الليل
Al-Lail
Translation: Azerbaijani - Alikhan Musayev · Open the surah
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
وَٱلَّيۡلِ إِذَا يَغۡشَىٰ
Open ayah 92:1And olsun (yer üzünü zülmətə) bürüməkdə olan gecəyə!
وَٱلنَّهَارِ إِذَا تَجَلَّىٰ
Open ayah 92:2And olsun (günəşin çıxması ilə) işıqlanmaqda olan gündüzə!
وَمَا خَلَقَ ٱلذَّكَرَ وَٱلۡأُنثَىٰٓ
Open ayah 92:3And olsun kişini və qadını (erkəyi və dişini) yaradana!
إِنَّ سَعۡيَكُمۡ لَشَتَّىٰ
Open ayah 92:4(Ey insanlar!) Sizin səyləriniz müxtəlifdir!
فَأَمَّا مَنۡ أَعۡطَىٰ وَٱتَّقَىٰ
Open ayah 92:5Kim (malını Allah yolunda) verər və (Allahdan) qorxarsa,
وَصَدَّقَ بِٱلۡحُسۡنَىٰ
Open ayah 92:6və ən gözəl olanı (Lə iləhə illəllah kəlməsini) təsdiq edərsə,
فَسَنُيَسِّرُهُۥ لِلۡيُسۡرَىٰ
Open ayah 92:7Biz onu ən asan olana (saleh əmələ) müyəssər edəcəyik.
وَأَمَّا مَنۢ بَخِلَ وَٱسۡتَغۡنَىٰ
Open ayah 92:8Kim də (malını Allah yolunda xərcləməyə) xəsislik edib, (Rəbbinə) ehtiyacı olmadığını güman etsə
وَكَذَّبَ بِٱلۡحُسۡنَىٰ
Open ayah 92:9və ən gözəl olanı (Lə iləhə illəllah kəlməsini) yalan hesab edərsə,
فَسَنُيَسِّرُهُۥ لِلۡعُسۡرَىٰ
Open ayah 92:10Biz onu ən çətin olana (şər əmələ) müyəssər edəcəyik.
وَمَا يُغۡنِي عَنۡهُ مَالُهُۥٓ إِذَا تَرَدَّىٰٓ
Open ayah 92:11(Cəhənnəmə) düşdükdə var-dövləti ona fayda verməyəcək.
إِنَّ عَلَيۡنَا لَلۡهُدَىٰ
Open ayah 92:12Şübhəsiz ki, doğru yola yönəltmək Bizə aiddir.
وَإِنَّ لَنَا لَلۡأٓخِرَةَ وَٱلۡأُولَىٰ
Open ayah 92:13Sözsüz ki, Axirət də, dünya da Bizimdir.
فَأَنذَرۡتُكُمۡ نَارٗا تَلَظَّىٰ
Open ayah 92:14(Ey insanlar!) Mən sizi alov saçan bir odla qorxutdum.
لَا يَصۡلَىٰهَآ إِلَّا ٱلۡأَشۡقَى
Open ayah 92:15Ona ancaq ən bədbəxt kimsə (kafir) daxil olar.
ٱلَّذِي كَذَّبَ وَتَوَلَّىٰ
Open ayah 92:16O kimsə ki, (haqqı) yalan sayar və (ondan) üz döndərər.
وَسَيُجَنَّبُهَا ٱلۡأَتۡقَى
Open ayah 92:17Allahdan ən çox qorxan isə (o Oddan) uzaqlaşdırılacaqdır.
ٱلَّذِي يُؤۡتِي مَالَهُۥ يَتَزَكَّىٰ
Open ayah 92:18O kimsə ki, malını (Allah yolunda) verir, (günahlardan) təmizlənir.
وَمَا لِأَحَدٍ عِندَهُۥ مِن نِّعۡمَةٖ تُجۡزَىٰٓ
Open ayah 92:19Onun boynunda başqa bir kimsəyə əvəz veriləcək heç bir minnət yoxdur.
إِلَّا ٱبۡتِغَآءَ وَجۡهِ رَبِّهِ ٱلۡأَعۡلَىٰ
Open ayah 92:20(O bunu) ancaq Ən Uca Rəbbinin Üzünü dilədiyindən (ixlasla) edər.
وَلَسَوۡفَ يَرۡضَىٰ
Open ayah 92:21O, razı qalacaqdır!