العلق
Al-Alaq
Translation: Azerbaijani - Alikhan Musayev · Open the surah
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
ٱقۡرَأۡ بِٱسۡمِ رَبِّكَ ٱلَّذِي خَلَقَ
Open ayah 96:1(Ey Peyğəmbər!) Yaradan Rəbbinin adı ilə oxu!
خَلَقَ ٱلۡإِنسَٰنَ مِنۡ عَلَقٍ
Open ayah 96:2O, insanı qan laxtasından yaratdı.
ٱقۡرَأۡ وَرَبُّكَ ٱلۡأَكۡرَمُ
Open ayah 96:3Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir.
ٱلَّذِي عَلَّمَ بِٱلۡقَلَمِ
Open ayah 96:4O, qələmlə (yazmağı) öyrətdi.
عَلَّمَ ٱلۡإِنسَٰنَ مَا لَمۡ يَعۡلَمۡ
Open ayah 96:5İnsana bilmədiklərini öyrətdi.
كَلَّآ إِنَّ ٱلۡإِنسَٰنَ لَيَطۡغَىٰٓ
Open ayah 96:6Xeyr! İnsan, doğrudan da, həddini aşır –
أَن رَّءَاهُ ٱسۡتَغۡنَىٰٓ
Open ayah 96:7özünün ehtiyacsız olduğunu gördükdə.
إِنَّ إِلَىٰ رَبِّكَ ٱلرُّجۡعَىٰٓ
Open ayah 96:8Şübhəsiz dönüş ancaq Rəbbinədir.
أَرَءَيۡتَ ٱلَّذِي يَنۡهَىٰ
Open ayah 96:9Mane olan kimsəni (Əbu Cəhli) gördünmü?
عَبۡدًا إِذَا صَلَّىٰٓ
Open ayah 96:10Bir bəndəyə (Muhammədə) namaz qıldığı zaman?
أَرَءَيۡتَ إِن كَانَ عَلَى ٱلۡهُدَىٰٓ
Open ayah 96:11Söylə görək, əgər o (bəndə) doğru yoldadırsa,
أَوۡ أَمَرَ بِٱلتَّقۡوَىٰٓ
Open ayah 96:12yaxud təqvanı əmr edirsə?
أَرَءَيۡتَ إِن كَذَّبَ وَتَوَلَّىٰٓ
Open ayah 96:13Söylə görək, əgər o (kafir haqqı) yalan sayıb üz döndəribsə?
أَلَمۡ يَعۡلَم بِأَنَّ ٱللَّهَ يَرَىٰ
Open ayah 96:14Məgər o, Allahın (onu) gördüyünü bilmirmi?!
كَلَّا لَئِن لَّمۡ يَنتَهِ لَنَسۡفَعَۢا بِٱلنَّاصِيَةِ
Open ayah 96:15Xeyr! Əgər (o pis əməlinə) son qoymasa, Biz onun kəkilindən tutub (Cəhənnəmə) sürükləyəcəyik –
نَاصِيَةٖ كَٰذِبَةٍ خَاطِئَةٖ
Open ayah 96:16yalançı, günahkar kəkilindən.
فَلۡيَدۡعُ نَادِيَهُۥ
Open ayah 96:17Qoy öz tərəfdarlarını (köməyə) çağırsın.
سَنَدۡعُ ٱلزَّبَانِيَةَ
Open ayah 96:18Biz də zəbaniləri (əzab mələklərini) çağıracağıq.
كَلَّا لَا تُطِعۡهُ وَٱسۡجُدۡۤ وَٱقۡتَرِب۩
Open ayah 96:19Xeyr, sən ona tabe olma! Səcdə et və (Allaha) yaxınlaş!