القارعة
Al-Qaari'a
Translation: Azerbaijani - Alikhan Musayev · Open the surah
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
ٱلۡقَارِعَةُ
Open ayah 101:1(Qəlbləri qorxuya salan) Qariə!
مَا ٱلۡقَارِعَةُ
Open ayah 101:2Nədir Qariə?
وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡقَارِعَةُ
Open ayah 101:3Sən nə bilirsən ki, nədir Qariə?
يَوۡمَ يَكُونُ ٱلنَّاسُ كَٱلۡفَرَاشِ ٱلۡمَبۡثُوثِ
Open ayah 101:4O gün insanlar (ətrafa) səpələnmiş pərvanələr kimi olacaqlar.
وَتَكُونُ ٱلۡجِبَالُ كَٱلۡعِهۡنِ ٱلۡمَنفُوشِ
Open ayah 101:5Dağlar isə didilmiş yun kimi olacaqdır.
فَأَمَّا مَن ثَقُلَتۡ مَوَٰزِينُهُۥ
Open ayah 101:6(O gün) kimin tərəziləri ağır gələrsə,
فَهُوَ فِي عِيشَةٖ رَّاضِيَةٖ
Open ayah 101:7O xoş güzəran içində olacaqdır!
وَأَمَّا مَنۡ خَفَّتۡ مَوَٰزِينُهُۥ
Open ayah 101:8Kimin də tərəziləri yüngül gələrsə,
فَأُمُّهُۥ هَاوِيَةٞ
Open ayah 101:9onun məskəni Haviyə olacaqdır.
وَمَآ أَدۡرَىٰكَ مَا هِيَهۡ
Open ayah 101:10Sən nə bilirsən o (Haviyə) nədir?
نَارٌ حَامِيَةُۢ
Open ayah 101:11O, çox qızmar bir oddur!