البلد
Al-Balad
Translation: Azerbaijani - Alikhan Musayev · Open the surah
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
لَآ أُقۡسِمُ بِهَٰذَا ٱلۡبَلَدِ
Open ayah 90:1And içirəm bu şəhərə (Məkkəyə)!
وَأَنتَ حِلُّۢ بِهَٰذَا ٱلۡبَلَدِ
Open ayah 90:2Sən bu şəhərdə sakinsən. (Yaxud: Sənə bu şəhərdə istədiyini etmək halaldır).
وَوَالِدٖ وَمَا وَلَدَ
Open ayah 90:3And olsun ataya (Adəmə) və onun zürriyyətinə!
لَقَدۡ خَلَقۡنَا ٱلۡإِنسَٰنَ فِي كَبَدٍ
Open ayah 90:4Biz insanı çətinlik içində xəlq etdik.
أَيَحۡسَبُ أَن لَّن يَقۡدِرَ عَلَيۡهِ أَحَدٞ
Open ayah 90:5Məgər o (insan), heç kəsin ona gücü çatmayacağınımı güman edir?!
يَقُولُ أَهۡلَكۡتُ مَالٗا لُّبَدًا
Open ayah 90:6O: “Mən (Muhammədə düşmənçilik yolunda) çoxlu mal xərclədim!”– deyir.
أَيَحۡسَبُ أَن لَّمۡ يَرَهُۥٓ أَحَدٌ
Open ayah 90:7Məgər o, heç kəsin onu görməyəcəyinimi zənn edir?!
أَلَمۡ نَجۡعَل لَّهُۥ عَيۡنَيۡنِ
Open ayah 90:8Biz ona iki göz vermədikmi?!
وَلِسَانٗا وَشَفَتَيۡنِ
Open ayah 90:9Eləcə də, bir dil və iki dodaq (vermədikmi)?!
وَهَدَيۡنَٰهُ ٱلنَّجۡدَيۡنِ
Open ayah 90:10Biz ona iki yolu (haqqı və batili) göstərmədikmi?!
فَلَا ٱقۡتَحَمَ ٱلۡعَقَبَةَ
Open ayah 90:11O, sərt yoxuşu aşa biləmədi.
وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡعَقَبَةُ
Open ayah 90:12Sən nə bilirsən ki, o sərt yoxuş nədir?
فَكُّ رَقَبَةٍ
Open ayah 90:13(O,) kölə azad etməkdir
أَوۡ إِطۡعَٰمٞ فِي يَوۡمٖ ذِي مَسۡغَبَةٖ
Open ayah 90:14və ya aclıq günündə (möhtaca) yemək verməkdir –
يَتِيمٗا ذَا مَقۡرَبَةٍ
Open ayah 90:15qohumluğu çatan bir yetimə,
أَوۡ مِسۡكِينٗا ذَا مَتۡرَبَةٖ
Open ayah 90:16yaxud (aclıqdan) yerə sərilmiş miskinə!
ثُمَّ كَانَ مِنَ ٱلَّذِينَ ءَامَنُواْ وَتَوَاصَوۡاْ بِٱلصَّبۡرِ وَتَوَاصَوۡاْ بِٱلۡمَرۡحَمَةِ
Open ayah 90:17Sonra isə iman gətirənlərdən, bir-birinə səbir tövsiyə edənlərdən və mərhəmət tövsiyə edənlərdən olmaqdır.
أُوْلَٰٓئِكَ أَصۡحَٰبُ ٱلۡمَيۡمَنَةِ
Open ayah 90:18Onlar sağ tərəf sahibləridir.
وَٱلَّذِينَ كَفَرُواْ بِـَٔايَٰتِنَا هُمۡ أَصۡحَٰبُ ٱلۡمَشۡـَٔمَةِ
Open ayah 90:19Ayələrimizi inkar edənlər isə sol tərəf sahibləridir.
عَلَيۡهِمۡ نَارٞ مُّؤۡصَدَةُۢ
Open ayah 90:20Onları hər tərəfdən qapalı Cəhənnəm gözləyir.