العاديات
Al-Aadiyaat
Translation: Azerbaijani - Alikhan Musayev · Open the surah
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
وَٱلۡعَٰدِيَٰتِ ضَبۡحٗا
Open ayah 100:1And olsun tövşüyərək qaçan atlara!
فَٱلۡمُورِيَٰتِ قَدۡحٗا
Open ayah 100:2And olsun (dırnaqları ilə) qığılcım çıxaran atlara!
فَٱلۡمُغِيرَٰتِ صُبۡحٗا
Open ayah 100:3And olsun sübh çağı həmlə edən atlara.
فَأَثَرۡنَ بِهِۦ نَقۡعٗا
Open ayah 100:4(Hücuma keçərək) tozanaq qaldıran atlara.
فَوَسَطۡنَ بِهِۦ جَمۡعًا
Open ayah 100:5Onunla (tozanaqla) dəstənin içərisinə soxulan atlara.
إِنَّ ٱلۡإِنسَٰنَ لِرَبِّهِۦ لَكَنُودٞ
Open ayah 100:6Həqiqətən, insan Rəbbinə qarşı çox nankordur.
وَإِنَّهُۥ عَلَىٰ ذَٰلِكَ لَشَهِيدٞ
Open ayah 100:7O özü də buna şahiddir.
وَإِنَّهُۥ لِحُبِّ ٱلۡخَيۡرِ لَشَدِيدٌ
Open ayah 100:8Həqiqətən o, xeyirə (var-dövlətə) çox hərisdir.
۞أَفَلَا يَعۡلَمُ إِذَا بُعۡثِرَ مَا فِي ٱلۡقُبُورِ
Open ayah 100:9Məgər o bilmir ki, qəbirlərdə olanlar (dirilib) çıxardılacağı
وَحُصِّلَ مَا فِي ٱلصُّدُورِ
Open ayah 100:10və sinələrdə (qəlblərdə) olanlar aşkar ediləcəyi zaman –
إِنَّ رَبَّهُم بِهِمۡ يَوۡمَئِذٖ لَّخَبِيرُۢ
Open ayah 100:11O gün Rəbbi onlardan xəbərdardır.