الطارق
At-Taariq
Translation: Azerbaijani - Alikhan Musayev · Open the surah
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
وَٱلسَّمَآءِ وَٱلطَّارِقِ
Open ayah 86:1And olsun səmaya və Tariqə!
وَمَآ أَدۡرَىٰكَ مَا ٱلطَّارِقُ
Open ayah 86:2(Ey Peyğəmbər!) Sən nə bilirsən ki, Tariq nədir?
ٱلنَّجۡمُ ٱلثَّاقِبُ
Open ayah 86:3(O, qaranlıqları) dəlib keçən parlaq ulduzdur.
إِن كُلُّ نَفۡسٖ لَّمَّا عَلَيۡهَا حَافِظٞ
Open ayah 86:4Elə bir kimsə yoxdur ki, onun üzərində gözətçi (mələk) olmasın!
فَلۡيَنظُرِ ٱلۡإِنسَٰنُ مِمَّ خُلِقَ
Open ayah 86:5Qoy insan nədən yaradıldığına bir baxsın!
خُلِقَ مِن مَّآءٖ دَافِقٖ
Open ayah 86:6O, atılan sudan (nütfədən) yaradılmışdır.
يَخۡرُجُ مِنۢ بَيۡنِ ٱلصُّلۡبِ وَٱلتَّرَآئِبِ
Open ayah 86:7O (su) bel və sinə sümükləri arasından çıxır.
إِنَّهُۥ عَلَىٰ رَجۡعِهِۦ لَقَادِرٞ
Open ayah 86:8Şübhəsiz ki, Allahın onu (öldükən sonra) yenidən diriltməyə qadirdir.
يَوۡمَ تُبۡلَى ٱلسَّرَآئِرُ
Open ayah 86:9O gün (qəlblərdə olan) sirlər aşkar olunacaqdır.
فَمَا لَهُۥ مِن قُوَّةٖ وَلَا نَاصِرٖ
Open ayah 86:10(O gün) onun (insanın) nə bir qüvvəsi, nə də bir köməkçisi olar.
وَٱلسَّمَآءِ ذَاتِ ٱلرَّجۡعِ
Open ayah 86:11And olsun yağış sahibi olan göyə!
وَٱلۡأَرۡضِ ذَاتِ ٱلصَّدۡعِ
Open ayah 86:12And olsun (növbənöv bitkilərlə) yarılan yerə!
إِنَّهُۥ لَقَوۡلٞ فَصۡلٞ
Open ayah 86:13Həqiqətən, bu (Quran, haqqı batildən) ayıran bir sözdür.
وَمَا هُوَ بِٱلۡهَزۡلِ
Open ayah 86:14O, əyləncə (boş söz) deyil.
إِنَّهُمۡ يَكِيدُونَ كَيۡدٗا
Open ayah 86:15Onlar (kafirlər) hiylə qururlar.
وَأَكِيدُ كَيۡدٗا
Open ayah 86:16Mən də hiylə qururam.
فَمَهِّلِ ٱلۡكَٰفِرِينَ أَمۡهِلۡهُمۡ رُوَيۡدَۢا
Open ayah 86:17(Ey Peyğəmbər!) Kafirlərə möhlət ver! Onlara bir az da möhlət ver.