الهمزة
Al-Humaza
Translation: Azerbaijani - Alikhan Musayev · Open the surah
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
وَيۡلٞ لِّكُلِّ هُمَزَةٖ لُّمَزَةٍ
Open ayah 104:1Hər bir qeybət edənin, tənə vuranın vay halına!
ٱلَّذِي جَمَعَ مَالٗا وَعَدَّدَهُۥ
Open ayah 104:2O kimsə ki, mal-dövlət toplayıb onu (təkrar-təkrar) sayır.
يَحۡسَبُ أَنَّ مَالَهُۥٓ أَخۡلَدَهُۥ
Open ayah 104:3Mal-dövlət onu əbədi saxlayacağını (onu ölümdən qoruyacağını) güman edir.
كَلَّاۖ لَيُنۢبَذَنَّ فِي ٱلۡحُطَمَةِ
Open ayah 104:4Xeyr! O, mütləq Hutəməyə atılacaqdır.
وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡحُطَمَةُ
Open ayah 104:5Sən nə biləsən Hutəmə nədir?
نَارُ ٱللَّهِ ٱلۡمُوقَدَةُ
Open ayah 104:6(O,) Allahın yanar odudur.
ٱلَّتِي تَطَّلِعُ عَلَى ٱلۡأَفۡـِٔدَةِ
Open ayah 104:7Elə bir od ki, qalxıb ürəklərə çatar.
إِنَّهَا عَلَيۡهِم مُّؤۡصَدَةٞ
Open ayah 104:8O (Od) onların üzərinə bağlı olacaqdır.
فِي عَمَدٖ مُّمَدَّدَةِۭ
Open ayah 104:9(Onlar orada) yüksək dirəklərə bağlanmış olacaqlar.