkəncə verib sonra da tövbə etməyənlərə Cəhənnəm əzabı və onları yandırıb-yaxan od əzabı vardır.
إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ لَهُمۡ جَنَّٰتٞ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۚ ذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡكَبِيرُ
Open ayah 85:11İman gətirib saleh əməllər edənlər üçün (ağacları və qəsrləri) altından çaylar axan cənnətlər vardır. Bu, böyük uğurdur.
إِنَّ بَطۡشَ رَبِّكَ لَشَدِيدٌ
Open ayah 85:12(Ey Peyğəmbər!) Doğrudan da, Rəbbinin (günahkarları) yaxalaması çox şiddətlidir!
إِنَّهُۥ هُوَ يُبۡدِئُ وَيُعِيدُ
Open ayah 85:13Həqiqətən, (hər şeyi) ilk olaraq yaradan və (öldükdən sonra onu) yenidən dirildən Odur.
وَهُوَ ٱلۡغَفُورُ ٱلۡوَدُودُ
Open ayah 85:14Çox bağışlayan da, çox Sevən də Odur!
ذُو ٱلۡعَرۡشِ ٱلۡمَجِيدُ
Open ayah 85:15Ərşin sahibidir, Şan-şöhrəti uca olandır!
فَعَّالٞ لِّمَا يُرِيدُ
Open ayah 85:16İstədiyini edəndir.
هَلۡ أَتَىٰكَ حَدِيثُ ٱلۡجُنُودِ
Open ayah 85:17(Ey Peyğəmbər!) Qoşunların xəbəri sənə gəlib çatdımı?
فِرۡعَوۡنَ وَثَمُودَ
Open ayah 85:18Firon və Səmud (qoşunlarının).
بَلِ ٱلَّذِينَ كَفَرُواْ فِي تَكۡذِيبٖ
Open ayah 85:19Xeyr, küfr edənlər (haqqı) yalan saymaqdadırlar.
وَٱللَّهُ مِن وَرَآئِهِم مُّحِيطُۢ
Open ayah 85:20Allah onları arxadan əhatə etmişdir.
بَلۡ هُوَ قُرۡءَانٞ مَّجِيدٞ
Open ayah 85:21Xeyr, o şanlı Qurandır.
فِي لَوۡحٖ مَّحۡفُوظِۭ
Open ayah 85:22O, lövhi-məhfuzdadır.